Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə16/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   ...   12   13   14   15   16   17   18   19   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
45
sağlam vətəndaş cəmiyyətinin olduğu mühitdə ən müxtəlif mövqelər səslənir və 
məsələ sadəcə balansın saxlanılması ilə bağlı olur.
ABM-rinin siyasi proseslərdə  və qərarların qəbulunda iştirak formaları, funk-
siyaları  çoxşaxəlidir.  Burada  ən  vacib  funksiyalardan  biri  “dövlət-cəmiyyət” 
münasibətlərində hər iki tərəfin kommunikasiya, dialoq məkanı kimi çıxış etmək, 
sosial mühitdə mövcud olan əhval-ruhiyyənin, ictimai rəyin gözləntilərini sezmək, 
onları qabaqlayan təşəbbüslərlə çıxış etməkdir. 
Amerikalı alimlər D.İston, Q.Almond və B.Pauelliyə görə siyasi sistem sosial 
mühitdən iki növ “siqnal” alır: tələb və təqdir. Bu əsasla sistem qərar qəbul edir 
və “əks əlaqə” prinsipi ilə siqnalları tənzimləyir. Əgər qərarlar uğurlu olarsa tələb 
siqnalı zəifləyir və təqdir etmə siqnalı qüvvətlənir (cəmiyyətin gözləntiləri özünü 
doğruldur). Əgər qərar sosial mühit tərəfindən səmərəli olan kimi qəbul edilmirsə, 
onda əksinə,təqdir etmə siqnalı zəifləyir və tələb siqnalı güclənir.
Qeyd etmək lazımdır ki, “əks əlaqə” prinsipi nəinki bütövlükdə  siyasi sistemlər 
üçün, eləcə də, siyasi proseslərin ayrı-ayrı subyektlərinin (prezident, siyasi parti-
yalar, hökümət, dövlət strukturları və s.) fəaliyyəti üçün tətbiq edilə bilər. Sosial 
mühitdən alınan siqnallar siyasi aktorların qəbul etdikləri qərarların düzgünlüyünü 
yoxlamaq üçün özünəməxsus “məhək daşıdır”. Sxem şəklində bu prinsip aşağıda-
kı kimi təsvir edilir:
ƏKS ƏLAQƏ PRİNSİPİ
Şəkil 1. D.İstonun konsepsiyasında siyasi sistemin modeli və əks əlaqə prinsipi
28
  
Siyasi qərarın qəbul edilməsinə dair tədqiqatlarda adətən“qərar qəbulu mode-
li” 11 mərhələdən ibarət proses kimi şərh edilir: 1) problemin aşkar və müəyyən 
edilməsi; 2)  problemə dair informasiyanın toplanması; 3) bilavasitə siyasi proq-
noz  metodunu  özünə  daxil  edən  qərar  qəbulu  planının  hazırlanması,  (hər  bir 
28 Easton D. The Analysis of Political Structure. New York, 1991


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
46
mərhələnin  icraçılarının,həmçinin  məlumat,  zaman,  maliyyə,  təşkilati  və  digər 
limitlərin müəyyən edilməsi); 4) problemlə bağlı siyasi vəziyyətin analizi; 5) möv-
cud meyllərin qorunub saxlanması şəraitində, fəal müdaxilə olmadan hadisələrin 
necə inkişaf edəcəyinin müəyyən edilməsi; 6) problemin həllinin alternativ va-
riantlarının  formalaşdırılması;  7)  bu  və  ya  digər  alternativin  reallaşdırılmasına 
gətirəcək nəticələrlə bağlı proqnozun müəyyən edilməsi; 8) ən yaxşı həll variantı-
nın seçilməsi; 9) qərarın icrası; 10) qərara reaksiyanın təhlili - əks əlaqə prinsipi-
nin reallaşdırılması; 11) qərara mümkün düzəlişlərin edilməsi. 
Göründüyü kimi vəziyyətin təhlil(1, 2, 3 bəndlər), kəşfiyyat və normativ proq-
nozlaşdırma (7) və bilavasitə əks əlaqə ilə birgə qərarların qəbulu bu modelə da-
xildir.  
XXI  əsrdə  BM-lərin  inkişaf  və  fəaliyyət  xüsusiyyətlərində  siyasiləşmə 
meyillərinin üstünlük təşkil etdiyi qeyd edilir. ABM-lər daha çox dövlət siyasətinin 
formalaşmasına və reallaşmasına diqqət yetirir, bu istiqamətdə ixtisaslaşırlar. Xa-
tırladırıq ki, klassik sayılan ilk ABM-lərdən biri kimi Brukinqs İnstitutu da bu 
funksiyanı icra edirdi. Yeni yüzillikdə dövlət siyasətinin formalaşmasında fəal iş-
tirak etmək, ABM-lərin getdikcə artan fəaliyyətinin ümumi cəhətlərini təşkil edən 
xüsusiyyətə çevrilir.   Hesab edilir ki, bu, bütövlükdə yeni dünya düzəninin for-
malaşması, etnosiyasi münaqişələr, qloballaşma və milli dövlətçilik proseslərinin, 
beynəlxalq  terrorizm  probleminin    və  dolayısı  ilə  onların  milli  təhlükəsizlik 
məsələlərinin kəskinləşməsi ilə şərtlənən yeni reallıqda milli dövlətçiliyin inki-
şafının mürəkkəbləşməsi ilə əlaqədardır. Tədqiqatlar göstərir ki, bu qəbildən olan 
“beyin mərkəzləri”nə böyük ehtiyac olduğu üçün onların liberal-demokratik yö-
nümlü qurumlardan fərqli olaraq resurs əldə etmək imkanları artmışdır.
Digər mühüm bir meyil ondan ibarətdir ki, müasir dövrün ABM-ləri donorla-
rın prioritetlərini müəyyən edən təşkilatdan tədricən dövlətlərin və dünyanın si-
yasi reallığını müəyyən edən faktora çevrilir. Bunu bir qədər sonra bəhs ediləcək 
qlobal,  transmilli  “beyin  mərkəzləri”  şəbəkəsinin  və  yeni  –  “5-ci  nəsil  “beyin 
mərkəzləri”nin yaranması nümunəsində, bu meylin yüksəlməsində görmək müm-
kündür.
Bəziləri  hesab  edir  ki,  BM-lərin  əsas  funksiyası  proqnozlar  verməkdir. 
Məsələn:  2011-ci  ilin  iyun  ayında  Pekində  “Beyin  Mərkəzləri”nin  2-ci  Qlobal 
Sammiti  keçirilmişdir.  Sammitin  əsas  müzakirə  mövzusu  qlobal  iqtisadi  böh-
ran olmuşdur. Almaniyanın İqtisadi və Ekoloji Məsələlər üzrə Mərkəzinin sədri 
D.Messner qeyd etmişdir ki, “beyin mərkəzləri”nin işi dünyada baş verə biləcək 
problemləri əvvəlcədən müəyyən etməkdir.
Proqnozların yeni formatı isə indidən gələcəyə deyil, gələcəkdən indiyə bax-
maq (“We Build History”) alqoritmi kimi müəyyən edilir. Ümumilikdə proqnoz 


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
47
funksiyasına  üstünlük  verənlərin 
məntiqinə  görə,  əvvəlcə  arzu 
edilən gələcəyin obrazı müəyyən 
edilir,  sonra  isə  indiki  dövrün 
siyasətinin  mükəmməl  real-
laşdırılması  yolu  ilə  reallığın 
məqsədyönlü,  çevik  və  dinamik 
dəyişilməsinə  nail  olunur.  Poli-
toloq  Z.Bjezinski  “İki  əsr  ayrı-
cında” adlı əsərində qeyd edir ki, 
hazırda Qərbin nail olmaq istədiyi 
başlıca strateji məqsəd dünya re-
surlarının uzunmüddətli və qlobal 
planlaşdırılması  sisteminin  yara-
dılmasıdır.  Bu  da  öz  növbəsində 
üç məsələnin: 1.demokratiyaların 
elitalar  vasitəsi  ilə  əvəzlənməsi; 
2.fövqəlmilli (kosmopolit - T.A.)
elitanın  formalaşması  (milli 
dövlətlərin  vahid  fövqəldövlətdə 
birləşdirilməsi  yolu  ilə  deyil,  in-
kişaf etmiş ölkələrin möhkəm bir-
liyinin  təmin  edilməsi  yolu  ilə); 
3.dünyanın  aparıcı  dövlətlərinin 
elitar klublarının yaradılması yolu 
ilə həllini tələb edir. 
ARAŞDIRMA VƏ BEYİN 
MƏRKƏZLƏRİNİN 
İCTİMAİ-SİYASİ HƏYATDA 
İŞTİRAK FORMALARI


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə