Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti



Yüklə 93,87 Kb.
səhifə1/4
tarix30.12.2023
ölçüsü93,87 Kb.
#167854
  1   2   3   4
informasiyanın idarə edilməsi


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Sumqayıt Dövlət Universiteti




Filalogiya Fakültəsi
İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrası
İnformasiyanın idarə edilməsi fənnindən
Sərbəst işlər
İxtisas:050107 İbtidai sinif müəllimliyi
Qrup:951
Kurs:2
Tələbə:Yusifova Aysun
Fənn müəllimi: G.E.Orucova
Kafedra müdiri:prof.A.H.Hüseynov

1.İnternet və onun yaranma tarixi


İnternet — bir neçə kompüterler sisteminin bir birinə bağlı olduğu, dünya səviyyəsində yayımlanan və daimi olaraq inkişaf edən əlaqə şəbəkəsidir.
İnternet istifadəçilərin “məlumatın saxlanması, paylaşması və rahat əldə olunması” istəkləri nəticəsində yaranmış bir texnologiyadır. Bu texnologiyanın köməyi ilə insanlar məlumatları rahat şəkildə əldə edə bilirlər. İnterneti bir məlumat dənizinə yaxud çox böyük kitabxanaya bənzədə bilərik. Bu gün İnternet demək olar ki, dünyanın bütün ölkələrini əhatə edir və onun istifadəçilərinin sayı getdikcə artır.
İnternetdə vahid idarəetmə mərkəzi yaxud vahid müdiriyyət yoxdur. Buna baxmayaraq şəbəkənin belə təşkili əslində dərindən düşünülmüş struktur deməkdir. Bu struktur 1969-cu ildə Amerika Birləşmiş Ştatları Təhlükəsizlik nazirliyi tərəfindən işlənmiş ARPAnet layihəsi çərçivəsində qurulmuş və on minlərlə dünya proqramçılarının kollektiv şüuru ilə getdikcə inkişaf etdirilmiş və mükəmməlləşdirilmişdir. Gələcək şəbəkənin strukturuna ilk addımlardan başlayaraq informasiyanın nəqlinin etibarlılığı və yuksək səviyyəli qəzaya qarşı müqavimət.
İnternetin əsas xidmətləri
Elektron poçt ( e-mail ), Telekonfranslar və nəhayət WWW - informasiya-sorğu verilənlər bazaları, hökümət sənədləri, kitabxana kataloqları və sair kimi çoxsaylı müxtəlif sənədlərdən ibarət olan hipermətn mühiti.
— İki və ya bir neçə kompüter verilənlər mübadiləsi məqsədi ilə bir birinə qoşulduqda kompüter şəbəkəsi yaranır.
— Bir təşkilatın kompüterlərini birləşdirən şəbəkəyə Lokal şəbəkə və ya LAN (Local Area Network) deyilir.
— Lokal şəbəkələri və fərdi istifadəçiləri birləşdirən şəbəkə Qlobal şəbəkə və ya WAN (Wide Area Network) adlanır.
— Lokal şəbəkəni (LAN) qlobal şəbəkə (WAN) ilə birləşdirənkompüter və bu kompüterdəki proqram təminatı şlyuz (Gateway) adlanır.
Qlobal şəbəkələri birləşdirən daha yüksək səviyyəli şəbəkə də mövcuddur. Bu şəbəkə İnternet adlanır. İnternet bütün dünya üzrə müxtəlif kompüterlər arasında ünsiyyət üçün imkan yaradan və informasiya mübadiləsini təmin edən şəbəkələr şəbəkəsidir.

Müxtəlif tipli, müxtəlif əməliyyat sistemli kompüterlərin belə bir ünsiyəti nəticəsində ortaya üyğunluq problemi çıxır. Bu problemi aradan qaldırmaq məqsədi ilə informasiya mübadiləsinin təşkili üçün vahid qaydalar, yəni vahid standart (protokol) işlənmişdir. Bu protokol - [[TCP/IP']] (Transmission Control Protocol / Internet Protocol) - verilənlərin nəqlinə nəzarət/İnternet protokoludur.


İnternetə qoşulma ayrılmış kanal vasitəsi ilə və ya zəng etmə yolu ilə, yəni telefon xətti ilə həyata keçirilir. Ayrı-ayrı kompüterlərin ayrılmış kanal vasitəsi ilə və ya telefon xətti ilə şəbəkəyə qoşulması üçün nəzərdə tutulmuş qurğuya Modem (modulyator- demodulyator) deyilir.
Sizin İnternetə qoşulmanızı, məktublarınızın göndərilməsini, alınmasını və qorunub saxlanmasını təmin edən təşkilat internet-provayder adlanır. İnternet-provayder İnternetlə bağlı başqa xidmətlər də göstərir. İnternetdə sizin kompüterin identifikasiyası, yəni müəyyənləşdirilməsi üçün provayder tərəfindən ona IP-ünvan təyin edilir. IP-ünvan, hər birisi səkkiz ikilik rəqəmdən ibarət olan dörd qrupdan ibarətdir, və çox zaman onluq şəkildə yazılır. Məsələn: 255.255.100.123 . Burada axırıncı (dördüncü) rəqəmlər qrupu şəbəkədə kompüterin nömrəsini, üçüncü qrup isə şəbəkənin nömrəsini göstərir.
Rəqəmli nömrələri yadda saxlamaq çətin olduğundan domen adlarından istifadə olunur. Məsələn, www.elm.az Burada www(world wide web) elm domen .az isə birinci səviyyəli domendir.Internetdə altdomenlər(subdomain) də mövcuddur.Məs.:http://www.firststeps.az. Ünvanın bir şəkildən başqa şəklə çevirilməsi xüsusi Domen Adları xidməti (DNS - domain name service) tərəfindən yerinə yetirilir.
Göstərilən birinci səviyyəli, təşkilat domenləri mövcuddur:
.com kommersiya ilə məşğul olan təşkilatlar
.edu - təhsillə məşğul olan təşkilatlar
.org - kommersiya ilə məşğul olmayan təşkilatlar
.gov - hökumət təşkilatları
.mil - Amerika Birləşmiş Ştatları -ın hərbi təşkilatları
.int - beynəlxalq təşkilatlar
.net - şəbəkə xidmətləri göstərən təşkilatlar
Məsələn: www.azercell.com ; www.wikipedia.org Birinci səviyyəli təşkilat domenlərindən başqa, kompüterin yerini müəyyənlaşdirən coğrafi domenlər də var. Birinci səviyyəli coğrafi domenlər:
.az - Azərbaycan
.de - Almaniya
.fr - Fransa
.se - İsveç
.ru - Rusiya
.jp - Yaponiya
.us - Amerika Birləşmiş Ştatları
.tw - Tayvan
.tr - Türkiyə
.ua - Ukrayna
.ro - Rumıniya
.kz - Qazaxıstan
.tk - Takilao
.ge - Gürcüstan
.uk - Böyük Britaniya
Brauzer və ya Veb səyyah - Sizin kompüterdə işləyən və İnternet-səhifələrin axtarışına və baxılmasına imkan yaradan bir proqramdır. İnternetdən sizə və sizdən İnternetə informasiya göndərərkən, brauzer müştəri-server sxemindən istifadə edir. Bu sxemdə sizin kompüter - müştəri kimi, uzaqda yerləşən kompüter isə server kimi çıxış edir. Ən geniş yayılmış brauzerlər İnternet Epxlorer,Opera,Google Chrome və Mozilla Firefox sayılır.
2.Qrafik məlumatların təsviri və emalı qurğuları
İnformatikanın kompüterdən istifadə ilə təsvirlərin yaradılması və redaktə edilməsi üsulları ilə məşğul olan sahəsi kompüter qrafikası adlanır.
Müxtəlif peşə sahibləri:
 Müxtəlif elm və tətbiq sahələri ilə məşğul olan tədqiqatçılar;
Rəssamlar;
 Konstruktorlar;
 Kompüter dizaynı ilə məşğul olan mütəxəssislər;
 Dizaynerlər;
 Reklam məhsulları hazırlayanlar;
 Veb–səhifələrin hazırlanması ilə məşğul olanlar;
 Multimedia təqdimatı hazırlayan müəlliflər;
 Səhiyyə işçiləri;
 Parça və geyim modelyerləri;
 Fotoqraflar;
 Tele-video montajla məşğul olan mütəxəssislər və digərləri öz işlərini sahmana salmaq üçün kompüter qrafikasından istifadə edirlər.
Adətən kompüterin ekranında təsvirlər qrafika proqramlarının köməyi ilə yaradılır. Kompüter qrafikası proqramlarına rastr və vektor qrafikaları, fractal grafika, üçölçülü obyektləri yaratmaq və redaktə etmək üçün istifadə edilən proqramlar, avtomatlaşdırılmış layihələndirmə sistemləri daxildir. Avtomatlaşdırılmış sistemlər çox maraqlidır, lakin nəzərə almaq lazımdır ki,onlardan peşəkar istifadə yaxşı hazırlıq tələb edir. Məsələn, avtomatlaşdırılmış layihələndirmə sistemi olan AutoCAD proqramından peşəkar memarlar binaların layihələndirilməsi və şəhərlərin planlaşdırılması üçün istifadə edirlər.Kompüter qrafikasının əsas məqsədi təsvirlərin yaradılması və saxlanması prinsipləri barədə ətraflı məlumat verməklə yanaşı daha populyar qrafik redaktorların əsas imkanlarını araşdırmaqdan ibarətdir.Kompüter qrafikasının təyinatı kompüterin yaddaşında təsvirlərin kodlaşdırılması, yaradılması, redaktə edilməsi və saxlanması üsullarını hərtərəfli öyrətməkdən ibarətdir.Kompüter qrafikasında əldə edilən biliklər fizika, kimya, biologiya, eləcə də digər elm sahələrinə aid olan elmi və tətbigi tədqiqatların nəticələrini vizuallaşdırmağa imkan verir. Yaradılan təsvirlər natiqlərin nitq materiallarında, məqalələrdə, multimedia təqdimatlarında istifadə edilməklə yanaşı Veb–səhifələrində də yerləşdirilə bilər (və ya mətbəə sistemi sənədlərinə daxil edilə
bilər).Adətən qrafik redaktorlar fərqli imkanlara malik olur. Lakin təsvirlərin qurulması ilə bağlı ümumi prinsiplər də mövcuddur.Kompüter qrafikası şərti olaraq hissələrə bölünərək araşdırılır.
Birinci hissənin məqsədi təsvirlərin yaradılması və saxlanmasının əsas məsələlərini öyrənməkdən ibarətdir. Əsas məsələlərdən birincisi qrafik təsvirlərin təsvir üsulları, rastr və vektor qrafikadır.Rast qrafikası redaktorunda təsvirlərin formalaşdırılması üçün yüzlərlə və minlərlə (hətta milyonlarla) nöqtədən, vektor qrafikası redaktorlarında isə təsvirobyektləri saxlamaq üçün riyazi formulalardan istifadə edilir.Təsvirlərin təsvir üsulu təsvirlərin redaktə edilmə keyfiyyətinə, çap edilməsinə, həmçinin onların yaddaşda tutduğu həcmə əhəmiyyətli təsir göstərir.Belə ki, təsvirin necə şərh edildiyini bilməklə onun nə üçün düzgün çap edilmədiyini, sərt diskdə çox yer tutduğunu, təsvirin ölçüsü dəyişdiriləndə onun niyə pilləvari və ya pis görünüşə malik olmasının səbəbini aydınlaşdırmaq olur.
İkinci əsas məsələ rəng və onun şərh üsuludur. Cisimlərin görunməsi üçün onlar ya işıg ilə şüalanmalı, ya da işığı əks etdirməlidirlər. Rəng həm şüalanma, həm də əksetdirmə prosesində alına bildiyinə görə onun şərh edilməsinin müxtəlifüsulları mövcuddur. Əslində rəngin nədən ibarət olduğunu və onun kompüterdə necə yaradıldığını bilməyin özü bir çox problemləri həll etməyə kömək edir. Bu məsələlər haqqında təsəvvür olandan sonra rahatca anlamaq olur ki, kağızda çap edilən təsvir, niyə ekranda göründüyü kimi dəqiq alınmır.
Üçüncü əsas məsələ grafik faylların formatlarıdır. Sonrakı mərhələlərdə emal ediləcək (işlənəcək) təsvirlərin saxlanması problemi olduqca böyük əhəmiyyət kəsb edir. Qrafik redaktorların hamısı üçün qrafik faylları saxlamaqdan ötrü vahid format yoxdur və ola da bilməz. Lakin elə formatlar da var ki, onlar bir sıra predmet oblastları üçün standart formatlar hesab edilir. Qrafik formatların xüsusiyyətlərini bilmək təsvirlərin səmərəli saxlanması və müxtəlif əlavələr arasında məlumat mübadiləsinin həyata keçirilməsi üçun böyük əhəmiyyət kəsb edir.

3.Verilənlər bazası ilə iş prosesinin təşkili


Verilənlərin strukturu, onların kompyuterdə saxlanılması üsuludur və o, elə seçilməlidir ki, verilənlərdən səmərəli istifadəni təmin etsin. Faylın VB olması üçün onda olan informasiya struktura malik olmalıdır və elə formatlaşdırılmalıdır ki, sahələr bir-birindən asanlıqla fərqlənsinlər.
Verilənlər bazası struktura görə üç cür ola bilər:
iyerarxik;
şəbəkə;
relyasion.
İyerarxik VB-da verilənlər arasındakı tabeçilik münasibətlərindən asılı olaraq budaqlanma olur. Odur ki, bu struktura bəzən budaqlanan struktur da deyirlər.VB-nın şəbəkə modelində verilənlərə müraciət ona gələn yollar vasitəsi ilə həyata keçirilir və bir verilənə bir neçə yol ilə gəlmək olar. Bu zaman hər bir verilən faktiki olaraq bir neçə verilən ilə bağlı olur və onlar arası əlaqələr iyerarxik olmaya da bilər.Bu gün əksər VB cədvəl şəkillidirlər, yəni relyasion strukturludurlar. Belə strukturlu VB-də verilən sətir və sütunların kəsişməsi ilə müəyyən olunur. VB-da sütunlar sahələr, sətirlər isə yazı adlanır.Verilənlər bazası (VB),(en:Data Base, DB) – kompüterin daimi yaddaşında müxtəlif tiplı (mətn, rəqəm, zaman, pul, memo, OLE, məntiqi və s.) verilənlərin saxlanması üçün istifadə edilən xüsusi strukturlaşdırılmış yerdir.Verilənlər bazası, informasiyanın saxlanmasını və həmçinin tez bir zamanda verilənlərə müraciəti təmin edir,tətbiqi proqramlar və ya əlavələr verilənlər bazasına daxil olan dəyişənlərin işlənməsinə xidmət edir.
Verilənlər bazasını yaratmaq üçün istifadə edilən proqramlar:
Microsoft Access, Open Office Base Foxpro Microsoft SQL Server Oracle My SQL Verilənlər bazasının məqsədi və tərifi İnformasiyanın qorunub-saxlanılması kompüterlərin ənənəvi xidmət növlərindən biridir. İnformasiyanın kompüterlərdə qorunub-saxlanılması üçün verilənlər bazasından (VB) geniş istifadə olunur.
Verilən - bazaya daxil ediləcək informasiya vahididir, elementidir.
İnformasiya-müəyyən predmet və ya gerçəklik haqqında olan tam fikirdir, məlumatdır. Məsələn: Hər bir müəssisənin kadrlar şöbəsində onun əməkdaşları haqqında (kadr uçotu vərəqəsində) informasiya saxlanılır. Bu informasiyanın verilənləri - elementləri bunlardır: ad, soyad, atanın adı, təvəllüd, milliyyət, hansı ali təhsil müəssisəsini neçənci ildə bitirməsi, hansı dilləri bilməsi, hansı elmi əsərlərin müəllifidir və s.VB-nin yaradılması məqsədindən asılı olaraq eyni bir obyekt və ya gerçəklik haqqında olan informasiyanın elementləri, yəni verilənlər müxtəlif ola bilərlər.Məsələn: Hər bir dövlətdə onun vətəndaşları haqqında saxlanılan informasiyanın verilənləri bunlardır: ad, soyad, atanın adı, təvəllüd, harada qeydiyyatda olması, gözünün rəngi, boyun uzunluğu, qan qrupu və s.Göründüyü kimi, eyni bir şəxs haqqında kadrlar şöbəsində saxlanılan informasiyanın verilənləri ilə dövlətin vətəndaşı kimi saxlanılan informasiyanın verilənlərində müxtəliflik var. VB kompüterdə xüsusi formatlı fayllarda saxlanılan informasiyadır. “Faylın formatı” termini kompüter faylında saxlanılan verilənlərin strukturunu təsvir etmək üçün istifadə olunur. Tərif. VB - informasiyanın saxlanılması, ilkin emalı və axtarışını təmin edən xüsusi formatlı fayldır.Verilənlər bazasının strukturu Verilənlərin strukturu, onların kompüterdə saxlanılması üsuludur və o, elə seçilməlidir ki, verilənlərdən səmərəli istifadəni təmin etsin. Faylın VB olması üçün onda olan informasiya struktura malik olmalıdır və elə formatlaşdırılmalıdır ki, sahələr bir-birindən asanlıqla fərqlənsinlər.
Verilənlər bazası struktura görə üç cür ola bilər:
iyerarxik; şəbəkə; relyasion.
İyerarxik VB-da verilənlər arasındakı tabeçilik münasibətlərindən asılı olaraq budaqlanma olur. Odur ki, bu struktura bəzən budaqlanan struktur da deyirlər. VB-nın şəbəkə modelində verilənlərə müraciət ona gələn yollar vasitəsi ilə həyata keçirilir və bir verilənə bir neçə yol ilə gəlmək olar. Bu zaman hər bir verilən faktiki olaraq bir neçə verilən ilə bağlı olur və onlar arası əlaqələr iyerarxik olmaya da bilər. Bu gün əksər VB cədvəl şəkillidirlər, yəni relyasion strukturludurlar. Belə strukturlu VB-də verilən sətir və sütunların kəsişməsi ilə müəyyən olunur. VB-da sütunlar sahələr, sətirlər isə yazı adlanır. Relyasiya strukturlu verilənlər bazasının əsas cəhətləri Relyasiya strukturlu VB-də sahələr VB-nin strukturunu yaradırlar, yazılar isə VB-də olan informasiyanı ifadə edirlər.


Yüklə 93,87 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə