Ci illər peyzaj: Hüseyin Arif


-cı illər Azərbaycan nəsrində Qarabağ mövzusu



Yüklə 214,12 Kb.
səhifə6/51
tarix07.06.2023
ölçüsü214,12 Kb.
#115792
1   2   3   4   5   6   7   8   9   ...   51
Allah komeyimiz olsun

14. 1990-cı illər Azərbaycan nəsrində Qarabağ mövzusu:
1990-cı illərdən sonra Azərbaycan həyatı ədəbiyyata elə mövzu, problematika, pafos və yanaşmalar diktə və təklifedir ki, daha əvvəlki dövrün ədəbiyyatında təsadüf, habelə təsəvvür də olunmur: 20 yanvar faciəsi, Qarabağ müharibəsi, qlobal tənhalıq və lokal əlacsızlıq, milli cəmiyyətin dünyaya inteqrasiyası, ictimai və milli “mən” duyğusunun yenidən təşkili və təşəkkülü və s. Eyni zamanda bütün XX əsr boyu gəlişən elə mövzu, problem, ideya dəyərləri vardır ki, məhz müstəqillik illərinin ədəbiyyatında adekvat və tam realizəsini tapır. Milli varlığın, milli cəmiyyətin gəlişməsində ədəbiyyatın iştirakı, milli azadlıq və istiqlal ideyalarının təcəssümü, müasir ruhlu milli insan, intellekt və sərbəst düşüncə uğrunda ədəbiyyatın savaşı və s. Belə mövzulardandır.

  1. Istiqlala çağırış, milli müstəqillik dəyərlərinin, azad Azərbaycan idealının tərənnümü və ideal uğrunda mübarizənin təsviri. Qarabağ müharibəsi mövzusunun yaranması.Ədəbiyyata neo-romantik dalğada, milli azadlıq istəyi və arzularının bilavasitə ifadəsi kimi daxil olan bu mövzu 1990-cı illərin faciəli hadisələri fonunda gerçək notlar kəsb edir. Qarabağ münaqişəsi zəminində 1990-cı ilin 20 yanvar gecəsi Bakıya qoşun yeridilməsi xalqın haqlı etirazına səbəb olmuş, ədəbiyyatda 20 yanvar mövzusu ayrıca vüsət kəsb etmişdir. X.R.Ulutürkün “Məndən başlanır Vətən”, “Davam edir 37”, “Lefortovo gündəliyi”, B.Vahabzadənin “Şəhidlər”, “Şənbə gecəsinə aparan yol”, “Ümidə heykəl qoyun”, M.Arazın “Dünya düzəlmir”, “Daş harayı”, S.Rüstəm- xanlının “Omür kitabı”, “Zaman məndən keçir”, C.Novruzun “Özünü qoru, xalqım”, Nəbi Xəzrinin “Salatın”, “Qəm dəftəri”, Qabilin “Gedən yerim olaydı”, Nəriman Həsənzadənin “Bütün millətlərə”, Musa Yaqubun “Ürəyimdə yerin qaldı”, Nüsrət Kəsəmənlinin “Hamısı sevgidəndir”, Zəlimxan Yaqubun “Qəbul olsun ziyarətin”, Hüseyn Kürdoğlunun “Yaralı torpağım, yaralı sevgim” poetik və publisistik topluları, Sabir Əhmədlinin “Qanlı yanvar hekayələri” və “Kütlə” romanı, Anarın “Şəhidlər dağı”, Yaşar Qarayevin “Ruhlar yaddaşda yaşayır – şəhidlər”, R.Səməndərin “Şəhidlər”, Hidayətin “Şahidlər”, İ.İsmayılzadə- nin “Qanlı gecənin vahiməsi”, Məmməd Orucun “Evə xəbər elə”, T.Qəhrəmanovun “Cəlladımız zalım idi” publisistik əsərləri və onlarla digər əsərlər müstəqilliyinə can atan, uğrunda mü- barizə aparan, müstəqilliyinin keşiyində duran bir millət obrazının təcəssümü kimi meydana çıxır.

  2. Romantik idealın təsdiqi ilə yanaşı, Qarabağ mühari- bəsinin cəmiyyət həyatında doğurduğu acılar, eyni zamanda ədəbiyyatda hələ son sovet dönəmindən başlamış dekadans abhavasının ömrünü uzatdı, daha da dərinləşməsinə rəvac verdi. Umumilikdə ədəbiyyatı əhatə etsə də, bu tendensiya daha çox modernist ruhlu poeziyada və nəsrdə özünü göstərdi. V.Səmədoğlunun “Mən burdayam, Ilahi”, “Uzaq yaşıl ada”, R.Rövşənin “Göy üzü daş saxlamaz”, “Nəfəs”, V.Bayatlı Önərin “Ən gülməli ölü”, F.Qocanın “Adi həqiqətlər”, Ç.Əlioğlunun “Tanrını tanı”, Akif Səmədin “Adəmdən”, R.Behrudinin “Mələkdən iblis gözəldir” və s. Poetik topluları, Anarın “Otel otağı”, Elçinin “Bayraqdar”, S.Əhmədlinin “Axirət sevdası”, Aqil Abbasın “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, Afaq Məsudun “Izdiham”, Seyran Səxavətin “Nekroloq” və s.1990-cı ilin Qara yanvarı Azərbaycan xalqının tarixi yaddaşına qanlı səhifələr yazdığı kimi Azərbaycan ədəbiyyatında da tam yeni səhifələr açdı. Məmməd Aslanın “Qərənfil – şəhid qanı” qoşması, Qabilin şəhidlərə “Mərsiyə”-ağısı hadisələrə birbaşa münasibətin pafosunu ifadə etdi:Zamanında Bəxtiyar Vahabzadənin poetik, Rafiq Səməndərin bədii-sənədli “Şəhidlər” harayının ardınca, bütöv bir “sahidlər ədəbiyyatı” yaranmağa başladı. Vaxt gəldi Xəlil Rza Ulutürkün mübarizəyə səsləyən azadlıq şeirləri “Lefortovo gün- dəliyi” ilə tamamlandı: “Biz qolumuzdakı zəncirləri qırmaq istəyirdik. Amma özümüzü qırdılar… Məhkəməsiz, sübutsuz-dəlilsiz, günahsız qırğın oldu. Yanvar qırğını…” Həmin günlərin qəzetlərə yazılı yüzlərlə canlı reportajı Sabir Əhmədlinin “Yanvar hekayələri”ndə bədii davamını tapdı. “Qanlı yanvar hekayələri” qanlı süjetlər əsasında anın ağrılı ovqatını, qəfil, görünməmiş zərbələrə xalqın, milli insanın, fərdin daxili reaksiyasını qeydə almışdı.Tələsik istək və tələblərə rəğmən, ədəbiyyat fərdi yolla yaranır. Anarın “Şəhidlər dağı”, Yaşar Qarayevin “Ruhlar yaddaşda yaşayır – şəhidlər”, Q.Kəngərlinin “Qara yanvar şəhidləri”, Hidayətin “Şahidlər”, Ə.Xanbabayevin “Qanlı yanvar”, F.Rəhmanzadənin “Əsrə bərabər gecə”, I.Ismayılzadənin “QanlıGecənin vahiməsi”, Məmməd Orucun “Evə xəbər elə”, T.Qəhrəmanovun “Cəlladımız zalım idi”, I.Vəliyevin “Qara gündəlik”,N.Veysəllinin “Hər gün şəhid qanı”, rus dilində: “Qara yanvar”toplusu, A.Mansurovun “Tarixin ağ ləkələri və yenidənqurma”,A.Şərifovun “Informasiya blokadasının yarılması” və s. Kimi publisist əsərlər bunun əyani dəlili idi. Milli-azadlıq hərəkatında ilkin olaraq etiraz səsini ucaldan B.Vahabzadə, İ.Şıxlı, X.Rza, M.Araz, S.Rüstəmxanlının ardınca, matəm günlərinin ağrı-acısı ilə N.Xəzri, Qabil, C.Novruz,H.Arif, F.Qoca, Z.Yaqub, M.İsmayıl, F.Sadıq, E.Baxış, Ş.Göyçəli, Ə.Quluzadə kimi şairlərimiz də baş verənlərə qarşı üsyankar səslərini ləngitmədilər. Əgər Nəbi Xəzrinin “Qanlı yanvar”, Nüsrət Kəsəmənlinin “Qərənfil”, Məmməd Aslanın “Qərənfil -şəhid qanı”, “Gerçəkləşən qorxulu nağıllar”, “Doxsanın iyirmi yanvarı”, Mirvarid Dilbazinin “Şəhidlər qəbristanında”, Fikrət Qocanın “Azərbaycan”, Zəlimxan Yaqubun “Qalmaz” şeirləri, hadisədən doğan ilkin dərin kədəri ifadə edirdisə:

Xəlil Rza Ulutürkün “Əlvida, Azərbaycan”, Adil Cəmilin “Qan borcu”, Ramiz Məmmədzadənin “O gecə” poemalarında qanlı hadisələrin təsviri fonunda təcavüzkar nifrətlə ittiham olunurdu. Bəxtiyar Vahabzadənin “Şənbə gecəsinə aparan yol” publisistik qeydləri, “Şəhidlər” poeması milli istiqlal qurbanlarınıTərənnüm etməklə bahəm, Azərbaycan xalqının azadlıq ruhunu boğmaq istəyənlərə qarşı əsl ittiham kimi səslənirdi. Poemada 20 yanvar hadisəsi bir yandan xalqın matəmi kimi təsvir olunur; öz torpağında, varını-sərvətini bölüşdüyü qonşulardan qəfil zərbə yeyən xalq müsibətli günlər yaşayır. Öz sadəliyi, safqəlbiyi ucundan nə baş verdiyini anlamadan küçə və meydanlarda, evinin işində və kandarında atəşsaçan güllələrə tuş gələnlərin təəccübü, heyrəti və faciəsi ayrı-ayrı epizodlarda emosional bir təhkiyə ilə təqdim olunur. O cümlədən mətbəxinin içindəcə pəncərədən vurulan yetmiş yeddi yaşlı Sürəyya Lətif qızı, evinin kandarındakı yaralını xəstəxanaya yetirib, qayıdar-kən özü gülləyə qurban gedən Baba müəllim, təcili yardım maşınında çalışan, elə maşındaca güllələnən Aleksandr Mar- xevka, ölümü təkcə uşaqlara qarşı qəddarlığı yox, həm də xalqlar arasındakı dostluğa qəsdi simvolizə edən on üç yaşlı Larisa, nişanlısı İlhamın ölümünə dözməyib, həyatına son qoymaqla şəhidlik zirvəsinə yüksəlmiş Fərizə haqqında süjetlər sənədli olmaqla yanaşı, ümumiləşdirici gücə malikdir. Şair hər bir fərdi faciənin arxasında 20 yanvar hadisəsinə imza atmış imperialist hökmün insanlığa zidd mahiyyətini ifşa etməyə nail olur. Poemada ikinci bir xətt Azərbaycan xalqının milli özünü- dərkində 20 yanvar hadisəsinin roluna işıq salır. Bu xətt əsərdə ardıcıl olaraq yanvar hadisələrinin gedişi boyu inkişafda, həm ümumi ictimai hadisələrdə xalq ruhunun oyanışı epizodlarına diqqət ayrılmaqla, həm ayrı-ayrı surətlərin təcəssümündə, həm də bilavasitə şair ricətlərində əksini tapır. “Nə istəyir bu millət?” fəslində meydanlara axışan xalqın etirazı təsvir olunur, onillər boyu varı-sərvəti talanan, qara qızılı daşınan, pambığı kəfənə çevrilən, ərzaqsıs, geyimsiz, evsiz- mənzilsiz qalan xalqın qəzəbinə səbəb heç də bütün bunlar yox, namus və qeyrətinə son qoyub torpağının hərraca çıxarılmasıdır. Bu motiv bütün poemadan keçir.


Yüklə 214,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə