FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi



Yüklə 0,72 Mb.
səhifə58/68
tarix27.01.2023
ölçüsü0,72 Mb.
#99498
1   ...   54   55   56   57   58   59   60   61   ...   68
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə.

İşdən gəlib yatırıq,
Dənizin üstündə biz.
Daha sonra o soyuq bir qış gecəsində dənizin dalğalanmasından, Qafqaz dağı kimi qalxıb gurultu ilə enməsindən, bəzi estakadaların dağılıb sökülməsindən danışır. Briqadalarının çox uzaq bir mədəndə qaldığını, başlarının üstünü suların aldığını, ustanın isə ucadan “Qorxmayın! Qorxmayın!” deyə qışqırdığını bildirdi. Mədəndə işıq sönür, dəniz bu altı fəhləni udmaq istəyir. Birdən usta qışqırdı: “Köməyə dostlar gəlir!” Fəhlələr deyirlər:
Ey! Bura gəlin, bura!
Hara dönürsüz , hara?
Qayıq gəlir irəli,
Tez – tez alıb başına
Qaldırır onu dalğa.
Nəhayət, fəhlələr dalğaların üstündən qayığa atılırlar. Qayıq onları xilas edir. Müəllim hər bir bənddən sonra şagirdlərin diqqətini hadisənin mahiyyətini açan sözlərə yönəldir: “ qoçaq adamlar”, “neyləyək, dalğalar çox biz altı”, “Usta qorxmayın,- dedi”, “insan qorxmasın gərək”, “inadkar adamlar ”, “dünyada ən qəhrəman” , “qoçaq adamlar” sözləri fəhlələrə, “çırpınıb ”, “ hirslənib ”, “hər dalğa elə bil ki, Qafqazın birdağıydı” , “gurhagur tökülürdü”, “dəli dalğalar”, “boz sular ”, “atlanır göyə”, “dəli dalğa ”, “hirsli dalğa” və s. sözlər dalğalara aiddir.
Şer oxunub qurtardıqdan sonra uşaqlar atanın hekayətini danışmazdan əvvəl dediyi aşağıdakı sözlərin mənasını anlayırlar:
Mənim mehriban oğlum,
Getsən əgər ora sən,
Neçə canlı əfsanə,
Neçə nağıl görərsən.
Şerin kompozisiyası, dili, müraciət forması, fellər, nidalar şagirdlərdə qəhrəmanların xarakteri haqqında fikir oyadır, qorxmazlıq, dözümlülük tərbiyə edir. Şagirdlər belə epik əsərlərin məzmununu öz sözləri ilə nəql edə, onlara dair şəkil çəkə, illüstrasiyalar hazırlaya bilərlər. Epik əsərlərdə lirika nümunələrinə də rast gəlmək mümkündür.
Lirik şerlərdən əşya, mənzərə, hadisə insan deyil, onlara münasibət, onlar haqqında poetik təəssürat, hiss və həyəcan verilir.
Şagirdlər M. Rahimin “Azərbaycanım mənim” şerində oxuyurlar:

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə