Ci illər peyzaj: Hüseyin Arif



Yüklə 214,12 Kb.
səhifə9/51
tarix07.06.2023
ölçüsü214,12 Kb.
#115792
1   ...   5   6   7   8   9   10   11   12   ...   51
Allah komeyimiz olsun

18) Anarın “Macal” povesti
Xalq yazıçısı Anarın adı çoxəsrlik Azərbaycan ədəbiyyatının görkəmli yaradıcılarının sırasına daxildir.Onun "Macal" povesti - şəxsiyyətin daxili narahatlığının, ikili düşüncənin yaratdığı təzadların ədəbiyyatıdır.
Macal” povestində psixo­lo­gizm yüksək səviyyədə və geniş surətdə özünü gös­tə­rir. Özü də bu əsər­lər­də psixologizm müxtəlif formalarda təzahür edir. Yazıçı “Macal” əsərində o vaxta qədər təsvir etdiyi mühiti dəyişdirməklə həm bədii düşücəsinin dairəsini genişləndirmiş, həm də ictimai mühitin adamlarına yazıçı münasibətinin ifadə olunmasına diqqət yetirmişdir. “Macal” povestindəki memar Fuad obrazı “darıxan adamlar” seriyasından olmayıb, ictimai-sosial mühitdə təmsil olunan, lakin həmin dairənin robotuna çevrilərək mənəvi simasını çokdürmüş insanların acı taleyini ümumiləşdirir. “Macal” povestinin də qəhrəmanı tənhadır. Doğmalar arasında yad... Yenə ikiləşmə, dağınıqlıq, taleyinin sahibi olmaq uğrunda mücadilə və özünə məğlubluq... Fuad bir dəfə ölə bilərdi, ölmədi. İkiləşdi, başqa bir Fuad kimi həyatına davam etdi. Amma o gecə öldü, toya hazırlaşdıqları gecə. Xoşbəxt başlanğıcın ilk gecəsində bir sınaqla qarşılaşdı.
Öz keçmişini düşünüb-daşınmağa macalı olmayan Fuad məhz vaxt qıtlığından şikayət etsə də, özü də hiss edir ki, bu - macalsızlıqdan daha çox, "öz-özündən qaçma"dır. Bu artıq Fuadın real naqisliyidir, əsrin, zamanın, onu əhatə edən mühitin günahı yox, özünün daxili əxlaqi-mənəvi çatışmazlığıdır. Bax, bu zaman aydın olur ki, "macalsızlıq" povestin başlıca ideyası olsa da, hələ bütün ideyası deyildir; çünki insanın öz mənəviyyatını müəyyənləşdirməsinə təkcə macalsızlıq mane ola bilməz; çünki özünümüəyyənləşdirmə daha əhatəli ictimai-əxlaqi amillərlə və xüsusilə hər hansı bir insanın fərdi mənəvi keyfiyyətləri ilə şərtlənir. Anarın da məqsədi bu olmamışdır ki, özünüdərketmənin, özünəqayıdışın yeganə maneəsinin macalsızlıq olduğunu sübut etməyə çalışsın. Elə buna görədir ki, daimi narahatlıq keçirən Fuadın vaxtı nə qədər saatlara, dəqiqələrə bölünsə də, təbii olaraq o hərdənbir özünü götür-qoy edir, özözündən qaça bilmir, bu ikili hisslər, düşüncələr onun varlığını didə-didə böhran vəziyyətinə çatdırır.
"Macal" povestində vaxt qızıldır. Həyatda hər şeyə çatıb, hər şeyə nail olmaq lazımdır. Yaşamasan da, gün görməsən də, olar. Təki hər bir şeyə nail ol. Əlbəttə, həyatda heç bir məsələdə gecikmək olmaz. Vaxt gözləmir. Əgər geciksən geri qalarsan. Bu, povestin qəhrəmanının həyat kredosudur. Kabinet, vəzifə, mövqe, müxtəlif telefonlar və nəticədə hamının qibtəsini, həsədini qazanmaq. Bunu hamının baxışlarında hiss etmək.
Povestin əvvəlində deyilir ki, Fuad başqa bir yol ilə də gedə bilərdi. Qarşısında ayrı bir yolda var idi. O isə tamam başqa bir yolu seçir. Səhvmi edir, düzmü edir, bunu heç kim bilmir, heç Fuad özü də bilmir.


Yüklə 214,12 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə