Ci illər peyzaj: Hüseyin Arif



Yüklə 214,12 Kb.
səhifə1/51
tarix07.06.2023
ölçüsü214,12 Kb.
#115792
  1   2   3   4   5   6   7   8   9   ...   51
Allah komeyimiz olsun


1.1960-1980-ci illər peyzaj:Hüseyin Arif
hüseyn arif şeirlərində ənənəvi poeziyanın təbiət və peyzaj lirikası başlıca yer tutur. 60-70-ci illərdə poeziyanın böyük bir qolunun təbiət və peyzaj lirikasına müraciət etməsinin başlıca səbəblərindən biri siyasi, ideoloji, istehsalat poeziyasından yaxa qurtarmaq, yeni mövzu və problematika axtarmaq istəyindən doğurdu; ideoloji basqılardan yorulan lirik "mən" səmimi hiss və duyğularını təbiətlə həmahənglikdə görür, təbiəti tərənnüm obyekti seçir və yeni, orijinal obrazlar üçün bu məkana müraciət edir.
Hüseyn Arif ağır və keşməkeşli həyat yolu keçmişdir.Ağstafa rayonunda anadan olmuşdur. O, əvvəlcə Ağstafa şəhər yeddiillik məktəbini bitirmiş, sonralar Bakı Pedaqoji məktəbində təhsilini davam etdirmişdir. Gələcəyin çox istedadlı bir lirik şairi olan H.Arif öz əmək fəaliyyətinə Tovuz şəhərinin orta məktəblərindən birində müəllimliklə başlamış və iki il işlədikdən sonra Böyük Vətən müharibəsi başlanan kimi əsgərliyə çağırılaraq, döyüşən ordu sırasında o zamankı Sovetlər məkanının bir çox respublikalarında, habelə Şərqi Avropa ölkələrinin bir çoxunda ön atəş xəttində olmuş, döyüşlərin birində yaralanaraq müalicə olunmuş və sonralar Moskva Hərbi Mühəndislər məktəbində təhsil almışdır, Daxili İşlər Komissarlığı qoşunları hissəsində işlədikdən sonra Keçmiş Sovetlər Silahlı qüvvələri sırasından tərxis olunmuş və Bakı Dövlət Universitetinin Şərqşü-naslıq fakültəsinə daxil olaraq 1951-ci ildə oranı bitirmişdir. Elə həmin ildəcə o, Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur.
Ədəbi fəaliyyətə II Dünya mügaribəsi illərində başlamışdır.”Dağ kəndi” poemasına görə “Qızıl Oraq” mükafatına layiq görülüb.Əsərləri bir sıra SSRİ və xarici ölkə xalqlarının dilinə tərcümə olunub.Azərbaycan Respublikasının xalq şairi adını almışdır. H.Arif şifahi və yazılı ədəbiyyatımızın zəngin və tükənməz qaynaqlarından qidalanan, poetik xəyalı həmişə zirvələri dolaşan, hər şeydə, hər zırvədə, hər varlıqda poeziya tapan bir təbiət aşiqi, könül dostu, qəlblər mühəndisi kimi son dərəcə zərif və kövrək bir ürəyə malik həqiqi xalq şairidir.
Şair Hüseyn Arifin Vətən dərdinın,Cənubi Azərbaycan kədərinin, Təbriz nisgilinin üzərinə yeni, daha dəhşətli və çox ağır bir faciə də əlavə olunur ki, şairə oğul dərdini də bir növ unutdurur. Şair Cənub nisgilinə dair də xeyli şeirlər həsr etmişdir, lakin Qarabağ problemi bütün xalqımızı çıxılmaz, dözülməz situasiyalara düçar etdiyi kimi şairi də dərindən düşündürmüşdür. Ona görə də bu məsələ ilə əlaqədar ola- raq xeyli şeir yazmışdır. Onların içərisində «Göyçəlilər dağılmayın, Göyçədən» adlı bir əsər də var ki. onun məzmunundan şairin narahat ürəyinin döyüntüləri aşkar hiss olunur.
Şairin yaradıcılığında Vətənin ikinci adı, simvolik mənası olan peyzaj və ya təbiət lirikası da əzəli yerlərdən birini tutur. Bu baxım-dan onun «Ana təbiət», «Buludlar». «Damcılar», «Yadıma bahar düşür», «Gəncə çinarları», «Palıdlar», «Bulaq», «Bənövşələr» və s. şeirlərini misal göstərmək olar.
Yolda” poeması isə onun poeziyasında ayrıca mərhələ hesab olunur.Bu əsər S.Vurğunun ömür yolundan bəhs edir.Əsərdə S.Vurğun şeirinin,şəxsiyyətinin yüksəliş yolları,tənqidlə üzləşməsi göstərilir.
Hüseyn Hüseynzadə imzası ilə daha nikbin şeirlər yazan şair,oğlu Arifin ölümündən sora Hüseyn Arif təxəllüsü ilə şeirlər yazmağa başladı.Onun qəlımindən 40-a yaxın poema çıxıb.
2.1960-1980-ci illər Azərbaycan ədəbiyyatında komediya janrı
Azərbaycan dramaturgiyasının 60-80-ci illər mərhələsində ictimai -siyasi, ədəbi, mədəni mühitin dəyişməsi janrın inkişaf perspektivlərini artırdığı kimi, imkanlarını da genişləndirir.60-cı illərdə isə ədəbiyyatda müasir həyat hadisələrinin obraz və xarakterlərin, konfliktlərin getdikcə yoxa çıxdığını görən (olanlar isə şablon və trafaret xarakteri daşıyırdı) hakim ideologiya müasirliyə yaşıl işıq yandırırdı. Müasir tamaşaçı “problemsiz, ziddiyyətsiz konfliktsiz” həqiqətlərdənsə psixoloji, ideya və fikir həqiqətlərini, ictimai həyatda baş verən hadisələri görmək istəyində oldu. Dramaturgiyada obraz, xarakter, konflikt və üslub axtarışları baş verdi.Dövrün vahid dramaturgiyasının mənzərəsini janr baxımından iki hissəyə ayırmaq olar:

  1. Həyatı komik ifadə üsulu – komediyalar;

  2. Lirik, psixoloji dramlar

“Konfliktsizlik nəzəriyyəsi”nin ədəbiyyata vurduğu zərər etiraf edildikdən və “satira ictimai quruluşumuzun, sosializm quruculuğu dövlətinin əsaslarını sarsıdır” fikrindən imtinadan sonra komediyanın, eləcə də, bu janrda satira və yumorun inkişafına yaşıl işıq yandırılır. Məlum olur ki, yeni dövr, real həyat satiriklər üçün nəinki zəngin material verir, hətta bədii ədəbiyyatda bu təmayülü inkişaf etdirmək bir vəzifə olaraq qarşıya qoyulurdu.Bu cör mövzular üçün tənqid və ifşa hədəfləri də müəyyənləşdirilirdi; dövlət malına xor baxanlar, vəzifədən sui istifadə edənlər, bürokratlar, saxtakarlar və s. Bununla da, cəmiyyətdə yeni mövzunun problemin, komik qəhrəmanın, rəhbərin obrazının senzuralı işlənməsinə imkan yaradılır. S.Rəhmanın “Əliqulu evlənir” (1961), “Yalan” (1966). “Küləklər” (1969), M.İbrahimovun “Kəndçi qızı” (1963), əsərlərində müasirlik, məzmun və forma vəhdəti gözlənildiyi kimi, satirik ifşa, komik bədii ifadə üsulunun rəngarəngliyi də genişlənir.“Əliqulu evlənir” əsərində komedioqrafın əsas hədəfi yalnız Əliqulunun vəzifədən çıxarkən müxtəlif komik vəziyyətlərə düşməsini ifşa etmək deyil, vəzifəni şəxsi mənafei və idealı bilən əliquluların ictimai, əxlaqi keyfiyyətlərini tənqid etməkdir. Sadəcə olaraq komedioqrafın bu əsərdə qaldırdığı ictimai – etik; əxlaqi mənfiliklər Əliqulu obrazında cəmləşdirilir. Obrazın xarakteri komediyanın konfliktini (satirik) də müəyyənləşdirərək tərəflərin (idealların) komik mübarizəsinə imkan yaradır. Cəmiyyətdəki insan – vəzifə problemi, şəxsiyyətin cəmiyyətdə özünü tənqidi Əliqulu xarakterində açılır.Vəzifədən atılması Əliqulunun bir insan kimi xarakterini açır, onun daxilində gizlənmiş mənəvi – əxlaqi mənfilikləri üzə çıxarır –xarakterindəki bu mənfilikləri açmaq üçün S.Rəhman müxtəlif parodik elementlərdən, komik ifadə üsullarından, xüsusilə də satirik tipikləşmədən geniş istifadə edir. Nəticədə, Əliqulunun satirik xarakteri “vəzifə məcnunu”, “kabinet düşgünü” (Y.Qarayev) kimi ümumiləşir.60-cı illər komedioqrafiyasında M.İbrahimovun bu janrda ilk təşəbbüsü olan “Kəndçi qızı” əsərində həyat həqiqətini gülüş yolu ilə təsvir etməyə çalışmışdır. Azərbaycan dramaturgiyasının klassik ənənəsinə əsaslanan janrın ideya-bədii xüsusiyyətlərinə, estetik prinsiplərinə əməl edən dramaturq “kəndçi qızı” komediyasında müasir həyatın mütərəqqi keyfiyyətlərini təqdir, nöqsanları isə tənqid etmək istəmişdir. Komediyanın süjet xətti daha çox vahid və Bənövşə xətti üzərində qurulsa da, yeni cəmiyyətin yetirmələrinin (Aslan, Mahmud Səfai, Rəşid və b.) obrazları da əsas yer tutur. Zahiri süjet xətti isə təcrübəsiz Vahidin həyata, insanlara baxışındakı metamarfozlar və hadisələrlə əlaqədar olur. Komedioqraf Bənövşə – Vahid xəttini komik planda təsvir edir. Professor oğlu Vahid müyasirliyin yalnız zahiri əlamətlərinə əməl edir, buna görə də o, həyatdan müasirliyin yalnız zahiri əlamətlərinə əməl edir, buna görə də o, həyatdan uzaq düşür, tüfeyli həyat keçirir. Onun bu vəziyyətə düşməsində Şəkərlinski və Alışovun da rolu az olmayıb. Elə komedioqrafın da məqsədi onları eyni idealda təsvir etməkdir. Sadəcə olaraq bu tüfeylilik onlarda müxtəlif şəkildə təzahür edir; Şəkərlinski və Alışovda maddi (camaatın pulunu oğurlamaq, xalqın malını talan etmək), Vahiddə isə mənəvi (amalsız, idealsız yaşamaq). Bu qarşılaşmada müəllif Aslanın dili ilə ikinci keyfiyyət, yeni mənəvi şikəstliliyi daha vacib və qorxulu hesab edir. Vahidi Şəkərlinski və Alışova bənzədən Aslanın fikrincə “bu da onların tayıdır. Onlar xalqın malına əl atır, bu ürəyinə, onlar camaatın pulunu oğurlayır, bu ömrünü, səadətini”. Dövrün ictimai bəlası kimi mənalandırılan tüfeylilik getdikcə bu gəncin də həyat normasına çevrilir. Vahidin islah və ifşasına qarşı Bənövşə obrazı qoyulur. Çox sadə, sadə olduğu qədər də müasir həyatın nəbzini tutuan və onunla ayaqlaşan bu traktorçu qız Vahidin prinsipsiz, məsləksiz həyat tərzini dəyişməyə cəhd edir və buna nail olur.

3.1960-1980-ci illər Azərbaycan adabiyyatında tarixi roman janrının ideya-bədii istiqamətləri
60-80-ci illər Azərbaycan bədii nəsrinin əsas inkişaf istiqamətlərindən biri tarixi mövzunun işlənilməsi və tarixi şəxsiyyətlərin bədii obrazının yaradılmasından ibarətdir. 60-80-ci illər bədii nəsrində tarixi mövzulu, yaxud tarixi roman janrının yaradılmasında ən məhsuldar dövr hesab etmək olar. Lakin bu dövrün özü də tarixi mövzunun işlənilməsi baxımından müəyyən mərhələlərə bölünür. Belə ki, 60-cı illərdə başlayan bu mərhələnin ilk on ilində tarixi mövzu nəzərə çarpmır. Sonrakı mərhələdə isə bədii nəsrdə tarixilik poetikasının funksionallığı özünü göstərir. Özü də bu mərhələdə kəmiyyətlə keyfiyyət bir-birinə mütənasibdir. Tarixə bu marağın səbəbi kimi bədii nəsrin milli kimlik və kemişə münasibətdə yeni mərhələnin yaranmasıdır.
Bu mərhələdə yaranmış Azərbaycan tarixi romanını şərti olaraq dörd qismə bölmək olar:
1. Tarixi hadisələr, yaxud dövr bir fon kimi götürülür, hadisələr tarixi kontekstdə təsvir edilir, tarixi hadisələrin ardıcıllığı və tarixiliyindən daha çox dövrün, epoxanın mahiyyəti bədii qiymətini alır. Bu cür əsərləri tarixin xronikası da adlandırmaq mümkündür.
2. Tarixi hadisələr, dövr tarixə ekskursiyanı həyata keçirir, milli psixologiya və tarixə lirik-fəlsəfi düşüncə aparıcı mövqedə olur. Burada tarixə maarifçi münasibəti əsas yer tutur, tarixə müraciətlə tarixi öyrənmək və keçmişlə bugün arasında əlaqə yaratmaq funksiyasına üstünlak verilir.
3. Yazıçı tarixi hadisələrə tarixin fəlsəfəsini açmaq üçün müraciət edir, tarixi düşüncənin mahiyyətinə varır, tarixi düşüncə ilə bədii düşüncə vəhdətdə çıxış edir.
4. Tarixə etnoqrafik münasibət bütöv xalqın məişət və xarakterinin məcmusunu əks etdirir. Burada xalq taleyinin təsvirinə daha geniş yer verilir, xalqın həayatının müəyyən bir dövrü və epoxası təsvir olunur.
Fərman Kərimzadənin "Xudafərin körpüsü", Əzizə Cəfərzadənin "Bakı-1501", Əlisa Nicatın "Qızılbaşlar"romanlarında tarixin müxtəlif zaman kəsiyində Yaxın və Orta Şərqdə böyük rolu olan mühüm simalara müraciət edilmişdir. Özü də bu müəlliflərin oxşar mövzu və tarixi şəxsiyyətlər haqqında əsərlərinin dərci tarixə müasir baxışdan, tarixi öyrənməyin vacibliyindən irəli gəlir. Təxminən qısa bir zaman kəsiyində (10-15 il!) Xaqani, Nəsimi, Şah İsmayıl Xətai, Nişat Şirvani, Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Abbas Səhhət, Mirzə Şəfi Vazeh, M.Ə.Sabir və başqaları haqqında bioqrafik romanların yazılması və nəşr olunması yalnız tarixi, keçmişi öyrənmək marağından irəli gəlmir, həm də tarixdə müasirlik axtarışında olduqlarını göstərmiş oldular. Bu mərhələ həm də onunla şərtlənir ki, yazıçılar yazdıqları dövr və şəxsiyətlə bağlı müəyyən bir konsepsiyaya malikdirlər və tarixi romanda tarixiliklə müasirlik arasında yaradılan mənəvi körpü oxucu marağı ilə qarşılaşır. Düşündürücü cəhət isə bundan ibarət idi ki, yazılan tarixi romanların əksəriyyəti ədəbi şəxsiyyətlər üzərində qurulmuşdu. Bu isə yazıçıların ya şüurlu, ya da sosrealizmin mahiyyətindən irəli gələn səbəblərlə ictimai-siyasi mövzulardan qaçmasını. tarixdə böyük situasiyalarla müşahidə olunmuş tarixi hadisələrin mahiyyətindən bilərəkdən yan keçməsini şərtləndirmiş olurdu.
Məlumdur ki, Xudafərin körpüsü iki yerə bölünmüş Azərbaycan xalqı üçün son dərəcə həyati və rəmzi məna daşıyır. Uzun müddət bir xalqın həyat birləşdiricisi olan bu körpü Rusiyanın Qafqaza gəlişi iləbirləşdiricilik funksiyasını ayırıcılıq əvəz edir. Yazıçı F.Kərimzadə Ağqoyunlu dövlətinin yaranmasından süqutunadək Səfəvilərin hakimiyyətə gəlməsinin ilk dövrünü təsvir edir. O, bir tarixçi-sosioloq kimi dövrün mürəkkəb hadisələrini dərindən öyrənmiş vəə bu hadisələrin mahiyyətinə nüfuz etmişdir. Şah İsmayıl Xətainin tarixdən məlum olan tərcümeyi-halı bədii əsərdə bədiilik materialına çevrilərək tarixin müəyyən bir dövrünü göz önündə canlandırır. Şah İsmayılın ədəbiyyat tarixində həm də bir şair kimi tanınması və hakimiyyəti dövründə Azərbaycan dilini dövlət dilinə çevirməsi ötən yüzilin son rübündə milli kimlik arayışlarını sürdürən xalqın keçmişinə yendən dönməsi baxımından son dərəcə vacib idi. "Xudafərin körpüsü" romanında Şah İsmayılla yanaşı, Ağqoyunlu hökmdarları, Şirvanşah Fərrux Yasar və b. kimi tarixi, Qaçaq Murad, Bico Səfər kimi bədii təxəyyülün məhsulu olan obrazlar da vardır. Eləcə də Şah İsmayılın şəxsi tərbiyəçisi və müəllimi Lələ Hüseyn bəyin özünəməxsus obrazı onun bir xarakter olaraq cizgilərinin açılmasında müəyyən rol oynayır. Şah İsmayılın anası Həliməbəyimin (romanda Aləmşahbəyim), ilk diplomat qadın Sara xatunun obrazlarının yaradılması isə Səfəvi dövründə Azərbaycanda qadına verilən qiymətin təzahürü kimi dəyərləndirilməlidir.
Ə.Cəfərzadə tarixi roman-trilogiyasının müəllifidir. Buna Şirvan trilogiyası da demək mümkündür. "Vətənə qayıt", "Aləmdə səsim var" və "Yad et məni" romanlarında Şirvan ədəbi-mədəni həyatında böyük rol oynamış Nişat Şirvani, Seyid Əzim Şirvani və Abbas Səhhətin ömürlüyünə bədii həyat vermişdir. Hər üç əsərdə yazıçı xalq düşüncəsinə, həyatına və psixologiyasına dərindən bələdliyini bir daha göstərmiş oldu. Bu romanların mərkəzində ədəbi şəxsiyyətlərin həyatı dayansa da, yazıçı şəxsiyyətlərdən daha çox dövrü, hadisələri, vəziyyətləri təsvir etməyə üstünlük verir. Bu romanlar məhz tarixi romanın o tipinə aiddir ki, yazıçı burada tarixə ekskurs edir, şəxsiyyətlərlə yanaşı, dövr və hadisələr haqqında da elmi, maarifçi təsəvvürlər yaradır. Bu romanlarda yazıçının məişət və həyat hadisələrinin təsviri aparıcı olur, oxucu həmin dövrün həyat hadisələri ilə yanaşı, psixologiyası, etnoqrafik həyatı ilə də dərindən tanış olur.
Mövlud Süleymanlının "Köç" romanının qəhrəmanı isə xalqdır; yazıçı bir tayfanın taleyində rol oynayan köç prosesini təsvir etməyə çalışmışdır. Bədii təhkiyədə nağıl və dastan elementlərinin köməyi ilə yazıçı bir elin, bir obanın iki parçalanmış qolu-Qoşqar tayfası ilə Qarakəllə camaatının tarixi taleyinə aydınlıq gətirir.
Burada tarixi dəqiqlikdən, real tarixi faktlardan deyil, bədii təxəyyüldən istifadə edilmişdir. Bununla da, yazıçı tarixi romanın etnoqrafik zənginliklə dolu yeni bir konsepsiyasını ortaya qoymuşdur. Folklora bağlılıq, mifoloji elementlər, nağıl təhkiyəsi və s. romanın poetikasını da müəyyənləşdirir. Romanda simvolika, şərtiliklər, rəmzlər xalq həyatının, məişətinin, etnoqrafiyasının təsvirində başlıca yer tutur. Bəkil, Beyrək, Qutluq, Oral, Alay, Dədə, Qarı, Göyüş, Aman, Domrul, İmir, Sarac, Oğuz, Uğur, Ardıc və başqa obrazlarının hər biri müəyyən bir taleyi, insan mənəviyyatını ifadə etdiyi kimi, hər biri xalq həyatının, düşüncəsinin bir parçası olaraq təsvir edilmişdir. Bu obrazların hər biri rəmz-obraz kimi təsvir edilir və romanın süjet xəttində funksionallıq qazanır. M.Süleymanlı Qarakəllə tayfasının simasında bir toplumun yaddaşını təzələyir, onun keçmişini özünə qaytarır, milli ruhunu, mənəvi, etnoqrafik düşüncələrini təzələyir.
4.1960-1980-ci illər Azərbaycan ədəbiyyatında yumoristik üslub
Azərbaycan dramaturgiyasının 60-80-ci illər mərhələsində ictimai -siyasi, ədəbi, mədəni mühitin dəyişməsi janrın inkişaf perspektivlərini artırdığı kimi, imkanlarını da genişləndirir.
60-cı illərdə isə ədəbiyyatda müasir həyat hadisələrinin obraz və xarakterlərin, konfliktlərin getdikcə yoxa çıxdığını görən (olanlar isə şablon və trafaret xarakteri daşıyırdı) hakim ideologiya müasirliyə yaşıl işıq yandırırdı. Müasir tamaşaçı "problemsiz, ziddiyyətsiz konfliktsiz" həqiqətlərdənsə psixoloji, ideya və fikir həqiqətlərini, ictimai həyatda baş verən hadisələri görmək istəyində oldu. Dramaturgiyada obraz, xarakter, konflikt və üslub axtarışları baş verdi.
Dövrün vahid dramaturgiyasının mənzərəsini janr baxımından iki hissəyə ayırmaq olar:
a) həyatı komik ifadə üsulu – komediyalar;
b) lirik, psixoloji dramlar
"Konfliktsizlik nəzəriyyəsi"nin ədəbiyyata vurduğu zərər etiraf edildikdən və "satira ictimai quruluşumuzun, sosializm quruculuğu dövlətinin əsaslarını sarsıdır" fikrindən imtinadan sonra komediyanın, eləcə də, bu janrda satira və yumorun inkişafına yaşıl işıq yandırılır.
Məlum olur ki, yeni dövr, real həyat satiriklər üçün nəinki zəngin material verir, hətta bədii ədəbiyyatda bu təmayülü inkişaf etdirmək bir vəzifə olaraq qarşıya qoyulurdu.Bu cör mövzular üçün tənqid və ifşa hədəfləri də müəyyənləşdirilirdi; dövlət malına xor baxanlar, vəzifədən sui istifadə edənlər, bürokratlar, saxtakarlar və s. Bununla da, cəmiyyətdə yeni mövzunun problemin, komik qəhrəmanın, rəhbərin obrazının senzuralı işlənməsinə imkan yaradılır. S.Rəhmanın "Əliqulu evlənir" (1961), "Yalan" (1966). "Küləklər" (1969), M.İbrahimovun "Kəndçi qızı" (1963), əsərlərində müasirlik, məzmun və forma vəhdəti gözlənildiyi kimi, satirik ifşa, komik bədii ifadə üsulunun rəngarəngliyi də genişlənir.
Satirik obrazların komik adları bir tərəfdən müəllif mövqeyini üzə çıxarırsa,digər tərəfdən oxucu və ya tamaşaçının diqqətinin onun "komik maska" sına yönəldir. Komik obrazlara qondarma, satirik-parodik adları verilməsi XX əsr Azərbaycan komediyasını zənginləşdirən element kimi diqqəti cəlb edir. Bu sahədə Sabit Rəhman ənənə yaratmışdır. Ondan sonra Şıxəli Qurbanov, S.Dağlı, A.Məmmədov, Anar bu üslubdan geniş istifadə etmişlər.
XX əsrin 60-90-cı illərində, xüsusilə Anarın bədii nəsri özünün janr, üslub xüsusiyyətləri ilə fərqlənir. "Molla Nəsrəddin- 66" əsəri ilə yazıçı satirik publisistikamıza yeni üslub, forma gətirməklə yanaşı, bir çox ciddi problemlərin həllində komik-bədii vasitələrdən maksimum istifadəsinin əsasını qoymuşdur.
"Əliqulu evlənir" əsərində komedioqrafın əsas hədəfi yalnız Əliqulunun vəzifədən çıxarkən müxtəlif komik vəziyyətlərə düşməsini ifşa etmək deyil, vəzifəni şəxsi mənafei və idealı bilən əliquluların ictimai, əxlaqi keyfiyyətlərini tənqid etməkdir. Sadəcə olaraq komedioqrafın bu əsərdə qaldırdığı ictimai – etik; əxlaqi mənfiliklər Əliqulu obrazında cəmləşdirilir. Obrazın xarakteri komediyanın konfliktini (satirik) də müəyyənləşdirərək tərəflərin (idealların) komik mübarizəsinə imkan yaradır. Cəmiyyətdəki insan – vəzifə problemi, şəxsiyyətin cəmiyyətdə özünü tənqidi Əliqulu xarakterində açılır.
Vəzifədən atılması Əliqulunun bir insan kimi xarakterini açır, onun daxilində gizlənmiş mənəvi – əxlaqi mənfilikləri üzə çıxarır –xarakterindəki bu mənfilikləri açmaq üçün S.Rəhman müxtəlif parodik elementlərdən, komik ifadə üsullarından, xüsusilə də satirik tipikləşmədən geniş istifadə edir. Nəticədə, Əliqulunun satirik xarakteri "vəzifə məcnunu", "kabinet düşgünü" (Y.Qarayev) kimi ümumiləşir.
60-cı illər komedioqrafiyasında M.İbrahimovun bu janrda ilk təşəbbüsü olan "Kəndçi qızı" əsərində həyat həqiqətini gülüş yolu ilə təsvir etməyə çalışmışdır. Azərbaycan dramaturgiyasının klassik ənənəsinə əsaslanan janrın ideya-bədii xüsusiyyətlərinə, estetik prinsiplərinə əməl edən dramaturq "kəndçi qızı" komediyasında müasir həyatın mütərəqqi keyfiyyətlərini təqdir, nöqsanları isə tənqid etmək istəmişdir. Komediyanın süjet xətti daha çox vahid və Bənövşə xətti üzərində qurulsa da, yeni cəmiyyətin yetirmələrinin (Aslan, Mahmud Səfai, Rəşid və b.) obrazları da əsas yer tutur. Zahiri süjet xətti isə təcrübəsiz Vahidin həyata, insanlara baxışındakı metamarfozlar və hadisələrlə əlaqədar olur. Komedioqraf Bənövşə – Vahid xəttini komik planda təsvir edir. Professor oğlu Vahid müyasirliyin yalnız zahiri əlamətlərinə əməl edir, buna görə də o, həyatdan müasirliyin yalnız zahiri əlamətlərinə əməl edir, buna görə də o, həyatdan uzaq düşür, tüfeyli həyat keçirir. Onun bu vəziyyətə düşməsində Şəkərlinski və Alışovun da rolu az olmayıb. Elə komedioqrafın da məqsədi onları eyni idealda təsvir etməkdir. Sadəcə olaraq bu tüfeylilik onlarda müxtəlif şəkildə təzahür edir; Şəkərlinski və Alışovda maddi (camaatın pulunu oğurlamaq, xalqın malını talan etmək), Vahiddə isə mənəvi (amalsız, idealsız yaşamaq). Bu qarşılaşmada müəllif Aslanın dili ilə ikinci keyfiyyət, yeni mənəvi şikəstliliyi daha vacib və qorxulu hesab edir. Vahidi Şəkərlinski və Alışova bənzədən Aslanın fikrincə "bu da onların tayıdır. Onlar xalqın malına əl atır, bu ürəyinə, onlar camaatın pulunu oğurlayır, bu ömrünü, səadətini". Dövrün ictimai bəlası kimi mənalandırılan tüfeylilik getdikcə bu gəncin də həyat normasına çevrilir. Vahidin islah və ifşasına qarşı Bənövşə obrazı qoyulur. Çox sadə, sadə olduğu qədər də müasir həyatın nəbzini tutuan və onunla ayaqlaşan bu traktorçu qız Vahidin prinsipsiz, məsləksiz həyat tərzini dəyişməyə cəhd edir və buna nail olur.

5.1960-1980-ci illər Mühacirət ədəbiyyatı
Azərbaycan mühacirət ədəbiyyatı məfhumu XX yüzil siyasi mühacirətinin doğurduğu və formalaşdırdığı adəbi-estetik anlayışı ifadə etməkdədir. Çünki əvvəlki dövrlərdən fərqli olaraq Azərbaycan mühacirəti XX yüzildə kütləvi xarakter almış, onun təməlində siyasi motiv dayanmışdır. Məhz buna görə də Azərbay- can mühacirət ədəbiyyatının tarixi qədimlərə gedib çıxmasına bax- mayaraq bu ad altında əsas etibarila XX əsrdə siyasi səbəblər ucbatından dünyanın müxtəlif ölkələrinə səpələnmiş ədəbi şəxsiy- yətlərin yaradıcılıq irsi nəzərdə tutulmaqdadır.
İyirminci yüzil Azərbaycan mühacirət ədəbiyyatı özünün inkişafında əsas etibarı ilə dörd mühüm mərhələdən keçmişdir.Bunu şərti olaraq aşağıdakı kimi xarakterizə etmək olar:
1) 1909-1920-ci illər (Stolipin irticasından Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədərki dövr):
2) 1920-1941-ci illər (Cümhuriyyətin süqutundan II Cahan savaşına qədərki dövr):
3) 1941-1991-ci illər (II Cahan savaşından Azərbaycanın istiqlaliyyətinə qədərki dövr);
4) 1991-ci ildən sonrakı dövr (Azərbaycanın istiqlaliyyəti dövrü).
Azərbaycan ədəbi mühacirəti qələmini nasr və dramaturgiya sahəsində də sınamış və hər iki janrda orijinal sənət nümunələri ortaya çıxarmışdır. Xüsusilə, mühacirət nəsri özünəməxsusluğu ilə se- çilməkdədir. Yusif Vəzir Çəmənzəminli, Əhməd Ağaoğlu, Mirza Bala Məmmədzadə, Kərim Yaycılı və başqalarının povest və heka- yələrı, Məhəmməd Əmin Rəsulzadənin xatirələri, Məmməd Altun- bayın, Həsən Zeynallının romanları, xüsusilə ömrü Fransada keçmiş olan Banin imzası ilə tanınmış Ümmülbanunun bədii və sənədli- bioqrafik əsərləri bu ədəbiyyatın ayrıca dəyərləndirilməsi ehtiyacını doğurur. Mühacirət nasrının bəzi nümunələri, o cümlədən Baninin <«<«Qafqaz günləri», «Paris günləri» romanları və rus mühacir yazıçısı Bunin haqqında xatırǝları fransızcadan dilimizə çevrilərək nəşr olunmuşdur. Azərbaycan oxucuları Məhəmməd Əmin Rəsul- zadənin «Azərbaycanın mühacirət nəsrinin əsərlərini fransızca yazan Baninin yaradıcılığı timsalında əldə etdiyi uğurların yalnız Vətənimizdə deyil, bəzi Qərb ölkələrində də etiraf olunması onun haqqinda ətraflı danışmaq zərurəti doğurur. Nəşr olunmuş əsərləri və haq- qında yazılmış olan tədqiqatlar göstərir ki. Baninin yazıları yalnız bioqrafik əhəmiyyət kəsb etmir, həmçinin Qafqaz və Azərbaycan tarixinin bir çox öyrənilməmiş məqamlarına işıq salır.
Qeyd edək ki, son illərə qədər Ümmülbanu Banin (1905- 1994) haqqında Azərbaycan ədəbiyyatşünaslığında heç bir məlumat verilməmiş, onun imzası mənfi mənada bela xatırlanmamışdır. Moskvada nəşr olunan biblioqrafik göstəricilərdə isə Banindən fransız yazıçısı kimi bəhs olunmuşdur.Paris ədəbi mühiti Ümmülbanuya ciddi təsir göstərmiş, onu bədii yaradıcılığa həvəs- landirmişdir. Lakin yaradıcılığa erkən başlasa da, Ümmülbanu uzun müddət əsər nəşr etdirməmişdir. Onun «Nami» («Nami>>) adlı ilk romanı yalnız 1943-cü ildə çap olunmuşdur. Qeyd edək ki, bu roman Fransa ədəbi mühitində əks-səda doğurmasa da, haqqında müsbət yazılar dərc olunmuşdur. Bundan həvəslənən yazıçı bir qǝdər sonra «Qafqaz günləri» («<«Qafqaz günləri» romanını səmimiləşdirən və oxuculara sev- dirən bir də yazıçının heyrətamiz etiraflarıdır. Belə ki, Ümmülbanu şahidi olduğu dövrün hadisələrini olduğu kimi, çılpaq, üryan, ba- zək-düzəksiz təsvir edir, heç nəyi oxucudan gizləmir. Qeyd edək ki, bu cəhət müəllifin bütün digər əsərlərinə xasdır.
Roman XX yüzilin əvvəlləri, cümhuriyyət dövrü, cümhuriyyətin devrildiyi ilk illər də daxil olmaqla Bakı mühiti və bu mühitin istər kübar, istərsə də aşağı təbəqələrinin həyat tərzini, habelə Azərbaycanın yaşadığı tarixi-siyasi hadisələrin mənzərəsini real şəkildə canlandırır.
Ümmülbanunun bir qədər sonra yazmış olduğu, yenə avtobioqrafik səciyyəli «Paris günləri» («Bu romanlarla yanaşı Ümmülbanu «Ernst Yunkerlə görüş>> («>> («J'ai choisi l'opium», 1959), «Sonra» («Apre's», 1961). «Yad Fran- sa» («Böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun övladı olan Səməd Ağaoğlunun (1909-1982) nəsr və memuar yaradıcılığı mühacirət ədəbiyyatının ən maraqlı səhifələrindən birini təşkil etməkdədir.
Yazıçının bədii irsi əsasən 1944-1965-ci illər arasında nəşr olunmuş «Strasburq xatirələri», «, <Səməd Ağaoğlunun yaradıcılığında xüsusi yer tutan və bu gün Azərbaycan ədəbi-nəzəri fikri üçün aktuallıq kasb edən əsərləri atası Əhməd bəy Ağaoğlu haqqında xatirələridir. «Babamı xatırlarkǝn>>. <Səməd Ağaoğlu xatirələrdə Əhməd bəyin Maltada sürgündə keçən həyatının təsvirinə də geniş yer vermişdir. İki ilə yaxın Maltada ingilislərin əsarətində olan Əhməd Ağaoğlu həyatının ən çətin və mə- şəqqətli günlərini yaşamalı olur. Ədibin sürgündə keçən günlərinin onun romantik ruhunda yaratdığı hərc-mərcliyi həyat yoldaşı Sitarǝ xanıma ünvanlanmış məktubları əks etdirir. Həmin məktublar Səməd Ağaoğlunun «<Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlunun (1903- 1989) memuar janrında qələmə aldığı «Bir ömür böylə keçdi» adlı əsəri də böyük mütəfəkkirin həyat və mübarizə yolunun öyrənilməsində dəyərli mənbələrdən biridir.
Süreyya xanım Ağaoğlunun atası haqqında yazmış olduğu <Xatirələrdə Əhməd bəyin Malta adasında keçən ağır sürgün həyatından sonra azadlığa buraxılan kimi dərhal Ankaraya hərəkət edərək İstiqlal savaşına qoşulması xüsusi şəkildə vurğulanmışdır. Ankara həyatının təsvirində müəllif Mustafa Kamal Atatürklə Əhməd bəyin münasibətlərinə daha çox diqqət yetirmişdir. Sürəyya xanımın yazdığına görə, bu iki şəxs arasında əvvəlcə qarşılıqlı hörmət, inam və məhəbbət olmuş, Mustafa Kamal bəyin ən sadiq dostlarından bildiyi Əhməd bəylə əlaqə və ünsiyyəti ailəvi xarakter daşımışdır. Əhməd bəyə Türkiyə Cümhuriyyətində Mətbuat Baş Müvəkkili kimi böyük bir dövlət vəzifəsinin həvalə olunması da bu qarşılıqlı etimadın nəticəsi kimi dəyərləndirilməlidir. Ancaq sonralar Atatürkün ətrafında olan bir sıra şəxslər onunla Əhməd bəyin arasını vurmağa çalışmış və müəyyən mənada buna nail ola bilmişlər.

6. Lirik psixoloji üslub
Lirik-psixoloji üslub Azərbaycanın, o cümlədən İlyas Əfən- diyevin dramaturgiyasına bir sıra yeniliklər gətirmiş və dram sənətini daha da zənginləşdirmişdir.
  1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə