ƏSRƏ BƏrabər biR İLİn salnaməSİ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə4/153
tarix15.07.2018
ölçüsü1,94 Mb.
#55918
1   2   3   4   5   6   7   8   9   ...   153

Nadir Ģah da sadə xalq içindən çıxmıĢdı, Elçibəy də.
 
Nadir Ģah da tam demokratik seçkiylə (1736; Muğan qurultayı) hakimiyyətə gəlmiĢdi, Elçibəy 
də.
 
Nadir Ģah da torpaqlarımızı düĢmənlərdən təmizlədi, Elçibəy də.
 
Nadir Ģah da rus əsgərini Azərbaycandan tam qovub çıxardı, Elçibəy də.
 
Nadir Ģah da öz dövlətinin hərbi dəniz donanmasını yaratmağa baĢladı, Elçibəy də.
 
Nadir  Ģah  da  Azərbaycanda  dini-milli  gərginliyi  aradan  götürməkçün  dəyərli  iĢlər  gördü, 
Elçibəy də.
 
Nadir Ģahın da hakimiyyətinə sui-qəsdlə son qoyuldu, Elçibəyin də… 
 
Ancaq bu bənzətmə bizim ruhumuza nə qədər doğma olsa da boynuma alıram ki, Nadir Ģahla 
Elçibəy arasında olduqca kəskin fərqlər də var və Elçibəyi çağdaĢ dünyamızın Vatslav Havel, 
Lex  Valensa  və  Turqut  Özal  kimi  prezidentləriylə  tutuĢdurmaq  daha  doğru  olardı.  Dünyəvi 
tələblər  baxımından  onlardan  heç  nədə  geri  qalmayan  Elçibəyə  cəmiyyətimiz,  təəssüf  ki, 
anlayıĢ göstərməyə hazır olmadı… 
Azərbaycan  vətəndaĢı  bugünün  özündə  də  Elçibəyi  nəzərdə  tutaraq  təəccüblə  soruĢur:  axı 
necə ola bilər ki, prezident olasan, ancaq bir qəpik də rüĢvət almayasan, maaĢla dolanasan, 
evin-eĢiyin  olmasın,  qohumbazlıq  və  yerlibazlıq  etməyəsən,  adamları  həbsə  atdırmaysan, 
qiyamçıları  güllələtməyəsən,  hətta  səni  məhv  etmək  istəyən  düĢmənlərini  də  bağıĢlayasan, 
prezident kürsüsünü atıb gedəsən, iĢdən çıxandan sonra borcun olsun…?! Azərbaycan insanı 
bu  sorğulara  cavab  tapmaqda  çox  çətinlik  çəkir,  çünki  sufi  Elçibəyin  hərəkətləri  onunçün 
açılmaz  müəmmadır.  Sıravi  soydaĢımıza  Elçibəy  o  zaman  anlaĢıqlı  olacaq  ki,  onun  öz 
müridlərinə  dediyi  bu  sözlərin  mənasını  onun  özü  kimi  qavrayacaqlar: 
"DüĢmənimiz  bizdən 
kənarda deyil - ən böyük düĢmənimiz Ģüurun nadanlığı, nəfsimizdir. Nadanlıq qaldıqca bəlalar 
qalacaq,  bəlalar isə  həmiĢə  fəsad  törədər.  Hər kəsin  nadanlığı özündə, həm  də bir-birimizə 
münasibətindədir". 
 
Əbülfəz Elçibəyin birillik prezidentlik dönəmi Azərbaycanın Ģərəf və qürur tarixidir! Bu kitabda 
mən həmin tarixi sevə-sevə göz önünə qoydum. Ġstəyirəm ki, tanıĢ olduğu faktlar əsasında 
prezident  Elçibəyin  və  onun  birillik  iqtidarının  fəaliyyətini  oxucum  özü  dəyərləndirsin,  ona 
görə  də  onun  rəyini  yönləndirməyəcəyəm,  ancaq  bir  məsələyə  diqqət  çəkməyə  borcluyam. 
Əsərdə  Elçibəy  iqtidarının  təbliğat  siyasəti  tənqid  edilir  və  bu  zaman  rəsmi  dövlət  qəzeti 
"Azərbaycan"ın  adı  daha  çox  çəkilir,  halbuki  o  dövrdə  dövlətə  bağlı  bütün  KĠV-in  (radio  və 
televiziya,  mətbuat)  təbliğatla  bağlı  fəaliyyəti  tənqidə  layiqdir  və  onların  içərisində  birinin 
seçdirilməsi,  əlbəttə,  ədalətsizlik  olar  və  mən  oxucunun  belə  düĢünməsini  qətiyyən 
arzulamıram.  ĠĢ  burasındadır  ki,  Elçibəy  iqtidarını  öyrənərkən  mən  radio-televiziyanın  yox, 
məhz  "Azərbaycan"  qəzetinin  materiallarına  daha  çox  üz  tutmuĢam.  Ġkincisi  də,  kitabdakı 
tənqidlərimi tam haqlı saysam da bu həqiqəti bir daha təkrarlayıram ki, Mehman Cavadoğlu 


qısa vaxtda  "Azərbaycan"  qəzetini gerçəkdən  nümunəvi  bir mətbuat  orqanına  çevirmiĢdi və 
onun böyük əməyinə kölgə salınmasını istəmirəm. 
* * * 
Ġki  il öncə  Əbülfəz  Elçibəy  haqqında 
"Elçi  Bəy"
  adlı  354 səhifəlik  ilk  kitabımı  500 nüsxədə 
buraxdırdım. 3 bölümdən ("Əbülfəz", "Lider", "Prezident") ibarət həmin əsərin ilk iki bölümü 
Elçibəyin  uĢaqlıq  çağından  prezident  seçildiyi  günədək  olan  yaĢam  və  çarpıĢmasından, 
təxminən  250  səhifəlik  sonuncu  bölümüsə  onun  dövlət  baĢçısı  kimi  bir  illik  fəaliyyətindən 
danıĢır. Təəssüf ki, o zaman doğru yol seçilmədi - nəĢrdən sonrakı taleyi artıq məndən asılı 
olmayan kitab əsasən AXCP-nin rayon Ģöbələrinə paylanıldı və Bakıda yayılmadı, elə bu üzdən 
də paytaxtda "Elçi Bəy"i indiyədək oxuyanları barmaqla saymaq olar.  
Bəyin  Haqqa  qovuĢduğu  indiki  dönəmdə  onun  haqqında  yeni  kitabın  nəĢrinə  ciddi  ehtiyac 
duydum,  çünki  onun  barəsində  hər  cür  yanlıĢ  fikirlər  yenə  də  geniĢ  yayılmaqdadır.  Bu 
məqsədlə "Elçi Bəy"in "Prezident" bölümünü ayrıca kitaba çevirməyi qərara aldım.  
"Elçi Bəy"də bir çox həqiqətləri qələmə almamıĢdım, çünki, birincisi, bir çox məsələlər mənə, 
sadəcə,  bəlli  deyildi  (olmamalıydı  da);  ikincisi  də,  bildiklərimin  hamısının  ortaya  qoyulması 
Bəyin  sonrakı  siyasi  fəaliyyətində  müəyyən  əngəllər  törədə  bilərdi.  Əbülfəz  bəy  dünyasını 
dəyiĢdikdən  sonra  onunla  bağlı  indiyədək  ən  ciddi  Ģəkildə  qorunmuĢ  xeyli  sirlər  mənə 
açıqlandı.  Ġllərlə  onunla  çiyin-çiyinə  addımlamıĢ,  onun  ən  Ģirin  və  ən  acı  anlarında  yanında 
bulunmuĢ, atdığı hər addımı izləmiĢ, dediyi hər sözü dinləmiĢ ən yaxın qohumları və dostları, 
dünənki arxadaĢları olan bugünkü tanınmıĢ siyasətçilər indiyədək hətta həyatları bahasına da 
ağızlarından  çıxarmayacaqları  gizlinləri  mənə  söylədilər. 
(Açığını  deyim  ki,  hələ  sağlığında 
özümü Elçibəyi yaxĢı tanıyan adamlardan saysam da 2000-in avqustundan sonra gördüm ki, 
Bəy  haqqında  çox  Ģeyi  bilmirəmmiĢ).
  Onun  haqqında  təsəvvürlərim  xeyli  geniĢləndi.  Bəyin 
dostlarını  və  düĢmənlərini  daha  yaxından  tanıdım,  onun  həyatının  indiyədək  gizli  qalan 
məqamlarına yetərincə bələd oldum.  
Ġndiyədək  örtülü  qalmıĢ  həqiqətlərin  böyük  qismini  daha  xalqa  açıqlamaq  olar.  Bu 
gerçəklikləri öyrənən oxucuların Elçibəyin bugünədək müəmmalı saydığı, yaxud bəyənmədiyi 
bir çox hərəkətlərinə, iĢlərinə hörmətlə yanaĢacağına inanıram. 
Elə  bu  düĢüncələrlə  də  yeni  topladığım  faktları  da  "Prezident"  bölümünün  üzərinə  gəldim, 
oradakı bir çox yanlıĢlıqları düzəltdim və xeyli yeri yenidən iĢlədim. Nəticədə tutumca ikiqat 
böyük yeni bir əsər ortaya çıxdı.  
Bu  baĢdan  deyim  ki,  mən  Elçibəyi  həmiĢə  sevmiĢəm  və  bunu  daim  açıq  söyləmiĢəm;  Bəyə 
sevgimi bu kitabda da gizlətmək istəməmiĢəm (axı sevgisiz bu əsəri necə yarada bilərdim?!). 
Ancaq  onu  da  bildirim  ki,  oxucunun  məni  Bəyi  ideallaĢdırmağa  çalıĢmaqda,  subyektiv 
yanlıĢlıqlara yol verməkdə qınamamasıyçün yalnız HƏQĠQƏT'ə söykənmiĢəm, yalnız danılmaz 
FAKT'ı  hər  Ģeydən  üstün  tutmuĢam,  hətta  Elçibəyin  xatirinə  də  həqiqətin  ziddinə  getməyi 
Allah  yanında  ağır  günah  saymıĢam.  (Gerçək  bilib  qələmə  aldığım  yalanlar  varsa  Tanrı 
suçumdan keçsin). 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə