Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"



Yüklə 6,76 Mb.
səhifə30/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   26   27   28   29   30   31   32   33   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

    Bu səhifədəki naviqasiya:
  • Hava
Qazma məhlulunun növləri
Amerika Neft İnstitutunun qazma məhlullarına aid təsnifatı 10, V.F.Rocersin təsnifatı isə 9 növ qazma məhlulundan ibarətdir. Bunlar içməli suda, dəniz suyunda, duzlu suda hazırlanmış qazma məhlulları, pH-ın miqdarı nəzərə alınmaqla hazırlanan məhlullar, əhəng, fosfat, kaustik soda, kvebraxo, xromliqnosulfanat, kalsium, silikat, natrium və s. ilə işlənmiş qazma məhlullarıdır. Bu təsnifatları ümumiləşdirməklə elmin müasir səviyyəsini təmin edən və müasir tələblərə cavab verə bilən qazma məhlullarının növləri aşağıda verilmişdir:
-su əsaslı;
-neft əsaslı;
-gilsiz;
-az gilli (10%-ə qədər);
-gilli;
-susuz;
-zəif (3%), orta (10%) və yüksək dərəcədə minerallaşmış;
-duzlu: NaCl-lu, CaCl2-lu, MgCl2-lu, maqneziumsulfatlı, xlorkalsiumlu, gipsli, əhəngli, silikatlı və s.;
-aerizə edilmiş, emulsiyalı (neftdə su, yaxud suda neft) ağırlaşdırılmış, karbonatlı, yüksək, orta və zəif pH-lı;
-kimyəvi işlənmiş, normal (kimyəvi işlənməmiş) və təbii (quyu kəsilişində qazıma məhlulu hazırlamaq üçün yararlı gillərin olması) məhlullar.
Qazma məhlullarının bir çox növləri gündəlik istifadə olunur. Bəzi quyular tələb edir ki,dəliyin müxtəlif hissələrində qazma məhlulunun müxtəlif növlərindən istifadə olunsun və ya bəzi növləri digərləri ilə kombinasiyada istifadə olunsun.
Ümumiyyətlə mayenin müxtəlif növləri bir neçə geniş kateqoriyaya bölünür:
Hava:Sıxılmış hava ya quyunun dairəvi yeri ilə aşağı ya da qazma kəmərinin özünün aşağısına vurulur.
Hava/su: Su əlavə etməklə özlülüyü artırmaq, quyunu yumaq, daha soyuq olmasını təmin etmək və təmizliyinə nəzarət etməkdir.
Hava/Polimer:Tez-tez polimer növü kimi adlandırılan xüsusi olaraq işlənib hazırlanmış kimyəvi maddə xüsusi şərait yaratmaq üçün hava və su qarışığına əlavə edilir.Köpüklənən agent bu polimerlərə bariz nümunədir.
Su: Su özü bəzi hallarda istifadə olunur. Dəliyin üst hissəsində qazma zamanı dəniz qazma işlərində dəniz suyu adəti üzrə istifadə olunur.

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə