Fərhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 3,08 Kb.
Pdf görüntüsü
səhifə3/117
tarix27.10.2017
ölçüsü3,08 Kb.
#6971
1   2   3   4   5   6   7   8   9   ...   117

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
11
perspektivlərinə  nəzər  salmaqdır.  Bəhs  edilən  mövzunun  Azərbaycanda    ilk 
tədqiqat işi olması nəzərə alınaraq, kitabda  aşağıdakı bir sıra məsələlərə toxunul-
ması vacib hesab edilmişdir:
 ABM-lərin yaranması və təkamülü təcrübəsinin araşdırılması; onların siyasi 
statuslarının  müqayisə  edilməsi;  inkişafını  və  siyasətin  subyektinə  çevrilməsini 
şərtləndirən  amillərin  müəyyən  edilməsi; ABM-lərin  əsas  tipləri,  təsnifatı,  mü-
asir  siyasi  proseslərdə  iştirak  formaları  və  funksiyaları  haqqında  təsəvvür  əldə 
edilməsi; siyasi proseslərə təsiri problemlərinin və metodikalarının öyrənilməsi, 
həmçinin yerli mərkəzlərin tipoloji təsnifatı, fəaliyyətlərinin prioritetləri, vəziyyəti 
və istiqamətləri, maliyyə, kadr, təşkilati və intellektual resursları, onların reytinq 
və qiymətləndirilməsi metodikası.
Elmi  və  ekspert  biliklərinin  analitik  mərkəzlər  formasında  institutsional-
laşmasını  müəyyən  edən  əsas  amillərə  və  siyasətin  subyekti  kimi  onların  rolu-
nun  yüksəlməsinə  diqqət  ayrılmışdır.  Burada  həmçinin  analitik  mərkəzlərin 
siyasi  proseslərə  təsirinin  qiymətləndirilməsi  metodikasına  və  ölkədə  “beyin 
mərkəzləri”nin elmi, ictimai-siyasi statusunun yüksəldilməsinə dair tövsiyələr də 
təqdim edilmişdir.    
Tədqiqatda  milli  məkanda  “beyin  mərkəzləri”nin  sistemli  mənzərəsinin  ya-
radılması üçün dünyada mövcud olan təsnifat meyarları və prinsipləri əsas kimi 
götürülmüşdür.  Eyni  zamanda,  mövcud  meyarlar  sahəsində  vəziyyət  hələlik 
mübahisəli olduğu üçün, burada onun tənqidi aspektlərinə xüsusilə geniş yer veril-
mişdir. Bu tənqidlər mərkəzlərin tipologiyasının fərqli əsaslarını sintez etməyə və 
bütün dünya üzrə müxtəlif siyasi sistemlərə aid olan analitik mərkəzləri, onların 
siyasi qərarların qəbul edilməsi prosesinə təsirini müəyyən edən meyarlara dair 
hələlik elmdə yekdil qənaətin olmadığını göstərir.
    Layihənin  həyata  keçirilməsi  üçün  ölkədə  olan  ABM-lər  haqqında  il-
kin  ümumi  məlumat  bazası  yaradılmış  və  onların  fəaliyyəti  təhlil  edilmişdir. 
Milli  məkanda  mövcud  olan  ABM-lərin  mövcud  durumu,  fəaliyyətinin  əsas 
xüsusiyyətləri,  istiqamətləri,  beynəlxalq  qurumlarla  əməkdaşlığı, Azərbaycanda 
ABM-lərin maliyyə, kadr potensialı, təşkilati və intellektual resurslarının nəzərdən 
keçirilməsi, ölkədə “beyin mərkəzləri”nin qarşılıqlı əməkdaşlıq və tərəfdaşlığının 
səmərəli mexanizminin formalaşdırılması və s. istiqamətlərdə araşdırma aparıl-
mışdır.
Ölkədə  ABM-lərin  mövcud  vəziyyətinin  öyrənilməsi  və  təhlili  bu  qənaətə 
gəlməyə əsas verir ki, bu mövzuda tədqiqatların aparılmasına böyük ehtiyac möv-
cuddur. Gənc nəslin öz intellektual potensialını reallaşdırmaq istiqamətləri, onun 
metodları və üsulları barədə təsəvvürlərinin geniş olması zərurəti də buraya da-
xildir. Kitabda bu sahədə dünya təcrübəsinin əksini tapması, onun  bütövlükdə 


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
12
Azərbayan  reallığı  ilə  müqayisə  etmək  imkanının  yaradılması  da  öz  müsbət 
əhəmiyyətini göstərəcəkdir. 
Tədqiqatda  indiyədək  yalnız  Azərbaycanda  deyil,    bir  çox  məsələlər  üzrə 
isə  bütövlükdə  dünyada  təhlil  edilməyən  müvafiq  mövzuların:  XXI  əsrdə 
ABM-nin  yeni  inkişaf  meyllərinin-transmilliləşməsinin, ABM-nin  fəaliyyətinin 
dəyərləndirilməsində müxtəlif  metodoloji yanaşmaların, dinamikasının ilk dəfə  
qələmə alınması bu sahənin inkişafı üçün tövsiyələrin verilməsi xüsusi vurğulan-
malıdır.
Müəlliflərin qənaətinə görə Azərbaycanda bu institutun inkişafını və qarşılıq-
lı əməkdaşlığının səmərəli modelinin formalaşdırılmasını bir çox məsələlər ak-
tual edir. Burada ölkədaxili və ölkəxarici siyasətdə baş verən aktual məsələlərin 
peşəkar  dəyərləndirilməsi  ənənəsini  yaratmaq,  rəqabətədavamlı  mövqe  tutmaq, 
analitikanın keyfiyyətini yüksəltmək ilk sırada durur.
SAM-da aparılan tədqiqatın nəticələrini əks etdirən kitabın milli məkanda be-
yin mərkəzlərinin işinin təkmilləşməsi, gənc nəslin öz intellektual potensialının 
reallaşdırması  üçün  düzgün  istiqamət  seçməsi,  Azərbaycanda  biliyə  əsaslanan 
cəmiyyətin qurulması və   inkişafı kimi məsələlərin həllində faydalı mənbə rolunu 
oynayacağını söyləmək olar.
Ümidvarıq  ki,  “Azərbaycanda  Araşdırma  və  Beyin  Mərkəzləri  (yaranması, 
inkişafı və perspektivləri)” adlı tədqiqatın işıq üzü görməsi qeyd edilən sahədə 
mövcud reallığın göz önündə canlanmasına, milli analitik-ekspert cəmiyyətinin 
dialoquna  imkan  yaratmaqla  yanaşı,  dünya  “beyin  mərkəzləri”  məkanına  ortaq 
səylərlə inteqrasiya etməsinə öz töhfəsini verəcəkdir.  


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
13
I
FƏSİL
Araşdırma və Beyin Mərkəzi 
institutu-yaranması və inkişafının 
tədqiqi məsələləri


AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
14
1.1. Azərbaycanda Araşdırma və Beyin Mərkəzləri 
mövzusunun tədqiqi nə vəziyyətdədir
Azərbaycanda ABM-nin siyasətin subyekti kimi öyrənilməsini bir çox amillər 
aktual edir. 
İnkişaf  edən  ölkələrdə  “beyin  mərkəzləri”  siyasi  islahatların  və  transfor-
masiyaların  katalizatoru,  ictimai  siyasətin,  vətəndaş  cəmiyyəti  institutlarının 
güclənməsinin təşəbbüskarı kimi də çıxış edir.
Müasir  cəmiyyətdə  baş  verən  faziləsiz  dəyişikliklər  səbəbindən  qərar  qəbul 
etmə proseslərinin hədsiz dərəcədə mürəkkəbləşməsi analitik mərkəzlərin rolu-
nun labüd şəkildə artmasına gətirib çıxarmışdır. Bu, siyasi sistemdə ABM-lərin 
qəbul edilən qərarların keyfiyyətini ekspertiza etməsi kimi vacib funksiyanı yerinə 
yetirməsi ilə əlaqədardır.
İnkişaf etmiş dövlətlərdə analitik mərkəzlər vətəndaşların maarifləndirilməsi 
və  təlimləndirilməsi,  fərqli  sosial  qrupların  və  əhali  təbəqələrinin  maraqlarının 
cəlb  edilməsi  missiyasını  öz  üzərinə  götürür,  yəni  onlar  bütövlükdə  cəmiyyətə 
xidmət edirlər. Beləliklə, analitik mərkəzlər aktual problemlərin həll edilməsinə, 
ictimai və dövlət maraqlarının müdafiəsinə və irəli aparılmasına, bununla da do-
layısı ilə demokratiyanın inkişafına və möhkəmləndirilməsinə kömək edə bilir.
Fərqli siyasi mühitlər obyektv olaraq analitik mərkəzlərin fəaliyyətinin müxtəlif 
modellərini  formalaşdırır.  Bu  baxımdan  analitik  mərkəzlərin  və  siyasi  elitanın 
qarşılıqlı münasibətlərinin, bu sahədə dünya təcrübəsinin xüsusiyyətlərinin, dina-
mikası və perspektivlərinin müqayisəli təhlili nəticəsində mütərəqqi təcrübədən 
bəhrələnmə ilk növbədə bu fenomenin elmi tədqiqini tələb edir.
Bu  problem  həm  nəzəri,  həm  də  praktiki  nöqteyi-nəzərdən,  mərkəzlərin 
fəaliyyətinin  dəyərləndirilməsi  metodikasının  işlənməsi  və  bu  nüfuzun  təsir 
dərəcəsinin müəyyən edilməsi üsullarının hazırlanması baxımından da aktuallıq 
kəsb edir.
Elmi  və  ekspert  biliklərinin  institutsionallaşması  və  dövlət  əhəmiyyətli 
məsələlərdə  tətbiqi,  inkişafı  və  onların  siyasi  nüfuzunun  formalaşması 
məsələlərinin öyrənilməsi də əsas məsələlər sırasına daxildir.
ABM-ri nisbətən yeni fenomen olsa da onlarınfəaliyyəti iləbağlı xarici dildə 
müəyyən ədəbiyyat mövcuddur. Bu ədəbiyyat əsasən ABM-lərin tarixi, fəaliyyəti, 
təcrübəsi  ilə  bağlıdır.  Xüsusi  olaraq  vurğulamaq  lazımdır  ki,  dünyada  konkret 
dövlətlərin ABM-nin  tədqiqinə  həsr  olunmuş  ayrıca  əsərlər  və  kitablar  olduq-
ca  azdır.  Mövcud  ədəbiyyat  ayrı-ayrı  müəlliflərin  məqalələri  və  ya  kollektiv 
müəlliflərin  baxışlarını  əks  etdirən  məcmuələr  formasındadır.  Buna  görədir  ki, 
bir  çox  məsələlərin  tədqiqi,  hətta ABM  institutunun  tərifi  və  mənası,  siyasətin 
intellektual  təminatının  digər  subyektlərindən  fərqli  xüsusiyyətləri,  ən  vacibi 


Yüklə 3,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə