Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə24/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   ...   20   21   22   23   24   25   26   27   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
64
özünü həm də hansı tədqiqat metodlarının və texnologiyaların tətbiq edilməsində, 
mərkəzin hansı subyektlə identikləşdirilməsində də göstərir.
Vətəndaş  cəmiyyətinin  təkamülünə  tarixi  yanaşma  göstərir  ki,  onun  tarixi 
tiplərinin tədqiqi bu sosial fenomenin zamanın gedişatında dinamik dəyişikliyə 
uğrayan  məzmuna  malikdir.  Buradan  belə  bir  nəticə  çıxır  ki,  informasiya  və 
biliyə əsaslanan cəmiyyətdə vətəndaş cəmiyyətinin mənası yeniləşməli, onun əsas 
funksiyaları sırasında kreativlik və sosial təşəbbüslərin irəli sürülməsi həlledici 
yer tutmalıdır. Bütövlükdə vətəndaş cəmiyyətinə dair indiyə qədər mövcud olan 
tərifləri birləşdirən ümumi cəhət, eləcə də onun fəaliyyətinin qanunverici əsasları  
mahiyyətcə belə səslənir: vətəndaş cəmiyyəti  siyasi mübarizənin subyekti  deyil 
və  ola  da  bilməz.  Əgər  vətəndaş  cəmiyyəti  institutları  müvafiq  problemlərin 
həllinin fövqünə qalxarsa, o zaman “vətəndaş” adlana bilmir və siyasi institutlara 
çevrilirlər.
39
Bununla belə, tədqiqat göstərir ki, siyasi elita ilə birbaşa əlaqələr qurmadan da 
ABM kimi fəaliyyət göstərmək, nüfuz və statusunu saxlamaq mümkündür. Daha 
doğrusu,  o  halda  mümkündür  ki,  mərkəz  öz  tədqiqat  istiqamətlərini,  maliyyə 
mənbələrini şaxələndirə bilir, fəal marketinq və informasiya siyasəti aparır. Belə 
mərkəzlərə ehtiyac çoxdur. 
ABM-lər  vətəndaş  cəmiyyəti  institutlarından  maliyyə  mənbəyinə  və  kadr 
resurslarına görə də fərqlənirlər. Qərbdə BM-lərin maliyyələşmə mənbəyi kimi 
xüsusi  fondlar  (endowmentlər)  mövcuddur.  Kadr  korpusuna  gəldikdə  isə  ideal 
“beyin  mərkəzi”ndə    əməkdaşların  sayının  çox  olmaması  məqbul  hesab  edilir. 
Digər  tərəfdən,  məsələn,  məşhur  “RAND  korporasiyasında  1600-ə  yaxın 
əməkdaş çalışır. Onun faktiki  büdcəsi 10-12 milyard dollar təşkil edir.
40
 Yaxud 
daimi əməkdaşlarının sayı 150-yə yaxın olan Brukinqs İnstitutu əlavə tədqiqatçıları 
da cəlb etdiyi üçün hər il onun fəaliyyətində 275 nəfər iştirak edir. İnstitutun illik 
büdcəsi isə 200 milyon dollardan artıqdır.
41
BM-ləri  araşdırma  istiqamətlərinə  görə  fərqlənir  və  istənilən  BM  özünün 
fəaliyyəti  ilə  cəmiyyətin  və  siyasi  elitanın  diqqət  mərkəzində  olmaq  istəyir. 
Bu  da  mərkəzlərin    tədqiqatlarını  müəyyən    mövzular  üzrə  aparmasını  və  bu 
39 Bu barədə bax: Rich A. Think Tanks, Public Policy, and the Politics of Expertise. Cambridge. Cambridge
University  Press,  2004.  Research  Organizations  in  the  World.  Philadelphia.  2007  //    http://www.fpri.
org/research/  thinktanks/  mcgann.globalgotothinlctanks.pdf;    Johnson  Erik  C.  How  Think  Tanks  Im-
prove  Public  Policy.  Economic  Reform  Today.  Ideas  into  Action:  Think  Tanks  and  Democracy.  Num-
ber  3,    1996  //  http://www.cipe.org/publications/  fs/ert/e21/priE21.htm;  Pимский  В.  Сунгуров  А.
«Фабрики  мысли»,    центры  демократии  и  центры  публичной  политики  //  “Фабрики  мысли”  и
центры публичной политики: международный и первый российский опыт. Сборник статей. Под
редакцией Сунгурова А.Ю. Спб.
Норма. 2002, c. 6-30.
40 www.rc-analitik.ru 
41 http://www.voltaire.ru/v-fokuse-sobyitiy/article129238.html


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
65
sahədə  ixtisaslaşmasını  şərtləndirir. Adətən,  klassik,  fəaliyyətinin  uzunmüddətli 
tarixinə malik olan BM-lər dövlət həyatının, demək olar ki, bütün sahələri üzrə 
tədqiqatlar aparırsa, son illərdə təşəkkül tapan mərkəzlər konkret istiqamətlər üzrə 
ixtisaslamaya üstünlük verirlər. Bu, gərəkli olsa da uzunmüddətli perspektiv üçün 
uğurlu model deyil. Belə ki, hər hansı problem istiqamətə maraq azaldığı halda 
həmin mərkəzlər resurs çatışmazlığından fəaliyyətlərini dayandıra bilərlər. 
“Beyin  mərkəzləri”nin  dövlət  orqanları,  rəsmi  bürokratiya  və  siyasi 
institutlardan fərqi ondadır ki, onlar:
•  daha çox gələcəyə oriyentasiyalı təqiqatlar apara bilirlər;
•  standart sterotiplərdən fərqli olaraq siyasi problemləri innovativ  konfiqurasi-
yada qoya və həll edə bilirlər;
•  ümumi məqsəd naminə tərəfdaşları ilə birləşə bilirlər;
•  bürokratik baryerləri dəf edərək operativliyi təmin edə bilirlər;
•  qlobal siyasi problemləri kompleks əhatə edərək lokal məhdudluğu aşa bilirlər;
•  siyasi təhlil sahəsində ekspertləri daha tez cəmləyə və cəlb edə bilirlər.
Yuxarıda qeyd edildiyi kimi, ABM-nin əsas xüsusiyyətlərindən biri də onların 
təmsil  etdikləri  dövlətin  milli  maraqlarına  xidmət  etməsidir.  Dünyanın  heç  bir 
ölkəsində  ciddi  hesab  edilən  “beyin  mərkəzi”  dövlətin  milli  maraqlarına
zidd olan məsələlərlə məşğul olmur. Yaxud tam əsasla demək olar ki, “beyin
mərkəzləri”nin  yaranmasının  əsas  səbəblərindən  birincisi,  onların  dövlətin  
nüfuz  və  maraqlarına,  strateji  mövqelərinin  möhkəmlənməsinə  dəstəkçi  olmaq 
olmuşdur.
Digər cəhət BM ilə digər ictimai siyasət institutlarının tətbiq etdikləri fərqli 
tədqiqat və iş metodlarında müşahidə edilir.
1.15. Dövlət  yönlü ABM-ləri: bəzi mühüm cəhətlər və 
xüsusiyyətlər
Dövlət  və  qeyri-dövlət  yönlü  ABM-ləri  arasında  fərqli  və  oxşar  cəhətləri 
barədə  nisbətən  təsəvvürlər  mövcud  olsa  da,  daha  bir  məsələyə  də  aydınlıq 
gətirilməsi  də vacibdir: dövlət yönlü hesab edilən araşdırma mərkəzləri özləri bir-
birindən  hansı cəhətlərlə fərqlənir? Dövlət yönlü, büdcədən maliyyələşən elmi-
tədqiqat  institutlarının  və  rəsmi  dövlət  strukturları  nəzdində  fəaliyyət  göstərən 
analitik şöbə və idarələrlə, ənənəvi başa düşülən araşdırma və beyin mərkəzlərinin 
fəaliyyətində fərq nədən ibarətdir? 
Yaxud başqa bir sual: Milli Elmlər Akademiyası nəzdində mövcud olan  və 
digər  strukturlarda  fəaliyyət  göstərən  humanitar  və  ictimai  profilli  bütün  elmi-


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə