Ci illər peyzaj: Hüseyin Arif


Əli Kərim 1960-cı illər Azərbaycan şeirinin görkəmli nümayəndələrindən biri kimi



Yüklə 214,12 Kb.
səhifə17/51
tarix07.06.2023
ölçüsü214,12 Kb.
#115792
1   ...   13   14   15   16   17   18   19   20   ...   51
Allah komeyimiz olsun

26.Əli Kərim 1960-cı illər Azərbaycan şeirinin görkəmli nümayəndələrindən biri kimi

Əli Kərim 60 cı illər ədəbiyyatının görkəmli nümayəndəsidir.Əli Kərimin ömrü, poeziyada atributa çevrildi.Həm heca,həm də sərbəst vəzndə yazıb. İlk nəşr olunan əsəri 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində çıxmış "Təzə müəllim" şeiri olmuşdur. 1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında "İlk simfoniya" poeması mükafata layiq görülmüşdür. İlk kitabı 1958-ci ildə Azərbaycan ədəbiyyatı dekadası münasibəti ilə Moskvada rusca çıxan "İki sevgili" kitabı olmuşdur.


"İki sevgi" (1960), "Həmişə səfərdə" (1963), "Qızıl qanad" (1965), "Qaytar ana borcunu" (1970), "Uşaqlar və ulduzlar" (1971) "Səfərdən sonra" (1972), "Pillələr" (1978), "Gül və çörək" (1978), "Seçilmiş əsərləri" (I cild, 1974, II cild 1975), "Qayıt" (1983), "Pillələr" (1987), Seçilmiş əsərləri" (2 cilddə, 1991), "Mavi nəğmənin sahilində" (1991), "Neyləyim, şeirlə dərd söyləyirəm" (1999) və s. kitabları nəşr edilmişdir. Ona həsr edilmiş Feyzi Mustafayevin "Dinmə, ey kədər" (1986), Elza Kərimin "Nə xoşbəxt imişəm", Altay Məmmədovun "Tanıdığım Əli Kərim" xatirələr kitabları çapdan çıxmışdır. Onun «Ilk simfoniya» poeması musiqi dunyasına giriş və bu sənətin ailə-məişət zəmnində ziddiyyətlərindən bəhs olunur,1957-ci ildə gənclərin və tələbələrin Moskvada keçirilən VI Ümumdünya festivalında mükafata layiq görülmüşdür. Əli Kərim sevilən və çox oxunan şairlərdən olmuşdur. Əli Kərim mövzu məhdudluğu bilməyib, mövzu əlvanlığı. həm də seçilmiş mövzunu orijinal işləmə tərzi onun yaradıcılığını səciyyələndirən cəhətlərdəndir. Ə.Kərim yaradıcılığının ilk mərhələsinin əsas mövzusu sevgi və məhəbbətdir. İlk vaxtlar bu sevgi, məhəbbət mücərrəd anlamda təsvirə daha geniş yer verilirdisə, sonrakı şeirlərində konkretliyə, detallara üstünlük verilir. İlk şeirlərində sanki şair hələ təsvir etdiyi obyekti özi üçün müəyyənləşdirə bilməmişdi.
Mövzuların bir qismi yalnız onun özünə məxsusdur, yəni onları o görüb, o mayalandırıb: “Babəkin qollarında” tarixiliklə müasirliyin vəhdəti var.Babəkin həyatının son günlərini təsvir edir,adlıq hallı sözlərdən istifadə edir. Şeirdə məşhur Babək bir yana qalır, onun kəsilmiş - Babəki xalq qəhrəmanı edən qolları qəhraman seçilir; “Heykəl və heykəlin qardaşı» poeması” da həmin prinsipdə yazılmışdır: qəhrəmanın özü yox. heykəlidir. Heykəl və heykəlin qardaşı» poemasında müharibə səhnələri ilə sülh dövrünün təsərrüfat quruculuq mənzərəsinin poetik ritmləri sənətkarlıqla növbələşir, müxtəlif mövzular ustalıqla bütünləşir. zəhmət adamının psixologiyası,mərdliyi. fədakarlığı.əmək sevərliyi Ə.Kərimə məxsus cizgilərlə poetikləşərək oxucunun hisslərinə aşılanır.
Gül və çiçək”, “Sevirəm”, “Bomba üstündə ev”,”Çiçəklər iclasda” kimi şeirlərdə də vəziyyət eynidir: bu əsərlərdə mövzu orijinallığı ideya-məzmun orijinallığı ilə. poetik forma yenilikləri ilə uyğun gəlir.Şairin “Daş”şeirində bəşəriyyətin keçdiyi yolda daşın daşıdığı funksiyanı təsvir edir.Şeirdə məlum olur ki,qədim insanın düşməninə atdığı daş yerə düşməyib günümüzə gəlib çıxıb,ancaq formasını dəyişib,məzmunu isə qalıb.Şair burada müasir insanı vəhşi əcdadından fərqləndirdiyini deyir.Müharibələrin ölüm gətirdiyini qeyd edir.Şair qədim insanı atdığı bu daşı dayandırmağa səsləyir.Səməd Vurğunun ölümünə yazdığı “Ölüm sevinmə,sən”şeirində ölümə müraciətlə şairin ölməzliyini vurğulayır.Əlinin “Qaytar ana borcunu”şeiri daha məşhurdur.Şeirdə yoldaşı ölmüş bir qadının çətinliklə böyütdüyü övladının anasına qarşı laqeyd davranması,anasını unutması təsvir olunur.Şeirdə ana oğlunu inistut oxumaqçün Bakıya yola salır.Oğul ananı orada unudur,məktub yazmır.Ondan xəbər gəlmir.Müəllif oğlu məzəmmət edir,ittiham edir.Ananın saçının qaralığını,yerışini,gülüşünü qaytarmağı söyləyir:Qaytarsan o sözləri sözsüz bir lal olarsan,Qaytarsan o yerişı yerindəcə qalarsan,Qaytarsan o gülüşü “hırıldamazsan daha,Qaytar,onun borcunu.O borc sənin özünsən özünü qaytar geri.
Qayıtşeirində arxaik görünən hicran mövzusu yeniləşdi. müasirləşdi. Şeirin ayrı-ayrı misraları frazeoloji vahidlər kimi yaddaşlara həkk olundu, sevgi aforizmlərinə çevrildi. Bu şeirdə sevgilisinin ondan ayrılmasını kainatın pozulması kimi dəyərləndirir.Ay günəş yerini dəyişib deyir.Sevgilisinin geriyə qayıtması üçün kainat sahmana salınmalıdır.
Fəhlələr”,”Əllər” şeirində fəhlə əməyindən danışır.
Atamın xatirəsi”şeirində ata oğluna can demir,onla sərt rəftar edir.Ancaq lazım olsa,yeri gəlsə,ata oğlu üçün canından belə keçməyə hazırdır.
«Metronun yaylı qapıları» şeirində qapıların asta və ya sürətlə açılıb örtülməsi ilə girib-çıxanların başqalarına münasibəti müəyyənləşir.

Yüklə 214,12 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə