Ci illər peyzaj: Hüseyin Arif


Birincisi. Lirik-psixoloji üslubun imkan genişliyi



Yüklə 214,12 Kb.
səhifə2/51
tarix07.06.2023
ölçüsü214,12 Kb.
#115792
1   2   3   4   5   6   7   8   9   ...   51
Allah komeyimiz olsun

Birincisi. Lirik-psixoloji üslubun imkan genişliyi, unudulmuş janrlarda da müasirlərimizi düşündürən, onların mənəvi-əxlaqi tərbiyəsinə, etik-estetik tələbatına, geniş dünyagörüşünə cavab verən, həyat mövqeyini fəallaşdıran əsər yazmaq müm-kündür.

  • İkincisi. Lirik-psixoloji pyeslərin janr müxtəlifliyi mövzu genişliyindən əlvanlığından doğmuşdur. Dramaturq, eyni zamanda ənənəvi mövzulara (məsələn, ailə-məişət mövzusu) müasir estetik prinsiplər parametrindən müraciət etməklə daha böyük problemlərin həllinə çalışmışdır.

    Deməli, lirik-psixoloji üslub tamaşaçı-oxucu ilə daha sıx ünsiyyət yaratmaqda fəal rol oynayır.

    • Üçüncüsü. İlyas Əfəndiyevin lirik-psixoloji pyeslərində (möv- zusundan və janrından asılı olmayaraq) hadisələr deyil, bilavasitə insanlar arasındakı psixoloji münasibətlər əsas götürülür. Obrazın zahiri təfərrüatından daha çox personajın daxili aləmi, mənəvi- əxlaqi keyfiyyətləri, əməl-fəaliyyətinin psixoloji dönüşləri, davra- nışının ictimai xüsusiyyətləri vicdan və əməl problemi dairəsində dramaturqun diqqət mərkəzində durur.

    • Dördüncüsü. Lirik-psixoloji pyeslərdə götürülən hər hansı problemdə konflikt-münaqişə bilavasitə şəxsiyyətin özünün mənəvi-əxlaqi keyfiyyətləri ilə arzu və istəyi, əməli və vicdanı, həmçinin qeyri-antaqonist ziddiyyətli qütblərin əqidə, amal mübarizələri arasındakı təzadlı əkslikdə rüşeymlənərək şəxsiyyət–cəmiyyət–zaman və ictimai-siyasi kontekstlərdə, lirik-psixo- loji poetik struktur qurumunda realizə olunur.

    «Sən həmişə mənimləsən», «Unuda bilmirəm», «Məhv ol- muş gündəliklər», «Mənim günahım», «Mahnı dağlarda qaldı», «Büllur sarayda» pyeslərində konflikt-münaqişənin mərkəzində baş qəhrəmanlar durur. Onların mənəvi-psixoloji dəyişmələri, təbəddülatları, tərəddüdləri, aralarındakı psixoloji münasibətləri hadisələrin dramatik inkişafını müəyyənləşdirir.

    Yüklə 214,12 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   51




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə