Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə9/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   ...   5   6   7   8   9   10   11   12   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
25
da,“beyin mərkəzləri”nin yaranması onların fəaliyyətində prioritet hesab edilmir.
Franklin Ruzvelt və onun “beyin tresti”
ABŞ  tarixində özünəməxsus yeri olan “Yeni kurs” dövrü intellektual elita-
nın dövlət  idarəçiliyinə və antiböhran fəaliyyətinə cəlb edilməsi baxımından da 
nadir  hadisə  və  başlanğıc  olmuşdur.  Franklin  Delano  Puzveltin  dörd  nəfərdən 
ibarət ilk ekspertlər komandası məhz “beyin tresti” (Brain Trust) adlanır və bu 
qrup Amerikada  dövlət yönlü BM-lərinin yaranması və  inkişafı və ənənəsinin 
möhkəmlənməsində əvəzsiz rol oynamışdır.
Franklin  Ruzvelt  “Yeni  kurs”  çərçivəsində  özünün  şəxsi  “beyin  trestləri”ni 
yaratdı  və  bununla  da  prezidentin  məsləhətçilər  dairəsinə  ictimai-siyasi  elm 
sahəsindən, akademik mühitdən olan mütəxəssislər daxil oldular. Federal hökumət 
ölkənin daxili həyatında və II Dünya müharibəsi başlandıqdan sonra beynəlxalq 
fəaliyyətdə  daha  fəal  rol  oynadığından  “beyin  mərkəzləri”  tərəfindən  aparılan 
tətbiqi siyasi araşdırmalara və analitik tədqiqatlara tələbat artdı. Bu dövrdə Con 
Meynard Keynsin iqtisadi nəzəriyyəsi daha geniş yayılmağa və hökumətin yeni 
proqramında tətbiq edilməyə başlandı. Nəticədə bu proqramları hazırlaya bilən 
nüfuzlu ekspertlərə tələbat artdı. 
“F.Ruzvelt  səmərəli  və  operativ,  çevik  ekspertlər  komandasını  yaradanda 
problemlərin həllinə yönəlmiş yanaşmanı əsas hesab etmişdir. Belə ki, “beyin tres-
ti” yarananda onun ilk məqsədi Nyu-York qubernatorunun seçki kampaniyası, yəni 
bu konkret problemin həlli olmuşdur. F.Ruzvelt bütün novasiyaları  dəstəkləmək 
və mükafatlandırmaq səyini ortaya qoyaraq, islahatların daha mükəmməl getməsi 
üçün ideyaların ideal dialoqunu mümkün etmişdir. Hətta yeni ideyalar təklif edən 
ekspertləri opponenlərin  kəskin müqavimət və hücumlarından qorumaq üçün “be-
yin  tresti”nin  əsas  fiqurlarından  olan  hüquqşünas,  professor  R.Taqveli  həm  ölkə 
xaricinə və həm də ölkə daxilinə tez-tez müxtəlif missiyalarla səfərlərə göndərirdi”
19
Beləliklə,  əvvəlki  dövrdə  yaranan  ABM-lərin  fəaliyyət  tarixində  Ruzvelt 
dövründən, yəni 1932-ci ildən etibarən  yeni bir təcrübə - Amerika prezidentlərinin 
siyasi məsləhətçilərinin tövsiyələrindən istifadə etmək ənənəsi başlanğıcını götür-
dü. Ruzvelt və onun ekspertləri dövlət yönlü “araşdırma və beyin mərkəzi” əsrinin 
təməlini qoydular. Prezident seçiləndən sonra Ruzvelt ekspertlərini yaratdığı yeni 
administrasiyada müvafiq postlara (dövlət katibi, qubernator, səfir) təyin  etmişdir. 
Maraqlı cəhət odur ki, ekspertlər həm alim, həm inzibatçı, həm də siyasətçi kar-
yerasını uğurla icra edə bilmişlər. Yeni institut kimi, təbii olaraq, bu trest dəfələrlə 
siyasi-bürokratik aparatın “qəzəbinə” tuş gəlmişdir.  
Trestin fəaliyyətinin nəticələri göstərir ki, onların iş tərzində qeyri-adi heç nə 
19 Rosen E. A. Hoover Roosevelt and the Brains Trust: From Depression to New Deal. N. Y., 1977, p. 141.


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
26
olmamış, iş rejimi tsiklik prinsiplər və mərhələli islahatların aşağıdakı xətti ilə 
qurulmuşdur:
1.   Siyasi  diaqnozun  qoyulmasi  (“beyin  tresti”  üzvlərinin  səlahiyyətində  olan 
sahələrdə həlli vacib olan problemin aşkarlanması); 
2.  Planlaşdırılması  (həlli  vacib  prioritet  tədbirlərin  iyerarxiyasının  müəyyən 
edilməsi);
3.   Planlaşdırılmış aksiyalarda birgə iştirak edilməsi (konkret siyasi platformanın 
ictimai rəyə tanıtmaq və təsir etmək məqsədi ilə təbliği, ictimai rəyin idarə 
olunması);
4.   Həyata keçirilmiş işlərin təhlili və dəyərləndirilməsi, dərslərin aşkarlanması 
əsasında tövsiyələrin hazırlanması.
Bu  baxımdan  ekspertlərin  fəaliyyətində  özünü  parlaq  göstərən  kommuni-
kativ  funksiya  aparıcı  yer  tuturdu.  Cəmiyyətdə  daxili  siyasətə  dair  müxtəlif 
müzakirələrdə ictimai rəy stimullaşdırılırdı. Beləliklə, ekspertlər eyni zamandahəm 
siyasi debatların katalizatoru, həm də siyasi elitanın rəqabətdə olan fraksiyaları 
arasında vasitəçi rolunu oynayırdılar.
“Siyasi təsisatların daha konkret və zəruri tipi kimi tətbiqi siyasi tədqiqatlarla 
məşğul olan qeyri-kommersiya təşkilatlarının – “beyin mərkəzləri”ninXX əsrin 
əvvəllərində ABŞ-ın siyasi kursunun seçilməsində əhəmiyyətli rolu olmuşdur. İş-
güzar və siyasi elitanın nümayəndələri “beyin mərkəzləri”ni maliyyələşdirməyə 
və XX əsrin ilk onilliklərində sənayenin inkişafı ilə bağlı kəskinləşən problemlərin 
həllində onların xidmətlərindən yararlanmağa başlamışlar. Təxminən eyni dövrdə 
paralel  olaraq  xüsusi  biliklərin  köməyi  ilə  sosial  problemlərin  həll  edilməsinin 
mümkünlüyünə inamla ictimai elmlərin iqtisadiyyat, sosiologiya, politologiya kimi 
sahələrində intensiv tədqiqatlar aparılmağa başlandı. İlk onilliklərdə yeni təşkilat 
əsasən idarəetmə orqanlarının fəaliyyətinin daha da səmərəliləşdirilməsinə çalışır-
dı. Bu, əsasən onunla bağlı idi ki, dövlət nəzərəçarpacaq dərəcədə öz vəzifələrini 
genişləndirmişdi. Fond birjasının iflası və “Böyük depressiya”nın başlanması ilə 
ictimai elmlər sahəsində hökumətin sosial və iqtisadi problemlərini həll etməkdə 
kömək edə biləcək mütəxəssislərə tələbat nəzərəçarpacaq dərəcədə artmışdı”.
20
F.Ruzveltin ekspertlər qrupunun üzvləri ideyaların irəli sürülməsinin yenime-
todikasını tətbiq etmişdilər ki, bu da sonralar “beyin hücumu” (brain storms) adı 
ilə tarixə düşdü.
Digər tərəfdən, “beyin tresti”nin tarixi Amerikada “ictimaiyyətlə əlaqələr -PR” 
adlı yeni ənənənin də formalaşmasının əsasını qoymuşdur. Bir çox tədqiqatçılar Ruz-
veltiPR metodlarını geniş tətbiq edən ilk prezident adlandırırlar. “Beyin tresti”nin 
üzvləri onun ilk bəyanatını “Unudulmuş insana dövlətinmüraciəti” adlandırmışdılar.
 Tədqiqatçılar belə bir faktı da qeyd edirlər ki, sonrakı prezidentlərin “beyin 
20 Эндрю Рич, Кент Р. Уивер.Пропагандисты и аналитики: “мозговые центры” и политизация экспер-
Эндрю Рич, Кент Р. Уивер.Пропагандисты и аналитики: “мозговые центры” и политизация экспер-
Эндрю Рич, Кент Р. Уивер.Пропагандисты и аналитики: “мозговые центры” и политизация экспер-
и политизация экспер-
тов http://www.rc-analitik.ru/analitik/analiticheskie/centry /propagandisty_i_analitiki_mozg


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə