Ci illər peyzaj: Hüseyin Arif


Ələkbər Salahzadə sərbəst şeirin nümayəndələrindən biri kimi



Yüklə 214,12 Kb.
səhifə15/51
tarix07.06.2023
ölçüsü214,12 Kb.
#115792
1   ...   11   12   13   14   15   16   17   18   ...   51
Allah komeyimiz olsun

25.Ələkbər Salahzadə sərbəst şeirin nümayəndələrindən biri kimi .
Sərbəst şeir də mənbəyini 20-ci illərdən götürsə də, əsasən bu mərhələdə özünü təsdiq edir və poetik forma kimi sabitləşir. S.Vurğun M.Müşfiq, S.Rüstəm, R.Rza kimi şairlər müəyyən poetik inkişaf yolu keçirlər. M.Dilbazi, N.Rəfibəyli, M.Rəfili, B.Qasımzadə, Z.Xəlil, Ə. Tələt və b. ilk şeir kitablarında varlığı, hayatı əks etdirməyə çalışırdılar.Aktuallıq, müasirlik poeziyanın başlıca meyarlarından olur, yeni obraz və deyim tərzləri poetik üslublar zənginliyi diqqət çəkirdi. Beynəlxalq imperializmə qarşı açılan poetik cəbhəyə yeni şeirlər əlavə olunur. Satira cəbhəsi də unudulmur, Ə.Nəzmi, Ə.Vahid, M.S.Ordubadinin bir çox satirik şeirləri dərc olunur. Lakin bu meyl əvvəlki onilliklərdə olduğu kimi, aparıcı mövqe tutmur.Bu dövrün sənətkarlarından biri də Ələkbər Salahazadədir.Sərbəst şeririn nümayəndələrindən biridir. Salahzadə (1941-2013)illərdə yaşayib,yaradıb.Ədəbi fəaliyyətə 60 cı illərdə başlayıb.100 dən çox essesi,məqaləsi çap olunub.Radio-pyesləri,20 dən çox uşaq nağılı var.Bədii tərcümə ilə məşğul olub.
Tərcümələri:
1.A.Tarkovski. Gözəl Gülayim haqqında povest.
2.Pyatras Svirka, Tülkünün kələyi.
3.A.Platonov. Dörd hekayə.
4.Lorens Sterin, Fransaya və İtaliyaya sentimental səyahət.
5.A.V.Sofranov. Vida poeması.


Şeirləri:
Mənsiz gecə”,”Təmas”,”Ağlayır”, “Beş yarpaq”,”Düzəlmədi”kimi şeirlərdir.


Salahzadənin olduqca zəngin və şirin frazeologiyası vardır.Frazemlərlə qurulan təsvir, təhkiyə vaxtın, zamanın da intəhasızlığından güc alaraq dilin özü qədər mövcud olub yaşamağa qabildir. Ə.Salahzadənin şeir arxitektonikası onun uçma, dağılma, köhnəlmə risklərini heçə endirir. Yıxılıb yatıram gecə dünyaya göz yuma-yuma. Qəribə yuxular görürəm, qəribə; ağlıma gəlməyənlər girir yuxuma... Heç vaxt görmədiyim bu qız kimdi bəs, tuşlanır düz ürəyimə kirpiyi sanı oxu? Buradakı danışıq üslubu da, bədii nitq də frazeoloji düşüncənin və ifadələrin konteksində bütövləşərək şeir üçün lazım olan materiala çevrilə bilibdir“Qəm yemə”, “Qansızlıq”, “Uzun işlər”, “Kim nə çəkir”, “Könlü balıq istəyən”, “Gün görməyən gün”, “Göy üzü damar-damar” və s. bu kimi şeirlərin həm adı, həm də məzmunu bu cür idiomatik təfəkkürün reallıqları ilə bağlıdır. Məsələn, sonuncu şeirin-“Göy üzü damar-damar” damarını tutan söz “öncə ürəyə damır” ifadəsidir. İdiomatik ifadələr həm də milli xüsusiyyətli olduğuna görə şeirin dilini də milliləşdirir, əsərin ictimai-siyasi məzmununu da xalqın tarixi ilə uzlaşdıra bilir. Ə. Salahzadə tam orijinal bir bacarıq sərgiləyərək, həmin sözün frazeoloji qatlarını axtarıb kəşf edərək şeirin yazılmasında ondan məharətlə bəhrələnmişdir. “Şeir və şəhər” şeirinin xəmirmayası “ədəbiyyata gəlmək”  deyimindən alınıb. Deyəsən, indi hamı ya şəhərə, ya da şeirə gəlir; payi-piyada şəhərə cuman həm də payi-piyada şeirə gəlir... İndi qafiyə tutan bir balıqçı da, iti dağda azan bir baş çoban da yazmağa-pozmağa şəhərə gəlir. Suçu əlində bel, şlanq, odunçu əlində dəhrə gəlir... Frazeoloji təfəkkürün əsasında qurulan nitq şeirin məna,məzmununun təsirliliyini çoxaldır. Xüsusən, ictimai-siyasi motivli şeirlərdə bu keyfiyyət qabarıq görsənir. Ə.Salahzadənin poeziyasında ən kiçik nitq vahidinin də damla əzmi və gücü var. Həm də damla uzunömürlülüyü, damlanın, zərrənin yüksək trotilli partlayışları var. Damla qarşısıalınmazlığı, dönməzliyi materiyanın – yerin-göyün əbədi qanunudur. Ələkbər Salahzadə poeziyasını bir çox hallarda təkin çoxla, zərrənin bütövlə, xırdanın nəhənglə... qarşılaşdırılması anının poeziyası kimi də qiymətləndirə bilərik. 
Bir çöp hardansa düşüb, dəniz gözünü silə bilmir. ...batıra bilmir çöpü. Ləpə-ləpə layla çalır, yatıra bilmir çöpü. Qəzəbinə sığmır, şişir, köpür dəniz. Yatırmaq istəyən yerdə qaldırır çöpü dəniz! Özünü gücdən salır, özünü yorur dəniz. Sonra da quzulaşır, sanki, saman çöpündən yapışıb durur dəniz. Burada saman çöpü gücün, öcün, inadın – zərrənin poetik təcəssümüdür. Heç kəsin vecinə almadığı, əhəmiyyət vermədiyi ən xırda varlıqların bətnində, daxilində, əslində, dənizləri yorub haldan salan güc, enerji varmış. Bu silsilədən ot, od, su, qan, an, qum, tum, nöqtə, kibrit çöpləri və s. şairin ən maraqlı obrazları kimi dəyərləndirilə bilər. Bunların hamısının bir adı var. Damla. Bir də ki, həyatı bu cür təqdim-təsvir üsulu metonimik düşüncədən irəli gəlir. Şairin nəinki şeirlərində, poemalarında da hissə tamı, parça bütövü əvəz edir.

Yüklə 214,12 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə