Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə7/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   2   3   4   5   6   7   8   9   10   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
21
sonra siyasi liderlər, dövlət bu prosesdə fəal iştirak etmiş vədəstəyini vermişdir.
İlk baxışda qeyd edilməyən bir amil də mövcuddur. Belə ki, BM-lərinyaranması 
və çiçəklənməsi həm də dövlətlərin öz tarixində həlledici, dönüş mərhələlərini ya-
şadıqları, nəhəng miqyaslı vəzifələri irəli sürdükləri zamanlara təsadüf edir. Bu 
proseslər həm də başqa sözlə deyilsə, dövlətin dəyişən dünyada geosiyasi marş-
rutlarının yeniləşməsi kursu ilə üst-üstə düşmüşdür. Təsadüfi deyil ki, ilk “beyin 
mərkəzləri”in  yaranması Amerika  dövlətinin  böhran  yaşadığı  bir  zamanda  baş 
vermişdir.
Qərb məkanında bir elm və bilik, “intellekt kultu”nun formalaşmasında BM-
lərin rolu az olmamışdır. Bu isə bu real hakimiyyətin alim, mühəndis, ekspert, ana-
litik və digər peşəkarların əlində olmasına dəlalət edən bir məqamdır. Bütövlükdə 
dövlətin  idarə  olunmasının  mürəkkəbliyi  bunu  zəruri  edir.  Belə  ki,  dövlət  idarə 
etmək istədiyi cəmiyyəti öyrənmək istəyir. Cəmiyyətin qərar qəbuletmə sisteminin 
aşağı səviyyələrindən ən yuxarı iyerarxiyasınadək olduqca nəhəng həcmdə informa-
siya, ideya, layihə və təşəbbüslərmövcuddur. Bir tərəfdə ölkə əhalisinin sayı qədər 
insan, digər tərəfdə isə dövlət başçısı durur. Ölkə haqqında adekvat təsəvvürə ma-
lik olmaq üçün mötəbər, düzgün və peşəkar formada hazırlanmış informasiyaya və 
onun əsasında optimal idarəetmə qərarlarının qəbul edilməsinə ciddi ehtiyac yaranır. 
Bu ehtiyac informasiyanın düzgün olmaması, daha betəri, təhrif edilməsi ehtimalı 
olduğuna görə çağırış kimi mövcud olur. Əgər “informasiya lifti” adlanan sistem 
mükəmməl təşkil edilməzsə, qəbul edilən qərarlara mənfi təsir edə bilər.
Tədqiqatçılar mürəkkəbliyi baxımından siyasi qərarların qəbul edilməsinin heç 
bir başqa elm sahəsi ilə müqayisə olunmadığını vurğulayırlar. Buna misal kimi 
qeyd  edilir  ki,  astronomiyada  bir-birini  qarşılıqlı  cəzb  edən  üç  cisim  məsələsi, 
yaxud peşəkar şahmatçının taxtadakı 64 dama üzərində 16 fiqurla gediş etməsi 
mürəkkəb məsələ hesab edilirsə, cəmiyyətdə vəziyyət daha mürəkkəbdir. Belə ki, 
siyasi lider milyonlarla insan birliklərinin reallığında, üstəlik də oyun qaydalarına 
riayət  etməyən  onlarla  başqa  aktorun  da  qarşı  durduğu  vəziyyətdə  qərar  qəbul 
edir. Dövlət idarəçiliyi və bürokratik aparat genişləndikcə bu aktuallıq xüsusilə 
artmışdır. 
Siyasi elitanın qarşıya qoyduğu yeni miqyaslı, kompleks vəzifələr irəli sürülən 
siyasi kursun keyfiyyətli və elmi ekspertizasını təqdim edə bilən, yeni ideyalar və 
problemlərin alternativ, effektli həlli yollarını təklif edən müstəqil analitik insti-
tutların olmasını tələb edir. Ekspert və analitiklərin dövlət və ya cəmiyyət, çox-
saylı aktorlar arasında münasibətlər üzrə mütəxəssislər kimi formalaşması ənənəsi 
buradan  başlanğıcını  götürür.  Məhz  dövlət  idarəçiliyini  əlavə  olaraq  intellektu-
al resurslarla təmin etmək axtarışları “beyin mərkəzləri”, “fikir fabrikləri” kimi 
qurumların,  peşəkarlar  cəmiyyətinin,  ekspert-analitik  mərkəzlərinin  artmasını 
şərtləndirmişdir. 


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
22
ABM-lər siyasətdə tətbiq etmək üçün obyektiv biliklərin əldə edilməsi, on-
ların təhlili və tədqiqi sahəsində fəaliyyət göstərən müstəqil institutlardır. Qərar 
qəbul edən şəxsləri gündəlik, cari fəaliyyət həddən çox məşğul etdiyi üçün on-
ların  problemlərə  bir  qədər  kənardan,  yaxud  daha  uzaq  perspektivlərdən  bax-
maq imkanları məhdud olur. ABM-lər akademik institutlar və qərar qəbul edən 
şəxslər  arasındakı  boşluğun  doldurulmasında  mühüm  rol  oynayırlar.  ABM-lər 
ictimaiyyətlədaha yaxşı qarşılıqlı əlaqə və dialoq qura, peşəkar ekspertləri daha 
mükəmməl cəmləyə və münaqişə vəziyyətlərində qeyri-rəsmi vasitəçilik edə bilən 
“ideyalar fabriki”dir.
Qeyd edildiyi kimi, Amerikada BM-lər ilk olaraq orta sinif təmsilçiləri -sahibkar-
lar tərəfindən təsis edilmişdir. Həm də ədəbiyyatda indiyədək vurğulanmayan məqam 
ondan ibarətdir ki, ilk olaraq yaradılan beyin mərkəzləri  qeyri-dövlət yönlü olmuşdur.
  Ölkə miqyaslı ilk “beyin mərkəzi”nin sələfi sayılan, 1907-ci ildə yaradılan Ras-
sel Seyc Fondu (Russell Sage Foundation) Marqaret Oliviya Seyc tərəfindən mərhum 
həyat  yoldaşının  xatirəsini  əbədiləşdirmək  məqsədilə  ictimai-siyasi  tədqiqatları 
maliyyələşdirmək üçün təsis edilmişdi. Təsisçinin fikrincə, burada aparılan tədqiqatlar 
industrial cəmiyyətin vacib problemlərinin həllinə kömək etməlidir. Maraqlıdır ki, ilk 
mərkəz yoxsulluq və qeyri-bərabərlik kimi problemlərin həlli məqsədilə yaradılmış-
dı. Rassel Seyc Fondu “yoxsulların vəziyyətinin yüngülləşdirilməsinə yönəlmiş milli 
hərəkatın işində mühüm rol oynadı. Əsas vəzifə sosial dəstəyi elmi şəkildə qurmaq-
dan, sosial problemləri araşdırmaqdan, bu və ya digər konkret tələbatın təmin edilməsi 
üçün qanunvericiliyin və özəl təşkilatların yaradılmasından ibarət idi. Bu məqsədlə 
də 1916-cı ildə Rassel Seyc Fondu kiçik Con Devid Rokfeller və həmin dövrün digər 
görkəmli sahibkarlarının dəstəyi ilə “Dövlət İdarəçiliyinin Tədqiqi İnstitutu”nu (“Ins-
titute for Government Research”, IGR) yaratdı. İlk dövrlərdə IGR federal büdcənin 
formalaşması prosesini daha səmərəli etmək istiqamətində fəaliyyət göstərirdi.
 Klassik ABM-lərin ilk nümunəsi olan Brukinqs İnstitutu 1916-cı ildə Sent-
Luisdən olan biznesmen və filantrop Robert Brukinqs tərəfindən yuxarıda qeyd 
edilən  Dövlət  İdarəçiliyinin  Tədqiqi  İnstitutunun  bazasında  yaradılmışdır.  Bu 
mərkəz“Brukinqs  İnstitutu”  (Brookings  Institution)  adını  1927-ci  ildə  almışdır.
Belə ki, 1927-ci ildə IGR digər iki fondla -İqtisadiyyat İnstitutu (Institute of Eco-
nomics) və Brukinqs Ali İqtisadi və Dövlət İdarəçiliyi Məktəbi (Brookings Gradu-
ate School of Economics and Government) ilə birləşdi. 
1910-cu ildə yaranan Beynəlxalq Sülh uğrunda Karneqi Fondu siyasi araşdır-
ma aparmaq məqsədi ilə yaranan ilk “beyin mərkəzi”   olmuşdur. Bu fond Pitsburq 
şəhərindən olan “polad sənayesi maqnatı”, iri sahibkar Endryu Karneqi tərəfindən 
təsis edilmişdir. E.Karneqi öz sərvətindən 4,5 milyard dollarlıq məbləği “Karneqi 
Fondu”nun fəaliyyətinə sərf etmişdir. Tarix göstərdi ki, bu, düzgün seçim olmuş-
dur. Bütün dünyada filialları olan Karneqi BM şəbəkəsi Amerikanın güclü olması 


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə