ƏSRƏ BƏrabər biR İLİn salnaməSİ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə10/153
tarix15.07.2018
ölçüsü1,94 Mb.
#55918
1   ...   6   7   8   9   10   11   12   13   ...   153

yaxĢı  bilən  insan  xalqın  ona  verdiyi  5  illik  möhlətdə  dövlətin  sarsılmazlığını  təmin  etmək 
istəyirdi.  
ĠĢə  baĢladığının  ertəsi  günü  -  17  iyunda  imzaladığı  ilk  qanunun  "Azərbaycan  Respublikası 
vətəndaĢlarının  pul  gəlirlərinin  və  əmanətlərinin  indeksləĢdirilməsi  haqqında"  adlanması 
əslində  həm  qanunauyğun,  həm  də  rəmzidir.  Ölkədə  qiymətlərin  artmasıyla  bağlı  iqtisadi 
durumu  pisləĢmiĢ  soydaĢlarına  köməyi  hər  Ģeydən  irəli  sayan  Bəy  bununla  milyonlarca 
yurddaĢına sanki "elə ilk andan sizə arxayam, çətinliklərinizə heç vaxt laqeyd qalmayacağam" 
demək istəyirdi. 
Andiçmə  mərasimindən  heç  bir  həftə  keçməmiĢ  ortaya  qoyulmuĢ  iĢlərsə  prezidentin  ciddi 
niyyətlərinin  yönündən  soraq  verirdi.  23  iyunda  fərmanla  strateji  proqramlar  üzrə  dövlət 
müĢaviri  vəzifəsini  təsis  etməsi  və  bu  vəzifəyə  gənc  silahdaĢı  Sabit  Bağırovu  təyin  etməsi 
Bəyin  "nə  etməli?"  sorğusuna  cavab  verə  biləcək  adamlardan  ibarət  komanda  yaratmaq 
yolunda  ilk  uğurlu  addımlarındandı.  Sabit  bəy  ölkədə  tezliklə  köklü  iqtisadi  islahatların 
aparılmasından  ötrü  irimiqyaslı  ciddi  iĢlər  görməyə  baĢladı.  Məhz  onun  təĢəbbüsü  və  ən 
yaxından  iĢtirakıyla  bir  çox  dövlət  müəssisələri  yaradıldı,  çoxlu  qanun  layihələri  iĢlənib 
hazırlandı  və  parlamentdə  qəbul  edildi,  milli  valyutamızın  tətbiqi,  ticarətin 
kommersiyalaĢdırılması  və  b.  kimi  inqilabi  dəyiĢikliklər,  köklü  yeniliklər  gerçəkləĢdirildi. 
Prezident  iqtisadi  baxımdan  dilənçi  vəziyyətinə  salınmıĢ  Azərbaycanı  rüĢvət  alması, 
korrupsiyaya  qurĢanması  ağla  da  gətirilə  bilməyən,  öz  iĢində  yalnız  demokratik  prinsiplərə 
söykənən  belə  bacarıqlı  arxadaĢlarından  yaratdığı  komandasının  yardımıyla  ən  varlı 
ölkələrdən birinə çevirmək istəyirdi.  
Fərmandan söz düĢmüĢkən, xatırladım ki, "Əbülfəz Elçibəyin 1 saylı prezident fərmanı 
olmayıb, çünki o, prezidentliyə namizəd olanda deyirdi ki, mənim 1 saylı fərmanım 
ġimali və Cənubi Azərbaycanın birləĢdirilməsi haqqında olacaq. Təbii ki, prezident 
ikən belə fərman verməsi mümkünsüzdü və onu imzalamağa tələsmədən Elçibəy 
birbaĢa  2  saylı  fərman  verdi.  O  umud  edirdi  ki,  haçansa  1  saylı  fərmanı  da 
imzalamaq ona qismət olacaq…" (keçmiĢ dövlət müĢaviri Arif Hacıyev). 
Elə  23  iyunda  üç  baĢqa  əlamətdar  hadisə  də  baĢ  verdi  -  prezidentin  fərmanlarıyla  dövlət 
quruculuğunda ciddi islahatların ilk qaranquĢu olan iki mühüm komitə: Dövlət Əmlak Komitəsi 
və  Dövlət  Antiinhisar  Siyasəti  və  Sahibkarlığa  Kömək  Komitəsi  yaradıldı,  mətbuatda  "Siyasi 
partiyalar haqqında qanun" dərc edildi. 
Deməli,  hələ  "yerini  isitməmiĢ"  prezident  artıq  öz  məqsədlərini  incəliklə  müəyyənləĢdirib  - 
yeni  Azərbaycan  dövlətinin  daxili  siyasətində  dövlət  mülkiyyətinin  özəlləĢdirilməsi  (baĢqa 
sözlə, sosializm quruluĢunun dağıdılmağa baĢlanması) və özəl bölmənin, sahibkarlığın inkiĢafı 
(yəni  bazar  iqtisadiyyatına  əsaslanan  kapitalist  münasibətlərinin  bərpasına  baĢlanması)  hər 
Ģeydən  irəli  çəkiləcək,  ölkədə  demokratiyanın  və  siyasi  plüralizmin  tərəqqisinə  geniĢ  Ģərait 
yaradılacaq.  Bəyin  həddən  artıq  tələsməsi,  görünür,  qarĢıdakı  iĢlərin  təsəvvürəgəlməz 
çoxluğunun  dərk  edilməsindən  və  onların  5  ilə  baĢa  çatdırıla  bilməməsi  qorxusundan  irəli 
gəlirdi.  ĠĢə  baĢladıqdan  vur-tut  bircə  həftədən  sonra  yeni  dövlət  qurumlarını  yaratması 
göstərirdi  ki,  "yeni  saray"ın  layihəsini,  deyəsən,  hələ  "tikinti"yə  baĢlamazdan  qabaq 
hazırlayıbmıĢ. Ancaq Elçibəy "saray"a girməzdən öncə bir hazırlıq da görmüĢdü - özünə söz 


vermiĢdi  ki,  oraya  necə  sadə  insan  kimi  daxil  olacaqsa  oradan  qətiyyən  dəyiĢməmiĢ  elə 
sadəlik və qayğıkeĢliklə də çıxacaq! 
Xalqımızın  ən  sevimli  sənətkarlarından  biri  olan  Habil  Əliyev  çox  az  ünsiyyətdə  bulunduğu 
Əbülfəz Elçibəy haqqında yazır:  
"1992-ci  ilin  iyununda  o,  xalqın  istəyi  ilə  Azərbaycan  Respublikasının  prezidenti  seçildi. 
Aradan bir müddət keçdi. Bir də eĢitdim ki, AğdaĢda yaĢayan böyük qardaĢım Qabilin evinə 
OMON-çular hücum edib... Mən bildim ki, məsələ rayonluq deyil, Bakıdan gəlir, ona görə də 
AğdaĢa  gedərək  vaxt  itirməmək,  bu  iĢi  daha  təcili  həll  etmək  üçün  prezidentə  zəng  etdim. 
Onun  köməkçisi  GülĢad  Zərbəliyevə  dedim  ki,  prezidentlə  ikicə  dəqiqə  telefon  söhbətinə 
ehtiyacım  var.  O  bildirdi  ki,  hökmən  prezidentə  Sizin  xahiĢinizi  çatdıracağam;  nəticəsini 
bilmək üçün saat 5-də mənimlə yenidən əlaqə saxlayın. 
 
Saat 5-də G.Zərbəliyevə bir də zəng vuranda o dedi ki, Habil müəllim, Siz heç nədən narahat 
olmayın,  prezident  Ģəxsən  özü  Sizin  məsələnin  həlli  ilə  məĢğuldur.  Məəttəl  qaldım  ki,  mən 
hələ ürəyimin sözünü ona deməmiĢəm, ancaq o artıq mənim problemimi həll etməkdədir!..
 
Elçibəyi  mən  prezident  kimi  yox,  sıravi  bir  vətəndaĢ  kimi  gördüm.  O,  son  dərəcə  sadə, 
yaĢayıĢı  və  məiĢəti  ilə  heç  birimizdən  seçilməyən  adi  bir  insandı.  Buna  görə  də  ölkə 
vətəndaĢlarının  dərdini  çox  asanlıqla  baĢa  düĢür,  onlara  əlac  etməyə  çalıĢırdı.  O,  özünü 
qətiyyən  çəkməz,  insanları  həbsxanalara  doldurmağı  sevməz,  xalqa  yalan  danıĢmaz,  rüĢvət 
almaz və alan iĢçiləri ilə barıĢmaz, hakimiyyətdən Ģəxsən özünün və dostlarının ehtiyacı üçün 
istifadə  etməyə  çalıĢmaz,  Azərbaycanın  hansı  bölgəsində  yaĢamasından  asılı  olmayaraq  hər 
bir yerin sakinlərinə prezident kimi hörmət bəsləyərdi. Təəssüf ki, xalqımız onu baĢa düĢməyə 
hələ hazır deyildi..."
. (
"Savalanda görüĢənədək, Bəy!"
. Bakı, 2000, s.52). 
"BĠZĠM ƏSAS YOLUMUZ MUSTAFA KAMAL YOLUDUR!" 
Ġndiyədək dünyada ardıcıl demokrat və azadlıqsevər insan kimi tanınmıĢ Bəyin yeni vəzifədəki 
ilk addımlarını Amerika mətbuatı da diqqətlə izləyirdi. "Krisçen sayens monitor" qəzeti onun 
Dağlıq Qarabağ probleminin həllinə dair danıĢıqlara hazır olduğunu, ancaq BMT-nin və baĢqa 
beynəlxalq  təĢkilatların  qüvvələrinin  Qarabağda  yerləĢdirilməsinə  qarĢı  çıxdığını,  bu 
qüvvələrin Azərbaycanla Ermənistan sərhədində yerləĢdirilməli olduğunu söylədiyini yazırdı.  
AssoĢieyted  Press  agentliyisə  Əbülfəz  Elçibəyin  Ġrana  Ayaz  Mütəllibova  nisbətən  soyuq 
münasibət  bəslədiyindən  söz  açır  və  bildirirdi  ki,  Elçibəyçün  strateji  perspektivlərdən  biri 
Arazın  hər  iki  tərəfində  yaĢayan  azərbaycanlıların  birləĢməsidir,  Ġransa  bu  məsələyə  açıq-
aydın mənfi münasibət bəsləyir.  
Ə.Elçibəyin  Azərbaycanda  neft  sənayesini  modernləĢdirmək  niyyətində  olduğunu  göstərən 
həmin  agentlik  onun  bu  modernləĢdirmədə  "AMOKO"  və  "BritiĢ  Petroleum"  Ģirkətlərinin 
köməyinə bel bağladığını qeyd edirdi. 
Azərbaycanın  dünya  birliyində  yerini  möhkəmləndirməkçün  beynəlxalq  əlaqələrin 
geniĢləndirilməsini  mühüm  vəzifələrdən  sayan  Əbülfəz  bəy  24-27  iyunda  prezident  kimi  ilk 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə