Ci illər peyzaj: Hüseyin Arif



Yüklə 214,12 Kb.
səhifə5/51
tarix07.06.2023
ölçüsü214,12 Kb.
#115792
1   2   3   4   5   6   7   8   9   ...   51
Allah komeyimiz olsun

101Ramiz Rövşən də


12)13)1960-80-ci illər Azərbaycan nəsrinin ideya-bədii axtarışları 
Bu tarixi mərhələ iki dövrə ayrılır: Erkən ən yeni dövr və keçid dövrü. Erkən ən yeni dövr sovet dövrü Azərbaycan ədəbiyyatının içərisində formalaşmış bir mərhələdir. Daha çox Azərbaycan altmışıncılarının: Anar, Elçin, Fikrət Qoca, Əli Kərim, Yusif Səmədoğlu, İsi Məlikzadə və başqalarının fəaliyyəti ilə başlanan bu mərhələ xüsusi bir istiqamətə çevrilmişdir. Milli istiqlal ədəbiyyatının yaradıcıları olan görkəmli söz ustaları Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı və başqaları erkən ən yeni dövr ədəbiyyatının inkişafında mühüm rol oynamışlar.Azərbaycan ədəbiyyatında «altmışıncılar» ədəbi nəslinin gəlişi ilə sosialist realizmi ədəbiyyatının xarakteri dəyişməyə başlamışdır.
XX əsrin altmışıncı illərində bütün istiqamətlər üzrə ədəbiyyata gələn gənc yaradıcı qüvvələr həyatın ən adi əhvalatlarını,ən sadə insanları,məhəllə uşaqlarını,bir sözlə, insanı ədəbiyyatın ön mövqeyinə çəkdilər.Demək olar ki, bu ədəbi nəsil ədəbiyyatın bütün istiqamətlərində təmsil olunmuşdur. Nəsrdə Anar, Elçin, Sabir Əhmədov, Yusif Səmədoğlu, İsi Məlikzadə, Mövlud Süleymanlı, şeirdə Fikrət Qoca, Əli Kərim, Fərman Kərimzadə, Fikrət Sadıq, Vaqif Səmədoğlu, dramaturgiyada Firuz Mustafa, Əli Əmirli, Ramiq Muxtar və onlarla başqaları vahid ədəbi cəbhə təşkil edə bildilər.
Azərbaycn altmışıncılarının əsərlərində artıq alleqorik şəkildə olsa da mövcud sosializm cəmiyyətinə tənqidi münasibət ifadə olunmuş, (Anarın «Yaxşı padşahın nağılı» hekayəsində).Eyni dövrdə sovet ədəbiyyatşünaslığının «altmışıncılar» elmi nəsli də yetişmişdir. Azərbaycanədəbiyyatşünaslığında: Yaşar Qarayev,Arif Hacıyev,Aydın Məmmədov,Akif Hüseynov, Şamil Salmanov, Asif Əfəndiyev, Arif Abdullazadə, Arif Səfiyev, Əflatun Məmmədov, Vəli Osmanlı və başqaları ədəbi prosesi reallıqları ilə araşdırmağa başlamışlar.XX əsrin yetmiş-səksəninci illərində sovet ədəbiyyatında həmçinin sosialist tənqidi realizmi və sosialist romantizm yaradıcılıq metodları formalaşmIşdır.
Bu dövrdə ölkəmizdə Azərbaycançılıq uğrunda mübarizə qüvvətli şəkil almışdır. Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz, İsmayıl Şıxlı, Abbas Zamanov, Ziya Bünyadov, Xudu Məmmədov, Sabir Rüstəmxanlı və başqalarının fəaliyyətləri Azərbaycan cəmiyyətində milli ədəbi-ictimai fikri irəli sürmüşdür.Hələ sosializm cəmiyyətinin mövcud olduğu 60-80-cı illərdə Azərbaycan ədəbiyyatının milli ruhu və vətəndaşlıq mövqeyi qüvvətlənmişdir.K
Keçid dövrü ədəbiyyatı XX əsrin səksəninci illərində yaranmağa başlamışdı,bu dövr ölkəmizdə müstəqil dövlətçiliyin bərpa olunması mərhələsini əhatə edir.XX əsrin 90-cı illəri Azərbaycan ədəbiyyatı milli azadlıq hərəkatına təkan vermiş, sovet imperiyasına ağır zərbə vurmuşdur. Dağlıq Qarabağ həm vətənpərvərlik, həm də müstəqillik uğrunda mübarizə mövzusu kimi ədəbiyyatın gündəmində dayanmışdır.Qanlı yanvar mövzusundan elegiya,ittiham və marş ruhlu şeirlər yaranmışdır.
Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması, Məmməd Arazın “Qalx ayağa, Azərbaycan” şeiri, Xəlil Rza Ulutürkün Lefortovo zindan şeirləri, Sabir Rüstəmxanlının “Ömür kitabı”, Rüstəm Bührudinin “Dar ağacı”, Məmməd aslanın “Ağla, qərənfil, ağla” şeirləri meydanlarda milli azadlıq himnləri kimi səslənmişdir.Dağlıq Qarabağ cəbhəsindəki gərginlik ədəbiyyata da təsir göstərmişdir.Rüstəm Behrudinin 1990-cı ildə yazdığı məşhur «Dar ağacı» şeiri müstəqillik ərəfəsində yazılmış Azərbaycan şeirinin poetik manifestidir.Lakin 1991-ci ildə ölkəmizdə dövlət müstəqilliyi bərpa olunduqdan sonra ədəbiyyat məqsədinə, idealına,çatdığı üçün «Dar ağacı» səviyyəsində şeirlərə ehtiyac qalmamışdır. Artıq «Dar ağacı»ndan xilas olmuş Azərbaycan ədəbiyyatı özünün yeni ideallarını formalaşdırmalı idi. 


Yüklə 214,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə