ƏSRƏ BƏrabər biR İLİn salnaməSİ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə5/153
tarix15.07.2018
ölçüsü1,94 Mb.
#55918
1   2   3   4   5   6   7   8   9   ...   153

Oxucuya bir məqamı açıqlamağı da gərəkli sayıram. "Elçi Bəy" kitabını yazanda Əbülfəz bəy 
bir  müəllif  kimi  tam  sərbəst  olmağımı,  onun  həm  özəl  həyatı,  həm  də  siyasi  fəaliyyəti 
haqqında əldə etdiyim hər Ģeyi yalnız öz düĢündüyüm kimi yazmağımı tövsiyə etmiĢdi. Buna 
baxmayaraq,  xüsusən  prezident  Elçibəyin  bir  çox  dövlət  baĢçılarıyla,  dövlət  adamlarıyla 
münasibətlərindən,  ölkənin  ən  çağdaĢ  tarixindəki  mühüm  hadisələrdən  (məsələn, 
Naxçıvandakı  24  oktyabr  1992  olayından  və  b.)  yazarkən  hökmən  Bəyin  öz  rəyini  də 
öyrənməyə  çalıĢdım  ki,  tarixi  önəmli  məsələlərdə  Elçibəyin  baxıĢları,  münasibətləri  təhrif 
edilməsin. Bütün qalan hallarda yalnız faktların məntiqindən doğan subyektiv düĢüncələrimi 
qələmə  aldım,  bir  sıra  hallarda  həm  Ģəxsən  Elçibəyin  özünün,  həm  də  hakimiyyət 
komandasının buraxdığı səhvləri də tənqid etdim. Bəy nəĢrdən qabaq "Elçi Bəy"in əlyazmasını 
oxumaqdan qəti imtina etsə də, sözsüz ki, kitabı oxudu, bütün yazılanlarla tanıĢ oldu və məni 
sevindirən budur ki, əsərin mahiyyətiylə bağlı heç bir irad bildirmədi, yalnız Kələki dövrünün 
də beləcə iĢlənməsi arzusunu dilə gətirdi…  
"Elçi  Bəy"  kitabına  Elçibəyin  öz  iqtidarının  təhlilinə  həsr  etdiyi 
"Müstəqillik:  ikinci  cəhd"
 
adlı  hesabatını  əlavə  etmiĢdim.  Bu  əsərəsə  "Elçibəylə  13  saat  üz-üzə"  kitabındakı  geniĢ 
müsahibəmizdə  prezidentlik  dövrüylə  bağlı  Bəyin  çox  dəyərli  Ģərhlərini  artırmağı  faydalı 
saydım, ancaq bu dəfə ulu öndərin fikirlərini əsər boyu uyğun yerlərdə verdim. Kitaba eləcə 
də bu yaxınlarda görüĢüb söhbətləĢdiyim bir çox adamların ifadələrini də daxil etmiĢəm.  
Məncə,  Elçibəy  haqqında  bütün  gerçəklikləri  ortaya  qoyacaq  bir  əsər  heç  zaman 
yazılmayacaq, çünki onun həyatı, əməlləri və düĢüncələriylə bağlı ən böyük həqiqətləri də, ən 
böyük sirləri də özüylə biryolluq aparıb getdi. Bu kitabın da ƏSL ELÇĠBƏY haqqında olduğunu 
demək  iddiasından  çox  uzağam,  ancaq  onun  prezident  kimi  portretini  bacardığım  qədər 
dolğun  yaratmaqçün  əlimdən  gələni  etmiĢəm.  Mənim  gücüm  çatan  budur.  Ġnanıram  ki, 
Elçibəy haqqında yaxın gələcəkdə daha sanballı əsərlər ortaya qoyulacaq, çünki millətimizin 
onlara çox böyük ehtiyacı var. 
"Prezident  Elçibəy"  kitabının  nəĢrində  mənə  bir  çox  elçibəysevərlər  yaxından  köməklik 
göstərib.  Azərbaycan  Xalq  Cəbhəsi  Partiyasının  sədri  Mirmahmud  Mirəlioğluna,  Müsavat 
Partiyasının  baĢqanı  Ġsa  Qəmbərə,  "Yeni  Müsavat"  qəzetinin  rəhbərliyinə  və  oğlum  Həmidə 
əsərin  iĢıq  üzü  görməsindəki  əvəzsiz  əməli  dəstəklərinə  görə  ürəkdən  minnətdarlığımı 
bildirirəm.  Bitməz-tükənməz  Ģükürlərimsə  bu  əsərin  ortaya çıxmasında  ən  böyük  yardımçım 
olmuĢ Allah-taala həzrətlərinədir! 
26 aprel 2001
  
 
 
 
 
 
 
 
 
 
 


ĠSA QƏMBƏR: "BU, OLDUQCA ƏDALƏTLĠ VƏ AZAD BĠR SEÇKĠYDĠ" 
 
Əbülfəz Elçibəyin düĢüncədaĢı, neçə illərin sınağından çıxmıĢ sevimli arxadaĢı, eyni hərəkatda 
daim  kürək-kürəyə  söykəyərək  bir  səngərdə  çarpıĢdığı  cəbhədaĢı  və  müstəqil  Azərbaycan 
dövləti  qurarkən  onunla  çiyin-çiyinə  vermiĢ  əməldaĢı  olan  Müsavat  Partiyasının  baĢqanı  Ġsa 
Qəmbərin 1988-dən üzübuyana Elçibəyin bütün savablarında da, günahlarında da az-çox payı 
var. ġəxsən mən Əbülfəz Elçibəy deyən kimi istər-istəməz gözlərim qarĢısına onunla yanaĢı 
Ġsa bəyi də gətirirəm, çünki 1988-dən 2000-ədək onları daim qoĢa addımlayan, millətin taleyi 
üçün ən məsuliyyətli, ən ağır anlarda bir yerdə çarə axtaran görmüĢəm.  
Fikrimcə, Əbülfəz Elçibəy-Ġsa Qəmbər əqidə və əməl qardaĢlığı Azərbaycan Xalq hərəkatının 
ən  önəmli  nailiyyətlərindən  biridir  və  bu  qardaĢlıq  hərəkatın  1992-də  Elçibəyin  prezident 
seçilməsiylə sonuclanan qələbəsini Ģərtləndirən mühüm amillərdəndi. Ona görə də "Prezident 
Elçibəy"  adlı  kitab  yazarkən  Ġsa  Qəmbərlə  görüĢərək  Elçibəy  və  prezidentliyi  mövzusunda 
onunla  çox  geniĢ söhbət  etdim,  axı Ġsa  bəy həm  də Elçibəy  iqtidarında prezidentdən  sonra 
ikinci Ģəxs - qanunverici hakimiyyətin baĢçısı olaraq 1992-93-dəki bütün önəmli hadisələrin ya 
mərkəzində olub, ya onları öz gözləriylə qıraqdan izləyib, ya da, ən azı, onlar haqqında geniĢ 
bilgi toplayıb.  
Əbülfəz bəyi hərtərəfli tanıyan Ġsa Qəmbər milli liderimizin həm Ģəxsiyyətini, həm prezident 
kimi  keyfiyyətlərini,  həm  də  dövlətə  baĢçılıq  etdiyi  bir  ildə  görülmüĢ  iĢləri  söhbətimizdə 
layiqincə  dəyərləndirdi.  Gördüm  ki,  Ġsa  bəyin  dedikləri  əslində  kitabın  bütün  mahiyyətini  öz 
içinə alır və hörmətli baĢqanın fikirlərini əsərin baĢlanğıcında verməyi faydalı saydım.  
Dəyərləndirmələrini  qəti  hökm  yox,  düĢünməyə,  ilkin  fikir  bildirməyə  cəhd  adlandıran  Ġsa 
Qəmbər aĢağıdakıları söylədi: 
-Əbülfəz Elçibəy Azərbaycan milli azadlıq hərəkatının rəhbəriydi və mən həmiĢə demiĢəm ki, 
Azərbaycanın XX əsrdə iki böyük lideri olubdur; birincisi Məmmədəmin Rəsulzadədir - böyük 
bir ideoloq olmaqla yanaĢı, bütöv bir siyasi cərəyanın əsasını qoyubdur və əslinə qalsa, bütün 
XX  əsr  həmin  siyasi  cərəyanın  üzərində  gedib.  Əbülfəz  Elçibəysə  əsrin  sonunda  xalq 
hərəkatının  yenidən  yüksəlməsində,  onun  idarə  edilməsində  həlledici  rol  oynamıĢ böyük  bir 
siyasətçidir.  Əbülfəz  Elçibəyin  prezidentliyinə  yanaĢanda  bu  amil  nəzərə  alınmalıdır,  yəni 
Əbülfəz Elçibəy sıradan prezidentliyə namizəd olaraq prezident seçilmiĢ bir Ģəxs deyil.  
Bir məqam, nədənsə, az xatırlanılır.  
7  iyun  1992-ci  ildə  prezident  seçkisi  keçirilərkən  bütün  namizədlərə  bərabər  imkanlar 
yaradılmıĢdı  -  imza  toplanılmasıyla,  qeydiyyata  alınmaqla,  seçicilərlə  görüĢlərlə,  televiziyada 
çıxıĢlarla  bağlı  heç  bir  süni  maneə  yoxdu.  Bəlkə  də  hansısa  məntəqədə,  hansısa  dairədə 
kimsə saxtakarlıq etməyə, yaxud baĢqa bir namizədin xeyrinə bülleten atmağa, hətta rəqəmi 
dəyiĢməyə də cəhd göstərib və nəyəsə də nail olub, ancaq bütövlükdə bu, olduqca ədalətli və 
azad  bir  seçkiydi.  Onun  nəticələri  də  hər  Ģeyi  aydın  göstərir  -  bütün  xalqın  dəstəklədiyi 
Azərbaycan Xalq Cəbhəsi kimi bir siyasi qüvvənin lideri cəmi 59 faiz səs toplamıĢdı. Avropa 
standartları  baxımından  bu,  çox  yüksək  rəqəm  görünsə  də  Azərbaycan  gerçəkliyindən 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə