Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti



Yüklə 93,87 Kb.
səhifə3/4
tarix30.12.2023
ölçüsü93,87 Kb.
#167854
1   2   3   4
informasiyanın idarə edilməsi

Yeni sənədin yaradılması
Word proqramının daxilində eyni zamanda bir neçə sənəd yaradıla və emal oluna bilər. Bunu yoxlamaq üçün, yeni sənəd yaradın:

  • File → New… və ya alətlər panelində New düyməsindən istifadə edilir. Şablonlar pəncərəsindən lazım olan şablon seçilir → OK.

Yeni sənəd yarandıqdan sonra, əvvəlki sənədə bir neçə usul ilə qayıtmaq olar, bundan əlavə hər iki sənədi eyni zamanda ekranda görmək və asanlıqla işləmək olar.

  • Bir sənəddən başqasına keçmək üçün:

  1. Window panelindən (ekranın aşağısında, Start düyməsi yerləşən panel) istifadə olunur. Buradakı sənədlər siyahısından lazım olan sənədin adı seçilir.

  2. Alt+Tab düymələrindən istifadə etməklə pəncərələr seçilir.

Word proqramında yazı yazarkən müxtəlif dillərdən istifadə etmək mümkündür. Yəni İngilis dilindən əlavə rus, Azərbaycan və s. dillərindəndə istifadə etmək olar. Bunun üçün Start panelinin sağında yerləşən indikatordan və ya klaviaturada Ctrl+Shift (bəzi sistemlərdə (Alt+Shift) düymələrindən istifadə edilir.
Mətnin yaddaşda saxlanılması
Artıq hazır olan mətni müxtəlif yaddaş qurğularında saxlamaq olar (Daimi yaddaş qurğusunda, disketdə, CD diskində, flyaş kartda). Ümumiyyətlə isə mətnləri ilk əvvəl yaddaş diskində (vinçesterdə) saxlamaq məsləhətdir. Dəyişən (floppi 3½) disklərdən isə mətni başqa kompyuterə aparmaq üçün, və ya vacib sənədlərin ehtiyat nüsxələrini saxlamaq üçün istifadə edilir. MS Word proqramı fayl saxlamaq üçün C: diskində yerləşən "My documents" qovluqundan istifadə edir.

  • Mətni yaddaşa vermək üçün: File → Save.

Sənədin adı "File name" sətrinə daxil edilir və "Save" və ya Ctrl+S düyməsi basılır. Sənədin və qovluğun adınının yalnız ingilis hərfləri ilə adlandırılması məsləhətdir. Faylın adında ?,/,\,:, və " işarələri işlətmək qadağandır. Saxlanılacaq fayl verilmiş ad ilə My documents qovluğuna yazılır. Həmin qovluğa yeni qovluq əlavə etmək mümkündür. Yeni qovluq yaratmaq üçün faylı yaddaşa verəndə "Save" pəncərəsində "Create New Folder" düyməsi basılır. Açılan pəncərədə "Name" sətrində qovluğun adını yazın → OK.


Yüklə 93,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə