Ci illər peyzaj: Hüseyin Arif


Beşincisi. Lirik-psixoloji üslublu dramaturqlarda «şəxsiyyət-



Yüklə 214,12 Kb.
səhifə3/51
tarix07.06.2023
ölçüsü214,12 Kb.
#115792
1   2   3   4   5   6   7   8   9   ...   51
Allah komeyimiz olsun

Beşincisi. Lirik-psixoloji üslublu dramaturqlarda «şəxsiyyət- lilik» prinsipi estetik kateqoriyaya çevrilərək müəllifin bədii amalının, yaradıcılıq konsepsiyasının mərkəzində durur. «Şəxsiyyətlilik» keyfiyyətinin başlanğıcı sənətkarın intellektual səviyyəsindən, emosional aləmindən, poetik duyğularından asılıdır.
Altıncısı. Publisist təmayüllü lirik-psixoloji pyeslərdə qoyulan problemin ideya istiqamətində mütləq müəllifin fəal həyat mövqeyi poetik şəkildə özünü göstərir. Belə əsərlərdə (məsələn, İlyas Əfəndiyev «Məhv olmuş gündəliklər» dramında) müsbət baş qəhrəman dramaturqun fikir və ideya yükünün daşıyıcısına çevrilir.
Yeddincisi. Lirik-psixoloji pyeslərdə dialoqun əsas gücü, müəllif fikrinin məğzi bilavasitə sözaltı mənalarda verilir. Həmin əsərlərdə sözaltı məna obrazın daxili-mənəvi aləmində gedən real həyat hadisələri prosesinin lirik-bədii inikasıdır. Dramın emosional təsir gücü, psixoloji mənası, obrazlar arasındakı psixoloji münasibətlərin mahiyyəti məhz lirik sözaltı mənalarda, ikinci planda aşkar olur. Dialoqların bədii qurumu hadisələrin zahiri tərəfini göstərməkdən daha çox psixoloji insan münasibətlərinin lirik-poetik mənasını açmağa yönəldilir.

7. 1960-80-ci illər Azərbaycan nəsrində mifologizm
Ədəbiyyatın mahiyyətini izah edən əsas məqamlardan biri də onun miflə, mifik düşüncə ilə bağlılığıdır. Mif mədəniyyətin və ədəbiyyatın nüvəsindəki enerji kimi çıxış edir və bu enerji dinamik səciyyə daşıyır, milli-etnik ənənə zəncirində insana dair müxtəlif mədəni-mənəvi və psixoloji aktların yaranmasında hərəkətə gətirən qüvvə kimi çıxış edir.
XX əsrdə istər bədii ədəbiyyat, istər incəsənət, istərsə də fəlsəfə mifə müraciət etməklə yeni yaradıcılıq yolları, düşüncələri üçün yeni ifadə və izah üsulları axtarmış, yeni prinsiplər yaratmağa çalışmışdır. Azərbaycan nəsrində məhz 1960-cı illərdən həyat hadisələrinin təsvirini mifoloji arxetiplər üzərindən qurmaq tendensiyası güclənir, mifoloji şüurun sxem-modelləri çağdaş dünyanın həyati və real məzmunu ilə doldurulur. Bu dövrdə “folklor ənənəsi dünyanı bədii qavrayış prinsipinə çevrildi. Mifologizm və folklorizm bədii təfəkkürün etnik xüsusiyyətlərini ifadə üsullarından biri oldu. Məhz 1960-cı illərdən başlayaraq realist nəsrimizdə folklor elementləri statik materialdan, etnoqrafik fondan konseptual yaradıcılıq amilinə çevrildi”
1960-cı illər ərəfəsində Azərbaycan ədəbiyyatı “yeni insan”ı tapmağa çalışırdı. Yazıçılar İnsanı xilas etmək üçün yaddaşa, ulu keçmişə, əfsanəyə mif dünyasına üz tuturlar. İnsanın etnogenezini, keçmişini tapmadan bu gününü öyrənmək, gələcəyini təmin etmək mümkün deyildi.
Milli genetik ənənənin mifoloji və etno-psixoloji kodları, işarələri “Qətl günü” romanında qədim mətnlərlə müxtəlif şəkilli əlaqələr qurur, mif-ədəbiyyat əlaqəsinin fərqli təzahür formalarını təqdim edir. Mif və ədəbiyyatın sinkretikliyi “Qətl günü” romanında mifin fantastikaya, qeyri-adiliyə əsaslanan mahiyyəti ilə real hadisələrə əsaslanan tarixi həqiqətlərin sintezində özünü göstərir. “Qətl günü” romanında mifologizmin ünsürlərini şərtləndirən başlıca amillərdən biri obrazların dünyagörüşüdür. Canavara, Baba Kahaya, ulduzlara, işığa, yuxuya, o cümlədən ölümə mifoloji baxış əsasən obrazların baxışıdır. “Qətl günü” romanında mifik düşüncə zahiri əlamətlərdə deyil, alt qatda, rəmzlərin yaratdığı təzadda, üslub və təhkiyəni formalaşdıran satirik – metaforik özüldə dayanır, şüurun yox, təhtəlşüurun təzahürü kimi diqqəti cəlb edir.
8. 1960-1980-ci illər Azərbaycan şeirindo peyzaj: Qasim Qasımzada
( 70-ci illərdə poeziyanın böyük bir qolunun təbiət və peyzaj lirikasına müraciət etməsinin başlıca səbəblərindən biri siyasi, ideoloji, istehsalat poeziyasından yaxa qurtarmaq, yeni mövzu və problematika axtarmaq istəyindən doğurdu; ideoloji basqılardan yorulan lirik "mən" səmimi hiss və duyğularını təbiətlə həmahənglikdə görür, təbiəti tərənnüm obyekti seçir və yeni, orijinal obrazlar üçün bu məkana müraciət edir.


Yüklə 214,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə