AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
73
Postsovet və Şərqi Avropa ölkələrində analitik mərkəzlərin fəaliyyətinni tədqiq
edən Raymond Straykın yazdığına görə, Rusiya İqtisadiyyat və Ticarət nazirliyi
bu cür tədqiqatlara 8 milyon, Macarıstanda sifariş əsasında tədqiqatlara 150 min
dollar və s. ayrılıb. Estoniyada dövlətyönlü tədqiqat müəssisələri maliyyələşdirilir.
İqtisadiyyat və Kommunikasiya Nazirliyində tədqiqat işlərinə bir il üçün 31 milyon
dollar ayrılmışdı. Bununla belə hakim strukturların elmi tədqiqatların keçirilməsi
üçün büdcədə maliyyə ayrılmasını nəzərdə tutmadığı hallar da çoxdur.
«
Yeni dövlət idarəçiliyi dövrünə keçid mərhələsində nə qədər təəcüblü olsa da,
bəzi ölkələrdə hökümətlər xaricdən hər cür mal və xidmətlər sifariş etməyi adi hal
saysalar da, kənar təşkilatlarla tədqiqat aparmaq üçün maliyyə ayırmırlar. Belə
ölkələrdən biri Bosniya və Herseqovina, digəri isə Azərbaycandır. (müəllif qeyd
edir ki, onun bu məlumatı 3 nazirliyin ali vəzifəli şəxsləri ilə söhbətə əsaslanır(?!)
Bu ölkələrdə müvafiq müqavilələrin bağlanması üçün nəzərdə tutulan cüzi
vəsait büdcənin başqa maddələrindən-məsələn cari işlərin yerinə yetilrilməsinə
sərf olunan məbləğə daxil edilir. İdarələr əvvəlki kimi ayrıca maliyyələşən elmi-
tədqiqat institutlarına vəsait ayırırlar. Buna görə də sual yaranır: belə hallarda
analitik mərkəzlər dövlət orqanlarının büdcələrinə elmi-tədqiqatlara xərcləri
nəzərdə tutan maddələr daxil edilməsinə necə nail ola bilərlər? Bunun üçün ilk
əvvəl, xarici donorların dəstəyi ilə yerinə yetirilmiş tədqiqatların faydalılığı təbliğ
edilməlidir. Daha sonra yerli analitik mərkəzlərin parlament üzvlərinə müvafiq
qanunvericiliyin qəbul edilməsi, büdcəyə “elmi tədqiqatlar” adlı yeni maddənin
əlavə edilməsi məqsədi ilə öz səylərini birləşdirməsi lazım gəlir.”
47
47 Рэймонд Дж.Страйк. Управление аналитическими центрами. Практическое
руководство для
развивающихся организаций. 2-е, расширенное издание: Пер с англ.- К.: Оптима, 2011.368 с. C.166
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
75
II
FƏSİL
Araşdırma
və Beyin Mərkəzlərinin
fəaliyyətinin qiymətləndirmə metodologiyası.
Reytinqlər. Yeni meyil-Transmilli Beyin Mərkəzlərinin
yaranması
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
76
2.1 Araşdırma və Beyin Mərkəzlərinin fəaliyyətinin
dəyərləndirilməsinin meyarları
Beyin Mərkəzlərinin tədqiqi və fəaliyyətinin qiymətləndirməsi özü də stra-
teji məsələlərdən biridir. Bu sahədə də birincilik Amerikaya məxsusdur. Ayrı-
ayrı tədqiqatların ortaya çıxmasından başqa, beyin mərkəzlərinin fəaliyyətinin
dəyərləndirilməsinin və təhlili üçün elmi-tədqiqat qurumlarının yaranması da bura-
da ənənəyə çevrilmişdir.
Məsələn, ABŞ-dakı Pensilvaniya Unversitetində son illər bütün dünyada
fəaliyyət göstərən ABM-rinin fəaliyyətinin izlənilməsi ilə bağlı tədqiqatlar aparı-
lır. Dünyada beyin mərkəzləri, onların cəmiyyətdə və beynəlxalq həyatda rolu və
fəaliyyəti, coğrafiyası, ixtisaslaşması kimi məsələlər burada Ceyms Makqanın
rəhbərliyi ilə yaradılan “Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Proqramı” (The
Think Tanks and Civil Societies Program) çərçivəsində araşdırılr. Universitetin da-
vamlı olaraq bu araşdırmaları aparması dövlətin diqqətini cəlb etmiş, sonda həmin
universitetə beynəlxal tədqiqat proqramı çərçivəsində Beyin Mərkəzlərinin tədqiqi
üçün ayrıca büdcə ayrılması vacib hesab edilmişdir.
Universitet hər il Dünya bankında, Beynəlxalq Valyuta Fondunda illik qlobal
beyin mərkəzlərinin- beynəlxalq siyasi və sosial-iqtisadi yönlü analitik mərkəzlərin
dünya reytinqinin təqdimatı keçirilir.
Beləliklə də, son illərdə dünyada mövcud olan minlərlə “beyin mərkəzi”nin
fəaliyyətinin dəyərləndirilməsi ənənəyə çevrilmişdir.
Müxtəlif sahələrdə tətbiq edilən dəyərləndirmə və reytinqlərin müəyyən edilməsi
ABM-lərin fəaliyyətinə qiymət verilməsi üçün də tətbiq edilir.
Hazırda ABM-lərin üç səviyyədə - qlobal, regional və lokal (milli) miqyaslı
reytinqləri mövcuddur.
“Beyin mərkəzi” institutuna cəmiyyətin və dünya birliyinin diqqətini yönəltməsi
baxımından reytinqlər, müəyyən mənada mütərəqqi məqsədə xidmət edir. Bura-
da tarixi, funksional, ideoloji, nüfuz və təsir kimi amillər də nəzərə alınır. Eyni
zamanda, qiymətləndirmənin metodologoiyası və meyarları geniş mübahisələrin
mövzusudur. Elə isə BM-nin qiymətləndirilmə meyarları necə müəyyən edilir və
hansılardır?
Qlobal “beyin mərkəzi” reytinqi
Qeyd edildiyi kimi, ABŞ-ın Pensilvaniya Universitetinin (University of Penns-
ylvania) “Ekspert analitik mərkəzlər və vətəndaş cəmiyyəti” (The Think Tanks