Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"



Yüklə 6,76 Mb.
səhifə46/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   42   43   44   45   46   47   48   49   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

Qazma məhlulunun hazırlanması
Qazma məhlulunun hazırlanması bloku qazma məhlulunun hazırlanması, emalı, ağırlaşdırılması, səpələnməsi (dispersləşməsi) və təmizlənmiş məhlulun işləmə prosesində özlülüyünün saxlanması üçün nəzərdə tutulur. Blokda mexaniki qarışdırıcı, səpələyici, hidroqarışdırıcı yerləşdirilir.
Əgər quyunun kəsilişi qazıma məhlulu hazırlamaq üçün yararlı gillərdən təşkil olunubsa, qazma məhlulunu bilavasitə quyunun içərisində əldə etmək olar. Belə qazma məhluluna təbii qazma məhlulu deyilir. Əgər quyunun kəsilişində qazıma məhlulu hazırlamaq üçün yararlı gil növləri olmazsa, yaxud az olarsa, onda quyu ərazisində yerləşdirilmiş xüsusi avadanlığın köməyi ilə qazıma məhlulu hazırlayırlar. Bunun üçün bir və iki valı olan mexaniki gil qatağından (gil qarışdırıcısından) və hidravlik gil qarışdırıcısından istifadə olunur. Mərkəzləşdirilmiş şəkildə isə qazma məhlulunu gil zavodlarında hazırlayırlar. Quyu ərazisində yerləşdirilən MQ2-4 mexaniki gil qarışdıranının həcmi 4 m3, elektrik mühərrikinin gücü 14 kvt, valının dövrlər sayı dəqiqədə 95 dövr/dəq-dir. Mexaniki gil qarışdıranın içərisinə su və gil parçaları töküb, 0,5 ¸ 1,0 saata qədər qarışdırırlar. Qarışdırma əməliy­yatı gil qatağının valına geydirilmiş pərlər fırlanmaqla yerinə yetirilir. Əgər, quyu ərazisinə gil toz şəklində gətirilibsə, onda hidravlik gil qarışdırıcısından istifadə etmək məsləhətdir. Əgər qazıma məhlulu zavod şəraitində hazırlanıbsa, onu böyük tutumlu avtosisternlərlə yaxud boru kəməri vasitəsilə buruğa çatdırırlar. Deyilənlərdən əlavə, FŞD-3, FŞD-7 (frezerli-şırnaq dəyirmanı), MHQ (məhlul hazırlama qurğusu), FVD (frezerli-vurma dəyirmanı) hidroma­nitor qarışdırıcı da qazıma məhlulunun hazırlanması üçün istifadə edilir.

Şək. Qazma məhlulunun sirkulyasiya sistemi.
1 –qazma məhlulunun təmizlənməsi bloku; 2 –qazma məhlulunun hazırlanması bloku; 3-qazma məhlulunun hazırlanması bloku.
a)



b)
Şək. Su-gil əsaslı qazma məhlulunun hazırlanması sxemi

c)

d)
Şək.. Qazma məhlulunun hazırlanması sistemi.
a) 1-qəbul kamerası; 2-qarışdırıcı kamera;3-ştuser;4-qıf; 5-su verilən xətt.
b)1-qıf; 2-xarici slindir; 3-çıxış borusu; 4-daxili slindir; 5- giriş borusu.
c)qazma məhlulunun hazırlanması sisteminin ümumi görnüşü.
d)1 -nasos; 2 – səpələyici (disperqator); 3 –hidroqarışdırıcı; 4 –məhlulu qarışdırıcıları üçün yer; 5 – elektroşkaf ; 6 – dairəvi cəftə.

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə