AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
89
BM-lərin tədqiqi sahəsində çalışan, www.onthinktanks.org internet saytını təsis
edən, Böyük Britaniyada Müstəqil Araşdirma, İdeya və Məsləhət Təşkilatını yara-
dan E.Mendizabal çoxsaylı təhrifləri qeyd etməklə yanaşı, öz meyarlar sistemini də
formalaşdırmışdır.
12
12 On the definition of think tanks: Towards
a more useful discussion;; E.Mendizabal. Different ways to
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
90
Xüsusi olaraq maraq doğuran məqamlardan biri də, 1.Kütləvi İnformasiya
Vasitələrində (KİV) ən çox isnad edilən ABM-lərinin; 2. Ən çox isnad edilən ABM-
nin İdeoloji statusuna görə reytinqlərinin hazırlanması təcrübəsinin mövcudluğudur.
ABŞ-da “ABM-lərinə isnadların illik icmalı” (Fairness & Accuracy in repor-
ting (FAIR’s) annual survey of think tank citation) adlanan bu reytinqlər həmin
mərkəzlərin fəaliyyətinin dəyərləndirilməsində növbəti mühüm meyar kimi çıxış
edir. Həm də bu zaman KİV-lərdə ən çox isnad edilən ABM-rinin hansı ideolo-
ji oriyentasiyaya malik olması müəyyən edilir.
13
Reytinqlər göstərir ki, son illərdə
sentrist (mərkəzçi) ideologiyaya xidmət edən ABM-ri müstəsna olaraq birinci yerdə
durur.
(yuxarıdakı şəkil)
2.3.Araşdırma və Beyin Mərkəzlərinin transmilliləşməsi:
bu, yeni meyil, yoxsa çağırışdır?
XXI əsrdə BM-lərin inkişafinı əvvəlki dövrdən fərqləndirən və getdikcə inten-
siv şəkil alan digər meyillərdən biri onların transmilliləşməsidir. Doğrudur, hazır-
da sürətlənən bu meyil öz başlanğıcını hələ XX əsrin sonlarından götürmüşdür.
1972-ci ildə bir sıra milli intellektual mərkəzlər “Beynəlxalq Tətbiqi Sis-
temli Təhlil İnstitutu” (International Institute of Applied System Analysis) adlı
qlobal mərkəzdə birləşdi. Roma Klubu ilə sıx əməkdaşlıq edən bu institut qlo-
bal problemlərə sistemli və yeni yanaşmaları tətbiq edərək dünya inkişafının
meyillərini proqnozlaşdırmağa əsas yer verirdi. Yaxud 1973-cü ildə ABŞ-ın, Av-
ropanın və Yaponiyanın nüfuzlu şəxslərini, perspektiv siyasətçilərini və aparıcı
intellektuallarını özündə birləşdirən Üçtərəfli Komissiya yaradıldı. 1975-ci ildə
isə yeni dünya düzənində tənzimləyici rol oynaya biləcək “Böyük Yeddilər” (o
zaman G-6) yaradıldı. Təbii ki, məntiqi olaraq, bu qurumlarda müvafiq analitik
mərkəzlərin işinə böyük əhəmiyyət verilirdi.
Transmilli Beyin Mərkəzləri Şəbəkəsinin (TBMŞ) fəaliyyətinin təhlili göstərir
ki, onların işi dünyanın üzləşdiyi problemləri ortaq səylərlə həll etmək üçün “Bü-
tün ölkələrin analitikləri, birləşin!” devizinə uyğun gəlmir. Burada qloballaşma
dövrünün mürəkkəb prosesləri, o cümlədən milli və fövqəlmilli strukturlar arasın-
da rəqabətdən tutmuş “dünyanın perspektivlərini müəyyən edən qlobal intellek-
tual elitanın, kollektiv zəkanın bir əldə cəmlənməsi cəhdləri”, nəhəng beynəlxalq
blokların, strateji tərəfdaşların, eləcə də Şərq və Qərb sivilizasiyalarının gizli
define and describe think tanks «on think tanks // http://onthinktanks.org/2010/11/09/on-the-definition-
of-think-tanks-towards-a-more-useful-discussion/; http://mendizabal.co.uk/; tvitter @onthinktanks
13 Bax: http://fair.org/extra-online-articles/think-tank-spectrum-revisited/Fairness &
Accuracy in reporting
(FAIR’s) Annual survey of think tank citation
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
91
rəqabəti və münasibətləri öz əksini tapmaqdadır.
“Beyin mərkəzləri”nin transmilli şəbəkələri yeni və inkişaf edən fenomendir.
Hazırda mövcud olan TBMŞ-nin növləri aşağıdakı 4 əsas meyar üzrə üç qrupa
bölünür:
1) əsas məqsədlər,
vəzifələr, tədqiqat obyekti;
2) üzvlük üçün cəlbedici, stimullaşdırıcı
mexanizmlər;
3) üzv olmağın motivləri və əsasları;
4) şəbəkədə münasibətlər və koordinasiya.
14
“Beyin mərkəzləri”nin transmilli şəbəkələri son bir neçə il ərzində meyda-
na çıxıb və yaxın gələcəkdə də onların inkişafı və fəaliyyəti gözlənilir. Norma-
tiv bazanın, rəsmi sənədlərin və ədəbiyyatın olmadığını nəzərə alaraq, onların
fəaliyyətini yalnız həyata keçirdikləri vəzifələr, eyni zamanda qruplara bölünmə
kimi vasitələrlə öyrənmək mümkündür.
Transmilli şəbəkələrin müxtəlifliyinə baxmayaraq, hər bir təşkilat hamı üçün
vacib olan prioritet və idarəedici (management) istiqamətləri müəyyən edir. Bu cür
istiqamət və vəzifələr “beyin mərkəzləri”nin “transmilli şəbəkə konsepsiyası”nın
təhlilinə həsr edilən araşdırmada əksini tapmışdır.
15
2.4. Transmilli Beyin Mərkəzləri Şəbəkəsinin (TBMŞ) təsnifatı,
xüsusiyyətləri və növləri
TBMŞ məşhur fenomen olan ictimai-siyasi şəbəkələrlə birgə qruplara
aiddir. Bir neçə meyar baxımından bir-birinin analoqu olan bu təşkilatların
olduqca mühüm fərqləri də mövcuddur. Onların sırasında ən əsası ondan
ibarətdir ki, siyasi şəbəkələr müxtəlif maraq sahibləri olan üzvlər ara-
sında vasitəçi rolunu oynamaq, “beyin mərkəzləri” şəbəkələri isə
birgə
perspektivlər üçün yaradılır.
TBMŞ üçün mövcud olan idarəçilik forması “şəbəkə” (“network”) sözü ilə
ifadə edilir. Qısaca olaraq qeyd edək ki, “beyin mərkəzləri” şəbəkələri peşəkar
assosiasiyalara, bilik cəmiyyətlərinə bağlıdır. Eyni zamanda, bu cür şəbəkələrin
fərqləndirici cəhətlərindən biri də şəbəkəyə daxil olan təşkilatlar sırasında iyerar-
xiyanın mövcud olmamasıdır.
14 Struyk, R. Transnational Think Tank Networks: Purpose, Membership and Cohesion, “ Global Governance.
Witte, J.M., W.H. Reinicke,and T. Benner. 2000. “Beyond Multilateralism: Global
Public Policy Networks,”
International Politics and Society; downloaded from www.fes.de/; Stone, D. 2000b. “Think Tank Transnation-
alization
and Non-Profit Analysis, Advice, and Advocacy.” Coventry, UK: University of Warwick,
Department
of Politics and InternationalStudies, processed.
15 Management of Transnational Think Tank Networks/Author(s): Raymond J. Struyk Source: International
Journal
of Politics, Culture, and Society, Vol. 15, No. 4 (Summer, 2002),pp. 625-638Published by: Springer-
Stable URL: http://www.jstor.org/stable/05/09/2011 07:20