ƏSRƏ BƏrabər biR İLİn salnaməSİ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə6/153
tarix15.07.2018
ölçüsü1,94 Mb.
#55918
1   2   3   4   5   6   7   8   9   ...   153

yanaĢanda aĢağıydı. Namizədlərdən biri heç kimin gözləmədiyi halda 33 faiz səs toplamıĢdı. 
Deməli,  bu,  çox  ciddi  seçkiydi.  Bu  seçkidə  həm  də  gələcək  həqiqi  seçkilərin  nə  cür 
keçirilməsinin, bir növ, konturları cızılmıĢdı. 
Əbülfəz  Elçibəyin uğurlu  bir prezident  olduğu  göz  qabağındaydı.  Təbii ki,  nöqsanlar da yox 
deyildi - bütövlükdə hakimiyyətin də nöqsanları vardı, Əbülfəz Elçibəyin məsələlərə yanaĢma 
tərzindən irəli gələn müəyyən çatıĢmazlıqlar da. Ancaq bütövlükdə götürdükdə bu, çox uğurlu 
bir prezidentlikdi, uğurlu bir hakimiyyətdi.  
Əbülfəz  Elçibəy  xırda  idarəetməçiliklə  maraqlanan  prezident  deyildi.  Onu  ideyalar 
maraqlandırırdı,  ideyaların  gerçəkləĢməsi  maraqlandırırdı,  qlobal  məsələlər  maraqlandırırdı. 
Azərbaycan  öz  müstəqilliyini  əldə  edəndən  sonra  belə  bir  liderin  prezident  olması 
Azərbaycana çox lazım idi.  
Əbülfəz Elçibəyin böyüklüyü, böyük ideallar sahibi olması xırdalıqlarla maraqlanmamasında da 
üzə çıxır. Ümumiyyətlə,  bir prezident  kimi onun  müsbət  cəhətləri xeyli  çoxdur.  Ancaq,  eyni 
zamanda, bütün  məsələlərə  nəzarətlə özü maraqlanmadığına  görə  bəzən  müxtəlif  sahələrin 
rəhbərləri bundan sui-istifadə edə bilirdilər və Əbülfəz Elçibəyin prezidentlik dövrünə qiymət 
verərkən bu amil də gözdən qaçırılmamalıdır.  
Əbülfəz Elçibəy öz silahdaĢlarına çox böyük etimad göstərən bir siyasətçi və prezidentdi. Bir 
çox ciddi məsələlərin müzakirəsində öz silahdaĢlarının rəyinə həddən artıq əhəmiyyət verirdi 
və onların təkliflərini bəzən əlavə müzakirədən keçirmədən də qəbul eləməyə hazır olurdu. 
Elçibəyin prezidentliyi dövründə əldə edilmiĢ nailiyyətləri nəzərdən keçirsək, mənə elə gəlir ki, 
çox böyük iĢlər görüldüyünün Ģahidi olarıq. 
Biz  keçid  dövrünə  baĢlamıĢdıq.  Keçid  dövrünün  mahiyyəti  nədən  ibarətdi?  Biz  müstəmləkə 
vəziyyətindən  müstəqil  dövlətçiliyə  keçməliydik.  Biz  kazarma  sosializmindən  bazar 
iqtisadiyyatına  keçməliydik.  Biz  totalitar  cəmiyyətdən  demokratik  cəmiyyətə,  vətəndaĢ 
cəmiyyətinə keçməliydik. Gəlin baxaq görək bir ildə bu istiqamətdə nələr edildi.  
Müstəqil  dövlətin  qurulması  istiqamətində,  müstəmləkə  vəziyyətindən  müstəqilliyə  keçid 
məsələsində Əbülfəz Elçibəy dövründə böyük iĢlər görüldü.  
 
 Dövlətin  atributları  formalaĢdırıldı  -  himn,  gerb,  bayraq  məsələləri  (bəziləri  əvvəlcədən 
razılaĢdırılmıĢdı) həll olundu.  
 
Dövlətin  ən  mühüm  atributlarından  olan  ordu  formalaĢdırılmağa  baĢlandı  (ordu  haqqında 
qanun  1991-də  qəbul  edilmiĢdisə  də  biz  hakimiyyətə  gələnədək  ordu  quruculuğu  çox 
bərbad vəziyyətdəydi).  Xüsusi qeyd  olunmalıdır ki,  rus ordusu  Azərbaycandan  çıxarıldı və 
bu  da  müstəqilliyin  çox  mühüm  bir  elementiydi.  Ġndiyə  qədər  də  biz  onun  faydasını 
yaĢayırıq - kimlərsə dərk eləsə də, eləməsə də.  
 Azərbaycanın milli valyutası tətbiq edildi.  
 
Dövlətimizin  beynəlxalq qurumlarda  təmsil olunması və onlarda  öz  yerini tapması prosesi 
getdi.  Azərbaycan  bizdən  öncə  BMT-yə  daxil  olmuĢdusa  bizim  dövrümüzdə  ATƏT-in 
(ozamankı  ATƏM-in)  üzvü  oldu  və  ATƏT-də  kifayət  qədər  hörmətlə  qarĢılandı.  Bizim 


iqtidarımız  zamanında Azərbaycan  beynəlxalq  qurumların  bəzilərində hətta  təĢəbbüskarlıq 
səviyyəsində  də  iĢtirak  edirdi.  Məsələn,  Qara  Dəniz  Ölkələri  ĠĢbirliyi  qurumunun 
yaranmasında Əbülfəz Elçibəyin böyük xidməti olmuĢdu. Türk cümhuriyyətlərinin bir araya 
gəlməsində də Əbülfəz Elçibəy böyük təĢəbbüskarlıq göstərirdi.  
 
Bazar iqtisadiyyatına  keçid  üçün  zəruri olan  bir çox  islahatlar gerçəkləĢdirildi. Bu  həm  də 
ona  görə  mümkün  oldu  ki,  bizim  hakimiyyətin  iqtisadiyyat  üzrə  mükəmməl  islahatlar 
proqramı vardı.  Özü də,  həmin  sənəd  biz  hakimiyyətə gəlməmiĢdən  qabaq  hazırlanmıĢdı, 
ancaq hakimiyyətə gələndən sonra islahatların həyata keçirilməsi üçün yaradılmıĢ Ġqtisadi 
ġurada həm dövlət adamları, nazirlər, həm də alimlər, mütəxəssislər yığıĢaraq o proqramı 
təkmilləĢdirdilər  və  ona  uyğun  konkret  qanun,  qərar  və  fərman  layihələri  hazırlandı  və 
onlar  bir  tərəfdən  parlamentdə  qanunlar,  digər  tərəfdən  prezidentin  fərmanları  Ģəklində 
qəbul edilərək gerçəkləĢdirilməyə baĢlandı. Bu iĢləri kimsə unutdurmağa çalıĢa bilər, ancaq 
həmin  proses  yetərincə  uğurlu  gedirdi.  O  dövrdə  parlamentin  qəbul  etdiyi  qanunları, 
prezidentin  verdiyi  fərmanları  hətta  ötəri  də  araĢdıran  hər  kəs  bu  istiqamətdə  nə  qədər 
ciddi iĢlər görüldüyünə inanar. 
 
Biz  iqtisadi  islahatlara  Rusiyadan  6  ay  gec  baĢlamıĢdıq  (Rusiya  bu  iĢə  1  yanvar  1992-ci 
ildən  baĢlamıĢdı),  ancaq  1993-ün  baĢlanğıcında  biz  orta  əməkhaqqı  səviyyəsinə  görə 
Rusiyaya və Baltikyanı ölkələrə yaxınlaĢmıĢdıq. Bizim hakimiyyətin verdiyi maaĢla, məsələn, 
müəllim öz ailəsini minimum həddə də olsa dolandırırdı. Gömrük Komitəsinin iĢçisi rüĢvət 
almadan bir ay yaĢaya bilirdi. Bunu bizim hakimiyyət bacarmıĢdı.  
 
Totalitar  cəmiyyətdən  demokratik  cəmiyyətə,  vətəndaĢ  cəmiyyətinin  qurulmasına  keçid 
istiqamətində  də  çox  böyük  iĢlər  görüldü.  Çoxpartiyalı  sistem  haqqında  qanun,  kütləvi 
informasiya  vasitələri  haqqında  qanun  bizim  vaxtımızda  qəbul  olunub.  O  zaman  istənilən 
Ģəxs  qanunauyğun  yaratdığı  partiyanı,  nəĢr  etmək  istədiyi  qəzeti  heç  bir  problemlə 
üzləĢmədən asanlıqla qeydiyyatdan keçirə bilirdi. Azərbaycan Respublikasında yaĢayan milli 
azlıq,  azsaylı  xalq  və  etnik  qrupların  hüquq  və  azadlıqlarının  qorunması,  onların  dil  və 
mədəniyyətinin  inkiĢafına  dövlət  yardımı  haqqında  prezident  Əbülfəz  Elçibəyin  verdiyi 
fərman da Avropa standardlarına uyğun çox mütərəqqi bir sənəddi. Bəli, ölkədə həqiqətən 
demokratik, vətəndaĢ cəmiyyətinin qurulması istiqamətində uğurlu addımlar atılırdı.  
Bu  sadaladıqlarım  Əbülfəz  Elçibəy  hakimiyyəti  dövründə  görülmüĢ  iĢlərin  çox  kiçik  qismidir. 
Mən yalnız ən önəmli saydığım bəzi məqamlara toxundum.  
Sadəcə,  4  iyun  qiyamının  qarĢısını  ala  bilməmək  bütövlükdə  bizim  hakimiyyətin  və  təbii  ki, 
prezident olaraq Əbülfəz Elçibəyin ən böyük uğursuzluğudur. Mən hesab edirəm ki, o zaman 
qiyamın  qarĢısını  almaq,  qiyam  baĢlayandan  sonra  da  onu  yatırtmaqdan  ötrü  daha  sərt 
tədbirlər görmək mümkündü.  
4 iyun uğursuzluğunun özü və bizim hakimiyyətə, Əbülfəz Elçibəyə qarĢı illərcə dayanmadan 
aparılan  total  təbliğat  ictimai  Ģüura  müəyyən  dərəcədə  təsir  edir,  ancaq  biz  gerçəkliyi 
cəsarətlə, faktları, rəqəmləri ortaya qoymaqla aĢkarlasaq cəmiyyətimiz həmin 1 illik iqtidarın 
uğurlu  hakimiyyət  olduğunu,  Əbülfəz  Elçibəyin  uğurlu  prezident  olduğunu  tərəddüdsüz 
təsdiqləyəcək. 
  


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə