Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə25/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   ...   21   22   23   24   25   26   27   28   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
66
tədqiqat  institutları  ABM  hesab  edilə  bilərmi?  Bu  sualların  birmənalı  cavabı 
yoxdur  və onlara hər hansı ədəbiyyatda cavab tapmaq da mümkün deyil. Bununla 
belə bəzi məqamları qeyd etməyə cəhd edək. 
Siyasi  təhlil  və  araşdırma  subyektləri  müxtəlif  meyarlara  malikdir.  Bu 
meyarlara bələd olmaq onların daha uğurlu təsnifatını və identikliyini müəyyən 
etməyə imkan yaradır. İlk əvvəl isə bu təşkilatların özlərini beyin mərkəzləri kimi 
identikləşdirmək istəyini ortaya qoymasına, aşağıda qeyd edilən bir sıra məqamlara 
diqqət yetirməsinə, fəaliyyətini onlara uyğun qurmasına diqqət verilməlidir. 
  
Məlum olduğu kimi, hər il işıq üzü görən  Qlobal Beyin Mərkəzləri reytinqində  
büdcədən maliyyələşən dövlət yönlü elmi-tədqiqat institutları və universitetlər də  
əksini  tapır.  (məs,  Çin  Xalq  Respublikası  EA-nın  elmi  tədqqiat  institutları,  RF 
EA  Dünya  İqtisadiyyatı  və  Beynəlxalq  Münasibətlər  İnstitutu,  Moskva  Dövlət 
Beynəlxalq Münasibətlər İnstitutu və s.).
Digər tərəfdən, bu reytinqdə rəsmi dövlət strukturları nəzdində olan analitik 
qurumların adına  rast gəlinmir. Halbuki beyin mərkəzlərinin yaranma tarixindən 
bəhs edilən bölmədə  qeyd etdik ki, F.Ruzvelt tərəfindən yaradılan (dövlət yönlü-
kursiv bizimdir) “beyin tresti” bütün tədqiqatçılar tərəfindən ABM kimi vurğulanır. 
Bu  baxımdan    analoji  qurumların  fəaliyyətinin   ABM-nə  verilən  tələblərə  tam 
uyğun gəlməsinə şübhə yoxdur. Söhbət yalnız bu qurumların fəaliyyətinin nəticəsi 
olan analitik məhsulun özünəməxsus təyinatından gedir.
Dövlət strukturları nəzdində analitik bölmələrin fəaliyyətini təhlil edən kanadalı 
alim  L.Pal,  həmçinin  amerikalı  politoloq  alimlər  D.Veymer  və  A.Fayninqin 
tədqiqatlarında müəyyən məqamlar yer almışdır.
 Tədqiqatçıların  fikrinə    görə,  siyasi  hakimiyyətin  analitik  strukturları–ilkin 
siyasi təhlil subyektləridir. Rəsmi dövlət strukturları nəzdində olan analitik qurumlar 
yalnız hakimiyyət üçün çalışan orqanlar olmayıb, həm də dövlətçiliyə xidmət edən  
təşkilati strukturun ayrılmaz tərkib hissəsidir. Buraya daxil olan analitik kadrlar 
ştatı dövlət qulluqçusu statusunu daşıyır və qərarların analitik dəstəklənməsi kimi 
mühüm funksiyanı yerinə yetirir. Eyni zamanda heç də bütün şöbələr mütləq olaraq 
analoji funksiyanı yerinə yetirmir. Onlar  haqqında danışarkən tərkibində olduqları 
strukturlrın  müvafiq  alt-qrupları  fərqləndirilməlidir.  Adı  çəkilən  tədqiqatçılar: 
D.Veymer və A.Fayninq  araşdırma aparmaqla bu cür bölgünü müəyyən etmiş və 
aşağıdakı kimi təsnifləşdirmişlər:
1.  Prezident  analitik  xidmətləri,  həmçinin,  ABŞ  prezidenti  tərəfindən  qəbul 
edilən  qərarların  analitik-informasiya  dəstəklənməsini  həyata  keçirən  Milli 
Təhlükəsizlik Şurası və Daxili Siyasətlə bağlı Şura; 
2.  ABŞ-da nazirliklərin funksiyasını yerinə yetirən müxtəlif federal agentliklərə 
inteqrasiya olunmuş analitik strukturlar


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
67
3.  Parlamentin analitik xidmətini təmin edən  analitik qruplar.
42
Belə  bir  təsnifləşdirmə  müəlliflərin  fikrinə  görə  bu  və  ya  digər  ölkənin 
siyasi  sistemi  və  modelindən  asılı  olaraq  fərqli  ola  bilər.  Məsələn,  parlamentli 
respublikalarda  prezident  yoxdur  və  buna  uyğun  olaraq  prezident  analitik 
strukturları  da  mövcud  deyil.  Lakin  bütövlükdə  analitik  alt-bölmələrdən  ibarət 
olan hakimiyyət orqanları əsasında aparılan bölgü daha doğru yanaşma kimi qəbul 
edilə bilər. 
Amerikalı  politoloqların  fikrinə  görə,  siyasi  təhlilin  digər  subyektlər  qrupu   
iri akademik elmi-tədqiqat institutlarıdır. Bu anlayış bizi dövlət yönlü akademik 
elmi strukturların siyasi təhlildə yeri probleminə qaytarır. D.Veymer və A.Vayninq 
prinsipcə yeni təhlil metodlarının işlənməsi və təcrübədə istifadəsi ilə məşğul olan 
strukturları fikir fabriklərinə aid edirlər.
Yuxarıda və müəyyən ədəbiyyatda qeyd edilənləri ümumiləşdirərək aşağıdakı 
dövlət yönlü siyasi təhlil subyektlərini fərqləndirmək olar: 
-  dövlət-hakimiyyət  strukturlarının  analitik  şöbələri,  alt-bölmələri  (bu  alt-
bölmələr daxil olduqları və çalışdıqları müəyyən hakimiyyət orqanından asılı 
olurlar); 
-  büdcədən  maliyyələşən  iri  tədqiqat  mərkəzləri,  (bu  mərkəzlər  analitik 
metodların  işlənməsi  və  tətbiqi,  siyasi  tədqiqatlarda  istifadəsi  ilə  məşğul 
olurlar); 
 -  nəhayət, həmin strukturların sifarişi ilə işləyən ödənişli analitik mərkəzlər (bu 
mərkəzlər arasında   siyasi prosesin konkret subyekti ilə bağlı olanlar və yaxud 
eyni zamanda bir neçə sifarişçi ilə işləyənlər fərqləndirilir). 
43
Elmi-tədqiqat  institutlarının  apardığı  araşdrmaların  məzmununda  nəzəri  və 
yaxud tətbiqi politoloji araşdırmaların nisbəti onların ABM kimi identikləşməsində 
ən mühüm meyarlardan biridir. 
“Delfi  metodunu  hazırlayan,  dövlət  tərəfindən  maliyyələşən  “RAND 
Korporasiyası” belə bir elmi-tədqiqat müəssisəsinin nümunəsi kimi çıxış edir. Bu 
tipli elmi birliklər həqiqətən də siyasi təhlilin əhəmiyyətli subyektləridir, lakin heç 
də bütün akademik və universitet strukturları belə tədqiqatlar aparmır və müvafiq 
olaraq  mexaniki şəkildə  beyin mərkəzi hesab edilə bilməzlər”.
44
Bu  baxımdan  ən  qısa  şəkildə  bu  araşdırma  formalarının  fərqli  cəhətlərini 
yada salmaq lazım gəlir. Nəzəri politoloji araşdırmanın subyektləri ilk növbədə 
42 Weimer D., Fining A. Policy Analysis: Concepts and Practice. Englewood Cliffs, 1992.P. 9-12.
43  (Ətraflı  bax:  Процесс  принятия  внешнеполитических  решений:  исторический  опыт  США,
государства Израиль и стран Западной Европы / О.А. Колобов, А.А. Корников, А.С. Макарышев, А.А.
Сергулин. Н. Новгород, 1992. С. 25; Симонов К.В.Политический анализ: Учебное пособие. М.: Логос,
2002, 152 с.: C.52
44  Макарышев  А.С.  Система  внешнеполитического  планирования  и  анализа:  опыт  США  //
Международная экономика и международные отношения. 1994. № 12.


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə