Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"



Yüklə 6,76 Mb.
səhifə27/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   23   24   25   26   27   28   29   30   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

Metal çənlər. Neft və neft məhsullarının yığılması və saxlanılması üçün çənlərdən istifadə olunur. Çənlər materiallarına görə metal, daş və dəmir betondan, iş vəziyyətlərinə görə vertikal və ya horizontal, quraşdırılmalarına görə isə yerüstü və ya yeraltı olurlar. Çənlər quraşdırılacaq yerə 20–45 sm qalınlığında qum tökülüb döyülməklə kiplənir. Çənlərin quraşdırılması üç üsulla aparılır:
1. Aşağıdan yuxarı.
2. Yuxarıdan aşağı.
3. Bükülmüş dəmir (rulon) təbəqə tədarükündən.
Birinci üsulda çənin əvvəlcə oturacağını, sonra yan divarlarını və nəhayət üstünü (qapağını) toplayaraq əvvəlcədən hazırlanmış oturacağa oturdulur. Çənin yan səthində ikinci sırada bir pəncərə açıq saxlanılıb iş tamam qurtardıqdan sonra içəridə qalan alətlər çıxarılır və qaynaq edilir. İldırım olan yerlərdə çənin üstünə ildırım keçirici tərtibat qoyulur və statik cərəyanından mühafizə üçün yerlə birləşdirilir.
Yuxarıdan aşağı quraşdırmada işçi və qaynaq olunacaq hissə yuxarı qaldırılmadığından iş daha sürətlə və tam təhlükəsiz aparılır. Əvvəlcə çənin qapağı, sonra yan səthləri və daha sonra oturacağı qaynaq olunur.
Bükülmüş təbəqə tədarükü. Bu üsul ən səmərəli sənaye üsulu olub son vaxtlarda geniş tətbiq olunur. Paton adına institutun irəli sürdüyü üsulda çənin yan səthləri zavod şəraitində müasir üsullarla qaynaq olunub sonra bükülürlər. Quraşdırma yerində əvvəlcə çənin oturacağı hazırlanır və sonra qaldırıcı mexanizm və traktorun köməyi ilə bükülmə tədricən açılır, uyğunlaşdırılır və qaynaq olunur. Vertikal divar və formalar hazır olduqdan sonra çənin örtüyü hazırlanır.
Qazmaborularının endirilib-qaldırılmasında təhlükəsizlik tədbirləri
Bu ən ağır və təhlükəli prosseslərdəndir.Bu prosses zamanı qəzaların əsas səbəbi:

  • Əmək mühafizəsi və təhlükəsizlik qaydalarının pozulması

  • Qazmaçıların və onların köməkçilərinin razılaşdırılmamış hərəkətləri

  • Iş yerinin düzgün seçilməməsi və s.

Müxtəlif hallarda buruq daxilində endirmə-qaldırma əməliyyatında yaranan təhlükəli zonalar qeyd olunmalidir.İş zamanı fəhlələrin həmin zonalarda olması təhlükəlidir.


Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə