Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


Word mətn redaktorunun makros imkanları.Makro əmrlər



Yüklə 93,87 Kb.
səhifə2/4
tarix30.12.2023
ölçüsü93,87 Kb.
#167854
1   2   3   4
informasiyanın idarə edilməsi

4. Word mətn redaktorunun makros imkanları.Makro əmrlər
Microsoft Word – mətn redaktoru olub istənilən mürəkkəb sənəd yaratmaq üçün nəzərdə tutulmuşdur. Hazırda dünyada ən populyar proqram hesab olunur.
Üstünlükləri
Word sürətli əmrlər yığımı və yazının qramatikasını yoxlayan proqramlar, sinonimlər lüğəti kimi müasir alətlərlə təchiz olunmuşdur ki, onların köməyi ilə sənədi savadlı tərtib etmək, çox asanlıqla və vaxt itirmədən məktubları, hesabatları, qeydləri və təsvirləri birləşdirmək mümkündür. Microsoft Word proqramı mətn yaratmaq üçün istifadə edildiyinə görə bu cür proqramlara mətn redaktorları deyilir (Notepad, WordPad və s.)
Proqramın çağırılması
Kompyuteri işə saldıqdan sonra Windows əməliyyat sistemi yüklənir. Windows yüklənəndən sonra Word proqramını işə salmaq üçün "Start" düyməsi basılır və "Programs" menyusundan Microsoft Word seçilir.
Mətn redaktorlarının görünüşləri təxminən eynidir. Yəni bu proqramların əsas hissələri mətn daxil edilən ərazi və menyulardır. Menyulardan əlavə alətlər paneli və xətkeş də mövcuddur. Alətlər panelindəki düymələr əsasən menyularda olan əməliyyatları daha rahat işə salmaq üçün istifadə olunur.
Alətlər paneli
MS Word proqramının düymələri yerinə yetirdikləri əməliyyatlara görə qruplara bölünüb panellərə düzülüblər. Məs., mətnin parametrlərini dəyişən düymələr "Formatting" panelindən istifadə edilir.
Panellərin sol kənarında yerləşən ikiqat vertikal xətt sıranın yerini dəyişmək üçün istifadə olunur. Lazım olmayan paneli ekrandan götürmək üçün "View" menyusundan "Toolbars" siyahısından panelin adını seçin. Lazım olan paneli ekrana çıxarmaq üçün də həmin əməliyyat yerinə yetirilir.
Panellər müxtəlif məqsədlər üçün istifadə olunur:

  • Standard – bütün proqramlar üçün panel.

  • Drawing – şəkillərlə işləmək üçün panel.

  • WordArt – WordArt obyektinin parametrlərini dəyişən düymələr paneli.

  • Tables and Borders – cədvəl üçün istifadə olunan alətlər paneli və sair.



Yüklə 93,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə