Ci illər peyzaj: Hüseyin Arif


Yusif Səmədoğlunun “Qətl günü” romanında insan və zaman



Yüklə 214,12 Kb.
səhifə51/51
tarix07.06.2023
ölçüsü214,12 Kb.
#115792
1   ...   43   44   45   46   47   48   49   50   51
Allah komeyimiz olsun

68. Yusif Səmədoğlunun “Qətl günü” romanında insan və zaman.
“Qətl günü” əsəri mürəkkəb struktura malikdir. Əsərin süjet xətti çoxşaxəlidir. Belə ki, burada üç müxtəlif dövrün ictimai-siyasi hadisələri,həyatın əbədi sualları qarşısında qalan insanlarınfaciəsi əks olunmuşdur. Bu romanın məzmunuözündə təkcə gündəlik hadisələri və məişət təfərrüatlarını deyil, məhz bilavasitə ümummilli vəümuminsani problemləri ifadə edir. Xeyir-Şər mübarizəsiəsərin başlıca konfiktidir. “Qətl günü” müxtəlifdövrlərdə cəmiyyətin sosial-siyasi və mənəvi-əxlaqi problemləri bədii təcəssümünü tapmışdır. Əsərdə üç müxtəlif zaman kəsiyində baş verən hadisələr əks olunmuşdur. Bu hadisələri bir-birinə bağlayan isə şərin hər bir dövrdə meydan sulamasıdır. Keçmiş itib getmiş bir varlıq deyil, daimyaşayan, bu günün işlərinə təsir edən bir qüvvədir, burada keçmişlə indinin ünsiyyəti yaranır.Burada tarix paralel müstəvidə təqdim olunmuşdur. Əsərdə müxtəlif tarixi hadisələr əksini tapsa da, burada insan hekayələri ön plandadır.
Qətl günü” dünya və insan haqqındadır. Əsər insan problemi, insanın mənəvi inkişafı, daha çox kamilləşmək ehtiyacı ilə bağlı məsələlərə həsr olunduğundan mahiyyət etibarıyla qlobal problemləri əhatə edir.
Yazıçı müasir dövrün problemlərinin, ictimai bəlaların kökünü, səbəbini arayıb axtarmağa çalışmışdır. Romanda biri digərinin siyasi-ictimai, mənəvi və mistik davamı olan üç dövrdən söz açılır. Burada uzaq və yaxın keçmişimizin, müasir həyatımızın, taleyimizin, milli mənəviyyatımızın bir çox mühüm məsələləri qaldırılır, zorakılığın, ölümün hər hansı şəklinə qarşı, insan mənliyini tapdalayan, mənəviyyatını əzən hər hansı qüvvəyə qarşı acı bir etiraz var. Zaman dəyişir, bəşəriyyət öz inkişafında irəliyə getsə də, Xeyirlə Şərin, xeyirxahlıqla bədxahlığın mübarizəsi davam edir...“Qətl günü” Yusif Səmədoğlunun humanist fikirlərinin, bəşəri sevgisinin təcəssümü, insanı saflaşdırmaq, kamilləşdirmək istəyinin – yüksək idealın böyük sənətkarlıqla ifadəsi yolu ilə yaranmışdır. Bu əsər gənclərdə milli qürur və vətənpərvərlik hissi aşılamaq baxımından çox əhəmiyyətlidir.
“Dərd də azar kimi gələndə batmanla gəlir». Böyük Azərbaycan yazıçısı Yusif Səmədoğlunun «Qətl günü» romanı bu fraza ilə başlayır. Yusif Səmədoğlunun bu məşhur romanı dünya və insan haqqındadır. Romanda şər həmişə aparıcı qüvvədir – yazıçı sanki bir-birini təkrar edən üç dövrdən söz açır – hər dəfə məmləkətin ən gözəl insanları məhv olur, şairlər edam olunur, kütləvi insan qırğınları baş verir. «Qətl günü» faciəvi romandır, yəni onun poetikası faciəviliyin bütün komponentləri ilə səsləşir. «Qətl günü»ndə faciəvi olmayan obraz yoxdur. Hətta insanları faciəyə sürükləyən qüvvələr də faciə içində yaşayırlar – azğın hökmdarın faciəsi bəlkə daha böyükdür. Çünki onu uşaqlıqda axtalamış, kişilikdən məhrum etmişlər. Odur Ki, hökmdar başına gətirilən bu müsibətin əvəzini insan kəllələrindən minarələr ucaltmaqla, şəhərləri yerlə-yeksan etməklə, şairləri edam etməklə çıxır. Amma hökmdar bir insan kimi çox zəif və cılız məxluqdur. Hökmdar günahını dərk etmir, bu dünyada pisi yaxşıdan ayırmağın onun üçün bir əhəmiyyəti yoxdur; Zülfüqar kişi günahını dərk edir. Yarıyuxulu halda onu çağıran səsə doğru - Sarıca oğlu Məhəmmədə sarı qoşur. Baba Kaha xaosun cövlan etdiyi, zamanın amorf formada olduğu bir yerdir, onun cadar-cadar torpaqları üzərində Zülfüqar kişi ilə Sarıca oğlu Məhəmməd əl-ələ tutub gedirlər. Burada yaralar bitişib, ağrılar keyiyib, axan qan dayanıb və hər şey bağışlanıb. 
Zülfüqar kişi "sağalandan" sonra qəfil yuxuda dağı-daşı lərzəyə gətirən bir ah çəkir. Hər şey bundan sonra başlayır. Sarıca oğlu Məhəmmədin səsini eşitdiyi anda "Zülfüqar kişiyə elə bil dünyanı bağışladılar". Amma Sarıca oğlu Məhəmməd adını deyən kimi, "Zülfüqar kişinin əlindən elə bil dünyanı aldılar". Romanda göstərilən birinci ölüm. Zülfüqar kişinin əlindən hər şeyini alan və bunları ona tam yeni formada bağışlayan, həm də sakrallıq daşıyan, kəsb edən... ölüm. Necə deyərlər, Zülfüqar kişi bir səsə, bir çağırışa qurban gedir. Amma sonra bilinir ki, o elə ömrü boyu bu səsin intizarında imiş, xilaskar kimi.
“Qətl günü” romanında rəmzi-məcazi ifadələr, mifik obrazlar və bədii detallar əsərdə ifadəedilən ideyaların açılmasında mühüm rol oynayır. Əsərdə külək və işıq da rəmzi-simvolikməna daşıyır. Ədalətsizliyin düşməni olan BabaKahadan əsən külək insanlara günahlarını xatırlatmaq, onları xəbərdar etmək üçündür.
“Qətl günü” əsərində yuxunun mistik ab-havası bütün əsərə sirayət etmişdir. Burada yuxu iləgerçəyin sərhədi məlum deyildir. Onların bir-birinə keçidi ani şəkildə baş verir. Bəzən bu iki qatarasında hadisələr elə sürətlə baş verir ki, ona tuşgələn insan bunun həqiqətən olub-olmamasınıanlaya bilmir. İlk dəfə zibillikdə Kirlikirlə qarşılaşan Xəstə eyni hadisəni Sədi Əfəndinin gündəliklərində də oxuyur. Əsərdə insanların yuxu işığının olmasından bəhsolunur. Məhz bu yuxu işığı yaddaşın nəhridir,əsrlər və nəsillər arasında ünsiyyətin qovuşduğu məkandır.Əsərdə insanların törətdiyi günahlar, bu günahların ağırlığı və bir gün bu günahların cəzasının veriləcəyi əks olunmuşdur.
Yüklə 214,12 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə