Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"


Hava yaxud qaz halında olan işçi reagentlər



Yüklə 6,76 Mb.
səhifə45/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   41   42   43   44   45   46   47   48   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

Hava yaxud qaz halında olan işçi reagentlər
Burada, baltanın dağıtdığı süxur hissəcikləri quyuya vurulan hava, yaxud qazın köməyi ilə quyudan çıxarılır, başqa sözlə desək, qazma məhlulunun vəzifələrindən birini, yəni qazılmış süxur hissəciklərinin yerin üstündə qaldırılmasını quyuya böyük sürətlə vurulan qaz, yaxud hava yerinə yetirir. Üfürmə ilə qazımada qazma məhlulu ilə qazmaya nisbətən daha böyük mexaniki sürət əldə edilir. Odur ki, hazırda bu sahənin inkişafına daha çox fikir verilir. Yüksək mexaniki effekt əldə etmək üçün quyuya vurulan havanın, yaxud qazın sürəti 10¸40 m/san olmalıdır (10¸15 < u < 40 m/san ).
Üfürmə ilə qazmada quyu ağzı qapalı olur və xüsusi avadanlıqla təchiz edilir.
Üfürmə ilə qazmanın nöqsan cəhətləri:
-su layına rast gəldikdə əksər hallarda üfürmə ilə qazma mümkün olmur;
-qarmağa düşən yük artır;
-qazma qıfılları daha çox abraziv yeyilməyə məruz qalır;
-partlayış və yanğın baş verməsi ehtimalı artır.
QAZMA MƏHLULUNUN KİMYƏVİ İŞLƏNMƏSİ, ŞLAM VƏ QAZDAN TƏMİZLƏNMƏ YOLLARI, ƏTRAF MÜHİTƏ TƏSİRİ.
Qazma məhlulunun kimyəvi emalı iki mərhələ üzrə aparılır: ilkin emal və təkrar emal. İlkin emalda dövran sistemi üzrə hərəkət edən qazma məhluluna nəzərdə tutulan kimyəvi reagent az həcmdə əlavə edilir. Təkrar emal zamanı isə əlavə edilən kimyəvi reagentin həcmi hesablanmış həcmə çatdırılır. Su əsaslı qazma məhlullarını kimyəvi emal etmək üçün istifadə olunan kimyəvi reagentlərin təsnifatı belədir:
-stabilləşdirici reagentlər (bunlar qazma məhlulunun su verməsini və özlülüyünü azaldır);
-qazma məhlulundakı kalsium ionlarını əlaqələndirən reagentlər;
-qazma məhlulunu kalsium ionları ilə təmin edən reagentlər;
-struktur əmələ gətirən reagentlər;
-qələviliyi tənzim edən reagentlər;
-emulqator reagentlər;
-köpüksöndürən reagentlər;
-qazma məhlulunun temperatur təsirinə qarşı davamlılığını artıran reagentlər;
-səthi aktiv maddələr;
-yağlayıcı əlavələr.

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə