Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə21/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   ...   17   18   19   20   21   22   23   24   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
57
səmərəli  tətbiq  edilir.  Əsas  cəhət  odur  ki,  onların  biri  özünü  digərinin  yerində 
təsəvvür  edə,  onun  ideyasını  dəstəkləyə,  şərh  verə    yaxud  da  dəqiqləşdirə 
bilməlidir. Bu da kollektiv düşüncəni daha yaxşı təşkil etməyə, bir fikrin digərini 
“güzgüdə” olduğu kimi əks etdirməsinə imkan verir.
“Ən  çılğın  ideya”  texnikası  (Wildest  Idea  Technique)  hər  hansı  problemin 
həllində inqilabi ideyanın aşkarlanmasına kömək edir. Bu texnika qrup üzvlərini 
“çərçivədən  kənar”(“out-of-the  box”)  düşüncəyə,  ən  cəsarətli,  qeyri-standart, 
gözlənilməz ideyaların irəli sürülməsinə şərait yaradır.
“Fərdi  beyin  hücumu”  sərbəst,  azad  məktub  formasında  problemin  həllinin  
yazılmasını nəzərdə tutur və  müstəqil şəkildə həyata keçirilir. Bu texnika “Yazılı 
beyin hücumu” ((Brainwriting) ilə yaxındır və birlikdə tətbiq edlir. XX əsrin 70-
ci illərində Almaniyada Artur Vanqandi tərəfindən tətbiq edilmişdir. İştirakçının 
təcrid edilmiş məkanda yazdığı ideyalar kağız parçalarına, yapışqanlı vərəqələrə 
və  ya  kartoçkalara  yazılır.  Daha  sonra    kollektivdə  müzakirə  edilir.  “Kollektiv 
yaradıcılıq,  düşüncə  ənənəsinin”  inkişaf  etmədiyi  təşkilatlarda  bu  texnikanın 
tətbiqi daha səmərəli hesab olunur.
Gəzinti  formalı  beyin  hücuminda”  (Brainwalking)    iştirakçılar  problem  və 
ideyaların  yazldığı  böyük  vərəqələrin  asıldığı    divarlar  boyu  hərəkət  edirlər. 
Gəzdikcə hərə öz ideyasını və şərhlərini vərəqəyə əlavə edir.
Dairəvi və dəyirmi masa beyin hücumunda” (Round-Robin  And Roundtable 
Brainstorming)  (1992),  cavablar  dairə  üzrə  növbə  ilə  “bir  dəfəyə  bir  cavab” 
prinsipi  ilə  verilir.  Bu  metod  hər  iştirakçıya  öz  töhfəsini  vermək  üçün  bərabər 
imkanlar verir.
İştirakçı  sayının  çox  olduğu  auditoriyalarda  səmərəli  üsul  kimi  “Şayiələrin 
toplanması” texnikası (The Buzz Session ) tətbiq olunur. Burada böyük qruplar 
kiçik dəstələrə bölünür və hərəyə konkret tapşırıq verilir. Hər dəstə 6 nəfərdən 
ibarət olur və  6 dəqiqəyə qrupun ideyalarını cəmləyib  təklif etməlidir.
Klassik  beyin  hücumu  metodunun  struktur  və  prosedur  baxımından  nə 
qədərə yeniləşdiyini, iştirakçıların sayının 50-dən 200-ə çatdığı “Göy vərəqələr 
texnikası” (Blue Slips Technique)   təsdiq edir. Bu texnika strateji informasiyanın 
əldə  edilməsi,  proqnoz,  planlaşdırma  və  idarəçiliyin  təkmilləşdirlməsi    üçün 
səmərəlidir.  Xüsusən  də  problemin  müzakirəsi  üçün  vaxt    darlığı  şəraitində 
şəraitində fikirlərin toplanması üçün tətbiq edilir.
Beyin  hücumunun  hərbi  versiyası”  (The  Military  Brainstorming  Version) 
Böyük Britaniya ordusunda işlənib hazırlanmışdır.
Bundan  əlavə,  başqa  məlum  metodlarla  kombinə  edilmiş  texnikalar: 
Pin  kart  metodu”(The  Pin  Card  Technique),  Beyin  hücumu 


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
58
oyunu”(Brainwriting  Game),  “Rollarla  beyin  hücumu  (Rolestorming 
Technique), “Fırlanan rollar” (Rotating roles),Komandanın fikir xəritəsi” 
(Team  Idea  Mapping),  “Klaster  beyin  hücumu  (köpük)  metodu”  (The 
Сlassic Сluster Brainstorming Method (The Bubble Method) , problemin 
dərin  və  hərtərəfli  həlli  üçün  “Key  Ci”  metodu  (KJ  Method),  ideyaların 
təkrarı  və  zəncirvari  doğulmasına  təkan  verən  “Trigger  metodu” 
(Trigger  Method)  problemi  müxtəlif  formada  təsvir  etməyə  imkan  verən 
“Təxəyyüllə beyin hücumu”(Imaginary Brainstorming)mövcuddur. Kreativ 
düçüncənin stimullaşdırılması üçün həmçinin, şəkil və rəsmlərin istifadəsi 
ilə (Braindrawing), həmçinin kollektiv hazırlanan eskizlərin istifadəsi ilə 
(Brain Sketch) beyin  hücumları işlənib tətbiq edilir.  
Nəhayət, hazırda informasiya əsrinin  tələblərinə müvafiq olaraq, «Elektron 
beyin hücumu» yaxud «Online beyin hücumu» və ya «Breynlayninq» (Brainlining) 
geniş  tətbiq  edilir.  Bu  texnika  İnternet  şəbəkəsində  real  vaxt  rejimində  həyata 
keçirilir. Onun üstünlüyü və  özəlliyi-eyni vaxtda dünyanın müxtəlif ölkələrində  
çoxsaylı  ekspertlərin  virtual  qrup  şəklində    birləşərək  çeşidli  ideyalar  irəli 
sürməsinə imkan yaratmasındadır. 
Elektron beyin hücumu kompyuterləşdirilmiş  «Elektron Toplantı Sistemi» (ETS) 
vasitəsi ilə həyata keçirilir. Eyni zamanda onun daha sadə formalarını elektron poçtla 
və ya digər sadə proqram təminatı ilə təşkil etmək mümkündür.  Elektron toplantıda 
(müşavirə)  ideyaların siyahısı eyni vaxtda hamının görəcəyi sərbəst şəkildə (könüllü 
seçimlə: anonim və ya avatarlar vasitəsi ilə) şəbəkədə yayılır və proses başlayır. 
Beyin    hücumunun  bu  cür  elektron  veb-metodlarının  klassik  texnikaya  xas  olan  
məhdudiyyətləri aradan qaldırdığına dair ümumi qənaət mövcuddur.
Ən  vacib  cəhəti  isə  «çarpaz  tozlanma»  adlanan  üsulla  ideyaların  qarşılıqlı 
zənginləşməsinə  stimul  verməsi,  müəlliflərin  anonim  qalması  arzusunun  təmin 
edilməsi  ilə  stereotiplərin  aradan  qaldırılması,  ideyaların  elektron  formatda 
yaddaşa  verilməsi  və  istənilən  vaxt  onlardan  istifadə  etmək  imkanını  verməsi 
hesab edilir. Yuxarida qeyd etdiyimiz- beyin mərkəzlərinin yeni yaranan-5-ci nəsli 
hesab edilən qurumlarda  bu metod geniş tətbiq edilir.
Hazırda  beyin  hücumunun  yaradıcı  (  kreativ)    və  innovativ  metod  və 
texnologiyalarla  qovuşaraq  zənginləşməsi  ənənəsi  başlanğıcını  götürmüşdür. 
Bu yaşadığımız dövrün kreativ düşüncəyə və beyin potensialına yaratdığı sosial 
sifarişlə  bilavasitə  əlaqəlidir.  Mürəkkəb  sistemə  çevrilmiş  cəmiyyətdə  hər  bir 
insan davamlı olaraq problemlərin həlli və  qərar qəbul etmək çağırışı ilə üzləşir. 
Bu çağırışlar isə öz növbəsində insanın öz düşüncə imkanlarını səfərbər etməyi, 
bütün hallarda ona həsr edilən vaxtı azaltmağı tələb edir. Bunu qeyd edilən sahədə 


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə