Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə12/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   ...   8   9   10   11   12   13   14   15   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
32
-  İkinci  nəsil  ABM-lər  dünya  ölkələrinin  qlobal  problemlərlə  üzləşdiyi  və 
qarşılıqlı  asılılığın  gücləndiyi  geosiyasi  reallığı  nəzərə  almalı  olmuşdur.  Bu 
dövrdə yaranan ABM-lər üçün qlobal ideologiyaların yaranması uzunmüddətli 
qlobal proqnozların irəli sürülməsi olmuşdur.
-  Üçüncü  nəsil  ABM-lər  ictimaiyyət  və  vətəndaş  cəmiyyətinin  maraqlarını, 
hüquq və azadlıqlarını siyasətin digər subyektləri qarşısında müdafiə etmək və 
dəstəkləmək (“advocacy”) məqsədini daşımışdır. XX əsrin 70-80-ci illərində 
bu qəbildən olan ABM-lər geniş yayılmışdır.
-  Dördüncü nəsil ABM-lər lokal oriyentasiyalı olması ilə fərqlənmişdir. Bunları 
“fikir  fabriki”ndən  daha  çox  əməl,  iş,  fəaliyyət  fabriki  adlandırmaq  düzgün 
olar. Onlar yalnız ideyaları irəli sürmür, həm də ilk növbədə lokal səviyyədə 
ideyaları tətbiq etməyə, işləməyə vadar edirlər.
-  Beşinci  nəsil  ABM-lər  inkişafın  müxtəlif  problemlərinə  dair  yüksək 
peşəkarlığa  malik  mütəxəssislərin  virtual  şəbəkə  birlikləridir.  Bu  nəsil 
şəbəkə  texnologiyalarının  yaranması  ilə  formalaşmışdır.  Fərqli  cəhətləri  - 
şəbəkə texnologiyalarının geniş tətbiqi və virtual ünsiyyət yaratmaqdır. 5-ci 
nəsil ABM-ləri  nəzərə  alsaq,  onda  hazırda  BM-in  tərifi  belə  səslənir: ABM 
qlobal, regional və lokal problemlərə İT-nin tətbiqi ilə beyin həmləsinin təşkil 
edildiyiinteraktiv virtual korporasiyadır.
Qeyd edilməlidir ki, Transmilli Beyin Mərkəzləri Şəbəkəsinin yaranması da 
qeyd edilən 5-ci nəsil modelə daxildir.
“Beyin mərkəzləri”nin siyasi statuslarının qiymətləndirilməsi modeli
Siyasi aktivliyin 
qiymətləndirilməsi 
parametri
Siyasi kapitalın 
qiymətləndirilməsi 
parametri (təsir)
Qiymətləndirmə 
metodikası
1. Analitik 
məhsullar və “beyin 
mərkəzləri”nin 
tövsiyələrinin inkişaf 
yollarının növləri
1. “Beyin mərkəzləri”nin
resursları
1. Sosioloji tədqiqat
2. “Beyin mərkəzi”
rəhbərləri ilə formal
müsahibə
2. “Beyin 
mərkəzləri”nin siyasi 
idarəetmə prosesində 
iştirak formaları
2. Resurslar uğrunda
mübarizə strategiyası
1. Rəhbərlərlə
uzunmüddətli müsahibə


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
33
“Beyin mərkəzləri”nin siyasi fəallığının parametrləri
İştirak formaları
Analitik məhsulun görünüşü
Qərar qəbulunun əsas 
mahiyyəti
Konsultasiya  
(“şəxsi məsləhətçi”)
İndividual söhbətlər;
“Sifarişçi” ilə qapalı
seminarların təşkili;
Tövsiyələrin olduğu arayışların
hazırlanması (policy briefs)
Şəxsi tanışlıq əlaqələri
Formal-prosessual 
(“ekspertin dəvət 
olunması”)
Sifarişçi tərəfindən irəli sürülən
problemlərlə bağlıonların həll
yolunu özündə əks etdirən
hesabat və təqdimatlar
Hökumət və biznes
strukturları ilə rəsmi əlaqə
Kommunikativ
(“danışan beyin”)
Televiziya və müsahibələrdə,
mövzular üzrə saytlarda çıxış,
şəxsi nəşrlər, elmi jurnallarda dərc
Media
1.5. Araşdırma və Beyin Mərkəzlərinin 
Amerika və Avropa modeli
Qərb  təcrübəsində  ABM-lərin  xüsusiyyətlərindən  danışarkən  onların 
fəaliyyətinin mütləq mənada müstəqil olduğunu düşünmək yanlışlıq olardı. “Be-
yin mərkəzləri” siyasətə təsir edirsə, eyni zamanda siyasət də BM-lərə təsir edir.
Donorların maraqlarına uyğun tədqiqatların aparılması ənənə halını almışdır. 
Məsələn,  ilk  yerdə  gedən  Brukinqs  İnstitutu  əvvəllər  olduğu  kimi  yenə  də  do-
norlara lazım olan mövzuları araşdırır. Yaxud Kato İnstitutu libertarian dəyərləri 
müdafiə edir. Onlar insan azadlığı sahəsində mübarizə aparırlar və hesab edirlər ki, 
cəmiyyətdə hökumətin səlahiyyətləri nə qədər yığcam olsa, bir o qədər yaxşıdır. 
Bu ideyada iri biznesin də öz maraqları var.
BM-lərin siyasətə təsirini göstərən faktlara misal kimi qeyd edilir ki, məsələn, 
Amerika Sahibkarlıq İnstitutu İraqda Amerikanın hərbi iştirakının genişləndirilməsi 
ideyasının müəllifidir. 2007-ci ildə bu mərkəzin əməkdaşları, istefada olan gene-
rallar İraq mövzusunda məruzəni prezident C.Buşa və onun müavini D.Çeyniyə 
təqdim edirlər. Bu məruzədən dərhal sonra Administrasiya özünün İraq siyasətinin 
dəyişməsi barədə qərarını bəyan edir. 
Təbii ki, BM-lərin müasir cəmiyyətdə rolunu mütləqləşdirmək də düzgün ol-
mazdı. Bunun əksinə, ekspertlərin tövsiyələrini nəzərə almayan misallar da var. 


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
34
Məsələn,  2002-ci  ildə  Karneqi  Fondu  İraqın  nüvə  proqramının  yoxlanılmasını 
təklif etmiş, bu plan BMT-nin qətnaməsinə daxil edilsə də, ona əməl edilməmiş, 
müharibənibaşlamağa üstünlük verilmişdir.
Bununla  bağlı  olaraq,  Brukinqs  İnstitutunun  əməkdaşı Allan  Fridman  qeyd 
edir ki, BM-lər siyasi məkanda səslər çoxluğunun yalnız birini təşkil edə bilər. 
Həqiqətdə  isə  qərar  verənlər  konqresmenlər,  senatorlar  və  iri  sahibkarlardır. 
Hər  şey  çox  sadədir.  Belə  ki,  hətta  dünyanın  ən  dahi  ideyası  belə  əgər  vaxtın-
da səslənməyibsə, heç kimə lazım olmayacaq. Doğrudur, bəzən ideyanı lazımlı 
etmək də olur. Bunun üçün əvvəlcə onu mətbuata çıxarmaq, daha sonra bir neçə 
mətbuat konfransı, iclaslar təşkil etməklə cəmiyyətə təqdim etmək olar və sonda-
ideya ağıllara sirayət edə bilər.
ABŞ-da “beyin mərkəzləri”nin siyasi sistemə təsir mexanizmlərini təhlil etmək 
üçün  onların  fəaliyyət  xüsusiyyətlərinə  görə  təsnifatlarına  nəzər  salmaq  lazım-
dır. Belə ki, fəaliyyətin xüsusiliyi “beyin mərkəzləri”nin siyasi sistemə təsirinin 
müəyyən  edilməsi  üçün  əsas  göstəricilərdən  biri  hesab  olunur. ABŞ-da  “beyin 
mərkəzləri” fəaliyyətin xüsusiyyətinə görə aşağıdakı qruplara bölünürlər: 
Akademik şaxələnmiş (Academic-diversified)– bu cür “beyin mərkəzləri” öz 
tədqiqatlarını heç bir sahə ilə məhdudlaşdırmırlar. Dövlətin və cəmiyyətin maraq-
larına toxunan bütün sahələri əhatə etməyə çalışırlar. Onların tədqiqatları əsasən 
uzunmüddətli  xarakter  daşıyır.  Elmi  cəmiyyət  arasında  böyük  nüfuza  malik  bu 
mərkəzlərin kadr potensialı əsasən alimlərdən ibarət olur və əsasən kitab, jurnal 
və  monoqrafiyalar  nəşr  edirlər.  Bu  cür  “beyin  mərkəzləri”  böyük  büdcə,  geniş 
və  peşəkar  kadr  potensialı  tələb  edirlər.  ABŞ-da  bu  cür  “beyin  mərkəzləri”ni 
“tələbələrsiz universitetlər” adlandırırlar (“universities without students”). Onlar 
fəaliyyətlərində yüksək dərəcədə müstəqildirlər. 
Akademik ixtisaslaşmış (Academic-specialized) – birincilərdən fərqli olaraq 
konkret bir istiqamət üzrə fəaliyyət göstərirlər.
Müqavilə (sifariş) ilə işləyən “beyin mərkəzləri” (Contract research organi-
zations)  -  əsasən  dövlət  sifarişi  əsasında  tədqiqatlar  aparırlar.  Bu  cür  BM-lərin 
aşağıdakı xüsusiyyətləri mövcuddur: 

Dövlətlə əməkdaşlıq - əsas siyasi prioritetdir;

Dövlət sifarişləri əsas maliyyə gəlirləridir; 

Siyasi məsləhətçi rolunu oynayırlar;

Əsasfəaliyyət sahəsi tədqiqatlar deyil, daha çox siyasətin təhlilidir; 

Məhdudlaşdırılmış azadlıq fonunda fəaliyyətlərini həyata keçirirlər; 


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə