Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"


[σ] - sırğa materialının dartılmaya qarşı buraxılabilən gərginliyidir. Rotor



Yüklə 6,76 Mb.
səhifə26/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   22   23   24   25   26   27   28   29   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

[σ] - sırğa materialının dartılmaya qarşı buraxılabilən gərginliyidir.
Rotor. Qazıma qurğularının rotoru rotor qazımasında qazıma kəmərini fırlatmaq, turbin qazımasında onu reaktiv momentdən açılması üçün bərkitmək, həmçinin qazıma və ya istismar borularını bağlayıb və açılmasında onların çəkisini asılı vəziyyətdə saxlamaq üçün istifadə olunur.

Şək. Rotor
1 – çatı; 2 - stol; 3 – tac (konik dişli çarx); 4 – yuxarı dayaq; 5 – içlik; 6 – sıxıcı; 7 – aşağı dayaq; 8 –seperator; 9 – bolt; 13 – borucuq; 14 – tıxac (yağdan) ; 15 – stol cəftəsi;16 – aşağı yastığın seperatoru; 17 – aşağı yastığın həlqəsi (karteri);18 – qayka; 19 – bolt; 20 – çatı bərkidicisi; 21 – örtük; 22 – dişli çarx; 23 – çatı sürəklicisi (çərçivə); 24 – yastıqların gövdəsi; 25 – sancaq; 26 - qayka.
Dərin quyular üçün bucurqadlar.Bu bucurqadlar dərinliyi 4000-4500m qədər olan quyuları qazımaq üçün işlədilir. Tormoz şaybası daha da iti sürətlə yeyildiyindən boltlarla bağlanmış və lazım gəldikdə mədən şəraitində dəyişdirilir. Şayba disk ilə tərpənməz oturmalı, boltlarla bağlanmalıdır. Buna baxmayaraq tormozlama zamanı əmələ gələn zərbə nəticəsində disklərin bolt yuvaları əzilərək oval şəklinə düşürlər.
Bucurqad ağır şəraitdə uzunmüddətli işləməyə hesablanır. Bucurqadın imtinasız işinə onun xidmətində və saxlanılmasında mütəmadi olaraq bütün kompleks profilaktiki tədbirlərin görülməsini təmin etməklə nail olmaq olar.
Pistonlu qazma nasosları və fontan armaturu .Pistonlu qazma nasosları (şək..) yuyucu mayeni (gil məhlulunu) quyuya vurmaq və dağıdılmış süxuru quyudan sıxışdırıb çıxartmağa xidmət edir. Pistonlu nasosdan, həmçinin, texniki kəmərin sementləndirilməsində, quyunun təmirində yuyucu mayeni quyuya vurmaq üçün də istifadə olunur.

Şək. Pistonlu qazma nasosu
1 - hidravliki hissə (qutu); 2 - filtr; 3 - klapanlar; 4 - kreyskop; 5 - transmissiya valı;6 - («şatun») - çarxqolu; 7 - krivosip (sürgü) valı.


Fontan armaturu istismar borularının asılması, quyu ağzının bağlanması və neft hasilatının tənzimi kimi əsas və ən məsul iş görür. Quruluşu etibarı ilə xaçvarı üç tərəfli və işçi təzyiqləri 40, 75, 125 və 200 kq/sm2 olurlar. Bundan başqa armatur yivli və ya flanslı olurlar. Son vaxtlar əsas etibarı ilə flanslı armatur hazırlanır. Armaturun bütün tökmə hissələri zavod şəraitində 1,5 dəfə işçi təzyiqindən artıq təzyiqlə hidravliki sınaqdan sonra toplanır və ümumi halda təkrar sınaq olunur. Buna baxmayaraq mədən emalatxanasından quraşdırılmağa göndərilən armaturlar mütləq yenidən hidravlik sınaq olunurlar.
Flənslərı bağlamaq üçün maksimal moment açarından istifadə olunur. Əl ilə bağlandıqda isə xaçvarı ardıcıllıqla tədricən sıxılmalıdır. Armaturu quyu ağzına yenidən bağlamaq və ya dəyişdirmək üçün vışkanın bir ayağına bağlanmış köməkçi tərtibatdan istifadə olunur. Armaturun bütün hissələri təzyiqlərindən asılı olaraq keyfiyyətli poladdan hazırlanır. Flanslar arasına yumşaq poladdan hazırlanmış oval en kəsikli həlqəvi aralıq təbəqəsi qoyulur. Boşluqlu hissələrin nöqsanları sınaq zamanı aşkar olunursa texniki şərtə uyğun olduqda yalnız bir dəfə müvafiq elektrodla qaynaq oluna bilər. Təkrar sınaqda yenə də buraxarsa tamamilə atılır. Nəqliyyat üçün armaturların ucları metal qapaqlarla bağlanmalıdır.

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə