Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"



Yüklə 6,76 Mb.
səhifə42/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   38   39   40   41   42   43   44   45   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

Karboksimetilsellüloza (KMS) stabilləşdirici reagent­dir.Bu reagent qazma məhlulunun əsasən su verməsini azaltmaq üçün istifadə edilir, 1300-1400S temperatur şəraitində dözümlü olur, məhlulun özlülüyünü isə cüzi azaldır.
Kalsiumlaşdırılmış soda. Bu reagentin qazma məhluluna əlavə edilməsindən məqsəd kalsium ionlarını natrium ionları ilə (Na2CO3) əvəz etməklə, qazıma məhlu­lu­nun stabilliyini artırmaqdır.Kalsiumlaşdırılmış sodanın lazım olduğundan çox əlavə edilməsi məhlulun koaqulyasiyasını, özlülüyünü və statik sürüşmə gərginliyini artırır.


Məhlulun suverməsinə təsir edən reagentlər
Poliakrilatlar (gipan, K-4, RS-2, metas, poliakrila­mid) – Bunlardan əsasən məhlulun su ver­mə­sini azalt­maq üçün istifadə edilir.KMS-ə nisbətən fəallığı və tem­peratura daha davamlılığı ilə seçilirlər.Bu reagentlər 1200S-ə qədər temperaturada öz keyfiyyət parametrlərini qoruyub sax­laya bilir.Metas hətta 2000S temperatura davamlıdır.
Nişasta reagenti (KR) də suverməni azaldan reagent­lər­dəndir, 100-1100S-yə qədər temperatur şəraitində işlədilə bilər.
Sulfit spirt cecəsi (SSC).SSC məhlulun su verməsini zəiflədir, kondensə edil­miş SSC isə məhlulun su verməsini aşağı sala bilir (KSSC). Məhlulun özlülüyünü aşağı salmaq üçün SSC-nin modifikasiyalarından, məsələn, xromliqnosulfonat, okzil və sairədən istifadə edirlər.Həmin reagentlərin ümumi qüsur cəhətləri qazıma məh­luluna əlavə edildikdə köpük əmələ gətirmələridir ki, bu da əlavə olaraq köpüksön-dürənlərdən istifadə edilməsini tələb edir.
Özlülüyə təsir edən reagentlər
Nitroliqnin – məhlulun özlülüyünü azaltmaq üçün istifadə edilir.Bu reagent də köpük əmələ gətirir.
Natrium fosfatları – fosfatlardan qazmada ən çox natriumun polifosfatlarından istifadə edilir.Bu tripolifosfat və heksametafosfatlardır.Bunlar qazma məhlulunun özlülüyünü azaltmaq üçün işlədilir.Fosfatların da çox əlavə edilməsi məsləhət deyil, çünki koaqulyasiyaya səbəb olur.

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə