AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
45
sağlam vətəndaş cəmiyyətinin olduğu mühitdə ən müxtəlif mövqelər səslənir və
məsələ sadəcə balansın saxlanılması ilə bağlı olur.
ABM-rinin siyasi proseslərdə və qərarların qəbulunda iştirak formaları, funk-
siyaları çoxşaxəlidir. Burada ən vacib funksiyalardan biri “dövlət-cəmiyyət”
münasibətlərində hər iki tərəfin kommunikasiya, dialoq məkanı kimi çıxış etmək,
sosial mühitdə mövcud olan əhval-ruhiyyənin, ictimai rəyin gözləntilərini sezmək,
onları qabaqlayan təşəbbüslərlə çıxış etməkdir.
Amerikalı alimlər D.İston, Q.Almond və B.Pauelliyə görə siyasi sistem sosial
mühitdən iki növ “siqnal” alır: tələb və təqdir. Bu əsasla sistem qərar qəbul edir
və “əks əlaqə” prinsipi ilə siqnalları tənzimləyir. Əgər
qərarlar uğurlu olarsa tələb
siqnalı zəifləyir və təqdir etmə siqnalı qüvvətlənir (cəmiyyətin gözləntiləri özünü
doğruldur). Əgər qərar sosial mühit tərəfindən səmərəli olan kimi qəbul edilmirsə,
onda əksinə,təqdir etmə siqnalı zəifləyir və tələb siqnalı güclənir.
Qeyd etmək lazımdır ki, “əks əlaqə” prinsipi nəinki bütövlükdə siyasi sistemlər
üçün, eləcə də, siyasi proseslərin ayrı-ayrı subyektlərinin (prezident, siyasi parti-
yalar, hökümət, dövlət strukturları və s.) fəaliyyəti üçün tətbiq edilə bilər. Sosial
mühitdən alınan siqnallar siyasi aktorların qəbul etdikləri qərarların düzgünlüyünü
yoxlamaq üçün özünəməxsus “məhək daşıdır”. Sxem şəklində bu prinsip aşağıda-
kı kimi təsvir edilir:
ƏKS ƏLAQƏ PRİNSİPİ
Şəkil 1. D.İstonun konsepsiyasında siyasi sistemin modeli və əks əlaqə prinsipi
28
Siyasi qərarın qəbul edilməsinə dair tədqiqatlarda adətən“qərar qəbulu mode-
li” 11 mərhələdən ibarət proses kimi şərh edilir: 1) problemin aşkar və müəyyən
edilməsi; 2) problemə dair informasiyanın toplanması; 3) bilavasitə siyasi proq-
noz metodunu özünə daxil edən qərar qəbulu planının hazırlanması, (hər bir
28 Easton D. The Analysis of Political Structure.
New York, 1991
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
47
funksiyasına üstünlük verənlərin
məntiqinə görə, əvvəlcə arzu
edilən gələcəyin obrazı müəyyən
edilir, sonra isə indiki dövrün
siyasətinin mükəmməl real-
laşdırılması yolu ilə reallığın
məqsədyönlü, çevik və dinamik
dəyişilməsinə nail olunur. Poli-
toloq Z.Bjezinski “İki əsr ayrı-
cında” adlı əsərində qeyd edir ki,
hazırda Qərbin nail olmaq istədiyi
başlıca strateji məqsəd dünya re-
surlarının uzunmüddətli və qlobal
planlaşdırılması sisteminin yara-
dılmasıdır. Bu da öz növbəsində
üç məsələnin: 1.demokratiyaların
elitalar vasitəsi ilə əvəzlənməsi;
2.fövqəlmilli (kosmopolit - T.A.)
elitanın formalaşması (milli
dövlətlərin vahid fövqəldövlətdə
birləşdirilməsi yolu ilə deyil, in-
kişaf etmiş ölkələrin möhkəm bir-
liyinin təmin edilməsi yolu ilə);
3.dünyanın aparıcı dövlətlərinin
elitar klublarının yaradılması yolu
ilə həllini tələb edir.
ARAŞDIRMA VƏ BEYİN
MƏRKƏZLƏRİNİN
İCTİMAİ-SİYASİ HƏYATDA
İŞTİRAK FORMALARI