Ci illər peyzaj: Hüseyin Arif


) Anarın “Gürcü familiyası” hekayəsi



Yüklə 214,12 Kb.
səhifə8/51
tarix07.06.2023
ölçüsü214,12 Kb.
#115792
1   ...   4   5   6   7   8   9   10   11   ...   51
Allah komeyimiz olsun

17) Anarın “Gürcü familiyası” hekayəsi.
Hekayə Oqtaya imzasız bir teleqramın gəlməsi ilə başlayır. Oqtay ağlına gələn bütün variantları beynindən keçirir, Moskvada və başqa şəhərlərdə olan dost-tanışlarını, Moskvada təhsil alan qardaşı Ceyhunu - heç birinin bu cür sürprizli gəlişi ağlabatan versiya olmur. Bu məqamda müəllif ani olaraq ağıla gələn ikinci, üçüncü, neçəncisə bir xəyal qırıqlığı yaradan ehtimalı da diktə edir – Əsmərin gəlişini: “Ağlıma bir fikir də gəldi. Amma bu fikir - xam xəyal idi. Qeyri-mümkün şey idi, baş tutan iş deyildi. Ola bilməzdi”.
Mətnin qısa süjetində ilk baxışdan sönük, unudulmuş, qayıtması heç vaxt mümkün olmayan bir sevgiyə işarə edilir. Oqtay bu "uşaqlıq, gənclik məhəbbəti” adlı xatirəyə yanaşmada daha laqeyd, etinasız, tənbəl və ümidsiz görünür: “Vüsal, ilk eşq, filan... yalandır.”
Lakin teleqram məchulluğu haqqında düşünəndə Əsmərin gəlişi fərziyyəsi onda həyəcan yaratdı. Deməli, əslində Oqtayın dediyi kimi – “Vüsal, ilk eşq, filan... yalandır. Heç vaxt mən onun ilk eşqi olmamışam. O da mənim” - bəyanı özünü doğrultmadı. Ortada ciddi bir eşq, unudulmayan, xatırlana və kədərləndirə biləcək, şüuraltında gizli-gizli yaşayan məhəbbət dayanıb.
Hekayənin macəra süjeti cəlbedicidir. Məktəb illəri, tanış ümidlər, xəyallar, şirin, fəqət get-gedə dadını dəyişən xatirələr, bir-birini istəyən iki gəncin ayrılan yolları və bu gedişlərdən qırılıb (bəlkə də qorunub!) qalan sevgi və s. Amma ikinci bir süjet xətti hərəkəti də var əsərdə. Əsmər Moskvadan Bakıya təkcə görüşməyə deyil, sən demə, həm də vidalaşmağa gəlib birdəfəlik. Lap kamikadzelər kimi... Hekayədə “sonuncu” adlı bir mistik oyun mexanizmi qurulur. Əsmər Oqtayın onda qalan sonuncu yeganə xatirəsini qaytarmağa gəlib sanki, məktəbdə onu qoruyan, onun da çox sevdiyi müəllimi-Babayev ölüb, yoxdur... Uşaqlığının, bütün keçmişinin bağlı olduğu məkan-İçəri şəhər sökülıür, evləri dağıdılıb, qonşular yoxdur, kimisi ölüb, kimisi köçüb... Keçmişin tarixi, abidəsi yox, xarabalığı üstünə gəlib çıxıb. Bu yaşantı onun ruhunu incidir, deməli, sevdiyi insandan, yaşadığı evdən, şəhərdən, onu keçmişə bağlayan xatirələrdən bir kamikadze kimi “sonuncu” uçuş, uzaqlaşma biletini də tale əvvəlcədən yazıb bəxtinə.
Hekayə yenə teleqramla bitir. Oqtayın “azad”, “asudə” dediyi hisslər yalançı çıxır. Çünki o yenidən hətta bir daha qayıtmayacaq Kamikadze üçün darıxmağa və həyəcanlanmağa başlamışdı.


Yüklə 214,12 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə