Ci illər peyzaj: Hüseyin Arif


Elçinin "Ağ dəvə" romanında müharibə mövzusunun bədii ifadəsi



Yüklə 214,12 Kb.
səhifə14/51
tarix07.06.2023
ölçüsü214,12 Kb.
#115792
1   ...   10   11   12   13   14   15   16   17   ...   51
Allah komeyimiz olsun

24 Elçinin "Ağ dəvə" romanında müharibə mövzusunun bədii ifadəsi.
Elçin yaradıcılığının dəyərli nümunələrindən biri,romanlarının ən çox oxunanı “Ağ dəvə”romanıdır. Elçinin « romanı ilə bağlı alman mətbuatında dərc olunmuş məqalə və resenziyaları oxuduqda belə bir qənaətə gəlmək olar ki, əsər həm oxucular, həm də ədəbiyyatşünaslar tərəfindən böyük maraqla qarşılanmışdır. Bunun bir səbəbi də, heç şübhəsiz ki, əsərdə təxminən bir əsr beynəlxalq aləm üçün qapalı qalmış təkcə Azərbaycanla yox, daha geniş bir məkanla keçmiş SSRI ilə bağlı həqiqətlərin yüksək yazıçı məharəti ilə bədii şəkildə üzə çıxarılmasıdır. Məsələn, Hinnes Krausun məqaləsinə diqqət yetirək «...Elçin daha çox totalitar münasibətlərin əleyhinə yazır. Onun 40-cı illərin Bakısında cərəyan edən avtobioqrafik çalarlı uşaqlıq əhvalatları («Ağ dəvə» romanı) Azərbaycan cəmiyyətinin əlvan mənzərəsini əks etdirir. O, xoşbəxtlik və vahimələrdən, arzulardan, həsrət və ləzzətlərdən, dini mərasimlərdən, təbiət hadisələrindən və yeni terrordan söhbət açır və bunların hamısı onu sübut edir ki, Stalin dövrünün cahilliyi, ilk növbədə, cahillik olmuşdur. Çuğullar və gizli polis xəfiyyələri qorxulu nağıl surətlərinin həndəvərində fəaliyyət göstərirlər. Qədim hamamlardan və yeməklərdən, hər şeydən əvvəl isə oğlan uşaqlarından söhbət gedən zaman kişilər iyerarxiyası cəmiyyətinin ciddi qaydalarını çəkinmədən pozan Xanım xala yaddaşlara daha çox həkk olunur. Bu əsər, eyni zamanda, Şərq və Avropa nəqletmə sənətkarlığının çox maraqlı sintezidir.Elçinin «Ağ dəvə» romanı ilə bağlı alman ədəbiyyatşünasları yazdıqları məqalə va resenziyalarda təhlil rəngarəngliyi, özünəməxsusluq xüsusilə diqqəti cəlb edir. Bununla belə, bu yazılarda bir ümumilik də nəzərə çarpır. Müəlliflər, demək olar ki, stalinizmin mürtəce mahiyyətinə, törətdiyi fitnə-fəsadlara eyni mövqedən yanaşırlar. Tanınmış ədəbiyyatşünas Bust «Ağ dəvə»> romanı ilə bağlı təəssüratlarını belə şərh edir: «Azərbaycanın qədim şəhərlərindən birində bir məhəllədə gündəlik həyatın əlvan mənzərəsi gözlərimiz önündə canlanır. Əsrarəngiz Şərqlə stalinizm xəttinə sadiqliyin bir yerində olması təzad təşkil edir. Tütəkçalan və nağılçı Balakərim məhəllədəki əsas şəxslərdən biridir. Onun söylədiyi hekayələrdə tez-tez ağ dəvəyə rast gəlirik. Islamda dəvə cənnətə gedən canlılardan hesab olunur, çünki onun adı peyğəmbərlə əlaqələndirilir. Məhəmməd peyğəmbər Mədinədə öz evini dəvəsinin dayandığı yerdə tikdirmişdir. Elçində ağ dəvə həyatın o biri üzündəki həqiqətləri əks etdirir. «Elçinin «> romanı oxucularını Qafqazın ekzotik aləminə aparır. Xırdavatçılar, çörəkçilər, inşaatçılar, nimdaş paltar alverçiləri, sərxoşlar, möminlər Sovet Azərbaycanın dağlarındakı sərt həyat barədə əhvalatlar söyləyirlər. Bununla belə, bu uzaq guşəyə də yavaş-yavaş, az qala,hiss olunmadan dünya siyasəti daxil olur. Ənənələrin dərin kök salmış olduğu aləm dəyişir. Beləcə, bəzi qızlar islam qaydalarına riayət etməyərək öz adaxlıları ilə əl-ələ tutmuş halda kəndin içi ilə gedirlər. Hər halda, Stalin rejiminə meyl, dünya müharibəsi, bütün bunlar azərbaycanlıların düşüncələrindən uzaq hadisələr kimi özünü büruzə verir. Bu hadisələr yalnız şayiələr şəklində Qafqazın dağ guşələrinə qədər gəlib çıxır. Elçinin hekayələri kənd həyatının daxili sakitliyini təsvir edir. O, balaca Ələkbərin dilindən danışır. Oğlanın söylədiyi epizodlar çox təsirli səhnələrdir. Tütəkçalanın söylədiyi və ağ dəvənin əsas rol oynadığı nağıl hekayələr Ələkbərin uşaqlıq çağlarının ayrı-ayrı əhvalatları ətrafında haşiyələr təşkil edir. Əsərin sonunda məlum olur ki, müasir aləm artıq Qafqazın ən uzaq guşələrinə belə ayaq açmışdır. Ələkbərin kəndi isə artıq keçmişdə qalmışdır».”Ağ dəvə”romanı Elçinin digər əsərlərindən fərqli olaraq birinci şəxsin dilindən nağıl edilir. Nəyə görə? Ümumiyyətlə, nəsr əsərinin birinci şəxsin dili ilə söylənməsinin səbəbləri ətrafında tez-tez qoyulan bu suala cavabın olmamasından gileylənmək doğru olmazdı. Müasir nəsrin bir çox ustalarının üslubunda hadisələri birinci şəxsin dili ilə nağıl etmək ayrıca yer tutur və bu, xüsusi söhbətin mövzusudur. Burada isə bunu deməmək olmaz ki, sənətkar dünyanı öz gözü ilə daha yaxşı görür, sənətkar gördüyünü özü danışanda oxucu daha çox inanır. Çünki burda xüsusi bir məhrəmlik var. Bu məhrəmlikdə yazıçı oxucu ilə özü üzbəüz oturub, üçüncü adamın müdaxiləsinə ehtiyac qalmır. «Ağ dəvə» romanı Azərbaycan nəsrinin həyatın əbədi problemini həyat ölüm problemini araşdıran nümunələri içərisində xüsusi uğur kimi qiymətlidir. Əsərin lap əvvəlində altı igid oğul öz analarının mərmər qəbri başında dayanıblar. Ölümlə həyat üz-üzədir. Biri bu dünyadan köçüb, xatirələrdə yaşayır, altısı yəni bu xatirələrdə yaşayanın öz davamı kimi qoyub getdiyi altı oğlu o qara mərmər daşlı qəbrin önündə dayanıb. Ölüm bu məqamda nədir? Əgər ölən adamın qəbri üstündə dayanan varsa, bu dayananlar öləni yaxşı- yaxşı xatirələrdə arayırlarsa, onda ölüm özü çox nisbidir, o hələ yerini tam dəqiqləşdirə bilmədiyimiz nöqtədir. İnsan üçün ölüm sonu olan həyatdır.Əgər sən öz həyatımı mərdliklə yaşamısansa, pisliyi və şəri daşıyanlara düşmən olmusansa, insana dayaq olmusansa, sonin bir gün yoxluğun hiss olunubsa, bu yoxluqdan bir boşluq yaranıbsa, kiminsə və kimlərinsə qəlbinə bir kədər çökübsə, onda ölüm heç vaxt yoxdur, bu ölümün özü do hardasa həyatın davamıdır. «Ağ dəvə» romanı müasir dünyanın dəyişən məqamları, irəliyə hərəkəti «əbədi» problemləri ətrafında dayanır. Roman həyat və ölüm problemini bu problemlərdən heç də fəlsəfi mahiyyəti etibarı ilə geri qalmayan insan və müharibə problemi ilə tədqiq edir. Bu problemlər ətrafında «Ağ dəvə” dünyanın, yaranışın obaşından üzü bəri insanın qayğılarını, əzab və dərdlərini, sevincini aşkarlayır. Əgər Elçin indiyəqədərki əsərlərində daha çox insanın əxlaqi-etik modelini əsas götürürdüsə və bu modeli adi məişət sınaqlarında göstərirdisə, «Ağ dəvə» köklərini xeyli dərinə atır, fəlsəfi-etik problemləri, insanın ətrafına və ətrafın insana münasibətini bəşərin ən ağır sınağında müharibə sınağında üzə çıxarır.Təsadüfi deyil ki, romanda müəllif üçün zaman iki böyük bölümə ayrılır: müharibədən əvvəl,müharibədən sonra. «Ağ dəvə»ni oxuyub qurtarandan sonra fikrə gedəsi oluruq ki, insan harda olur-olsun, əgər o insan kimi şərəfli bir ada layiqdirsə, öz ləyaqətini qoruyub saxlamağı bacarır. «Ağ dəvə» romanında Elçin bir məhəllə fonunda bütöv bir şəhərin dərdli-ələmli günlərdəki həyatını, insanlıq ləyaqətini qoruya bilme faktı əsərin aparıcı xəttidir. Kim çıxdı bu sınaqdan, kim öz ləyaqət qoruya bildi? Roman təmiz uşaq dünyasının müşahidəsi ilə suallara cavab verir. Məhz bu məqamda Elçinin dünyanı uşaq göz ilə və həm də birinci şəxsin dili ilə təsvirinin səbəbi üzə çıxır. Uşaq müşahidəsi itidir, uşaq müşahidəsi məkrdən uzaqdır, bitərəfkeşlik, qahmarlıq yoxdur. Dünyanı, insanı, onların hərəkətlərini təmiz, qahmarsız, məqsədsiz uşaq müşahidəsi daha dəqiq, bəzən real varlığın az qala özü kimi təqdim edir. Bu üslubda hadisələrə, psixologiyalara müəllif müdaxiləsi yoxdur, hər şeyə qiymət, hər şeyi monalandırmaq vəzifəsi oxucunun öz üzərinə düşür.Habelə, hadisələri bu uşağın özünün danışması hadisələrdə səmimiyyəti artırır, oxucu inamını möhkəmləndirir. Həyatın ağır sınaqlarında kim hansı mövqeyi tutur, kim el qayğısını öz qayğısına çevirə bilir? Bütün bu suallara cavabı oxucu balaca Ələkbərin müşahidələrində,hekayətində axtarır. Bakının öz qayğıları, sevinci və kədəri ilə yaşayan kiçik bir məhəlləsi. Ancaq bu məhəllə elə ümumiləşib ki, bütöv bir şəhərin qayğı və sevincini görməyə imkan yaradıb. Bu məhəllədəki Xanım xala bir xarakter kimi, milli və bəşəri bir obraz kimi düşünməyə məcbur edir. Bu məhəllədə Əminə xala kimi ömründən-günündən yarımayan, oğullu tənha ana yaşayır. Bu məhəllədə öz halal zəhməti, ailə qayğıları ilə yaşayan, düşüncə və hərəkətlərində bir cənub torpağının daimi nostalgiyasını gəzdirən Ağakərim yaşayır, onun qonşularla ipək kimi münasibət saxlayan, hamının dərdinə yanan arvadı Sona yaşayır. Bu məhəllədə nakam məhəbbətin qurbanı Fəridə yaşayır. Bu məhəllədə öz ailə sevgiləri ilə hamının heyran qoyan Gülağa adlı bir saatsaz və onun sədaqətli arvadı Sona yaşayır. Bir də bu məhəllədə zamanın fürsətini əldən verməyən, adamların dərdini, qayğılarını özü üçün imkan məqamına çevirən qara «” nifrət hissi oyatmaq kimi yaxşı bir vəzifə yerinə yetirir.Nəzər saldığımız hekayə, povest va romanlarından hiss olunur ki, Elçin geniş mövzulu sənətkardır.. Onun öz oxucu auditoriyası mövcuddur. Bu oxucu Elçini özünün çox inanılmış, etibarlı həmsöhbəti kimi çoxdan qəbul edir.

Yüklə 214,12 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə