AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
25
da,“beyin mərkəzləri”nin yaranması onların fəaliyyətində prioritet hesab edilmir.
Franklin Ruzvelt və onun “beyin tresti”
ABŞ tarixində özünəməxsus yeri olan “Yeni kurs” dövrü intellektual elita-
nın dövlət idarəçiliyinə və antiböhran fəaliyyətinə cəlb edilməsi baxımından da
nadir hadisə və başlanğıc olmuşdur. Franklin Delano Puzveltin dörd nəfərdən
ibarət ilk ekspertlər komandası məhz “beyin tresti” (Brain Trust) adlanır və bu
qrup Amerikada dövlət yönlü BM-lərinin yaranması və inkişafı və ənənəsinin
möhkəmlənməsində əvəzsiz rol oynamışdır.
Franklin Ruzvelt “Yeni kurs” çərçivəsində özünün şəxsi “beyin trestləri”ni
yaratdı və bununla da prezidentin məsləhətçilər dairəsinə ictimai-siyasi elm
sahəsindən, akademik mühitdən olan mütəxəssislər daxil oldular. Federal hökumət
ölkənin daxili həyatında və II Dünya müharibəsi başlandıqdan sonra beynəlxalq
fəaliyyətdə daha fəal rol oynadığından “beyin mərkəzləri” tərəfindən aparılan
tətbiqi siyasi araşdırmalara və analitik tədqiqatlara tələbat artdı. Bu dövrdə Con
Meynard Keynsin iqtisadi nəzəriyyəsi daha geniş yayılmağa və hökumətin yeni
proqramında tətbiq edilməyə başlandı. Nəticədə bu proqramları hazırlaya bilən
nüfuzlu ekspertlərə tələbat artdı.
“F.Ruzvelt səmərəli və operativ, çevik ekspertlər komandasını yaradanda
problemlərin həllinə yönəlmiş yanaşmanı əsas hesab etmişdir. Belə ki, “beyin tres-
ti” yarananda onun ilk məqsədi Nyu-York qubernatorunun seçki kampaniyası, yəni
bu konkret problemin həlli olmuşdur. F.Ruzvelt bütün novasiyaları dəstəkləmək
və mükafatlandırmaq səyini ortaya qoyaraq, islahatların daha mükəmməl getməsi
üçün ideyaların ideal dialoqunu mümkün etmişdir. Hətta yeni ideyalar təklif edən
ekspertləri opponenlərin kəskin müqavimət və hücumlarından qorumaq üçün “be-
yin tresti”nin əsas fiqurlarından olan hüquqşünas, professor R.Taqveli həm ölkə
xaricinə və həm də ölkə daxilinə tez-tez müxtəlif missiyalarla səfərlərə göndərirdi”
19
Beləliklə, əvvəlki dövrdə yaranan ABM-lərin fəaliyyət tarixində Ruzvelt
dövründən, yəni 1932-ci ildən etibarən yeni bir təcrübə - Amerika prezidentlərinin
siyasi məsləhətçilərinin tövsiyələrindən istifadə etmək ənənəsi başlanğıcını götür-
dü. Ruzvelt və onun ekspertləri dövlət yönlü “araşdırma və beyin mərkəzi” əsrinin
təməlini qoydular. Prezident seçiləndən sonra Ruzvelt ekspertlərini yaratdığı yeni
administrasiyada müvafiq postlara (dövlət katibi, qubernator, səfir) təyin etmişdir.
Maraqlı cəhət odur ki, ekspertlər həm alim, həm inzibatçı, həm də siyasətçi kar-
yerasını uğurla icra edə bilmişlər. Yeni institut kimi, təbii olaraq, bu trest dəfələrlə
siyasi-bürokratik aparatın “qəzəbinə” tuş gəlmişdir.
Trestin fəaliyyətinin nəticələri göstərir ki, onların iş tərzində qeyri-adi heç nə
19 Rosen E. A. Hoover Roosevelt and the Brains Trust: From Depression to New Deal. N. Y., 1977, p. 141.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
26
olmamış, iş rejimi tsiklik prinsiplər və mərhələli islahatların aşağıdakı xətti ilə
qurulmuşdur:
1. Siyasi diaqnozun qoyulmasi (“beyin tresti” üzvlərinin səlahiyyətində olan
sahələrdə həlli vacib olan problemin aşkarlanması);
2. Planlaşdırılması (həlli vacib prioritet tədbirlərin iyerarxiyasının müəyyən
edilməsi);
3. Planlaşdırılmış aksiyalarda birgə iştirak edilməsi (konkret siyasi platformanın
ictimai rəyə tanıtmaq və təsir etmək məqsədi ilə təbliği, ictimai rəyin idarə
olunması);
4. Həyata keçirilmiş işlərin təhlili və dəyərləndirilməsi, dərslərin aşkarlanması
əsasında tövsiyələrin hazırlanması.
Bu baxımdan ekspertlərin fəaliyyətində özünü parlaq göstərən kommuni-
kativ funksiya aparıcı yer tuturdu. Cəmiyyətdə daxili siyasətə dair müxtəlif
müzakirələrdə ictimai rəy stimullaşdırılırdı. Beləliklə, ekspertlər eyni zamandahəm
siyasi debatların katalizatoru, həm də siyasi elitanın rəqabətdə olan fraksiyaları
arasında vasitəçi rolunu oynayırdılar.
“Siyasi təsisatların daha konkret və zəruri tipi kimi tətbiqi siyasi tədqiqatlarla
məşğul olan qeyri-kommersiya təşkilatlarının – “beyin mərkəzləri”ninXX əsrin
əvvəllərində ABŞ-ın siyasi kursunun seçilməsində əhəmiyyətli rolu olmuşdur. İş-
güzar və siyasi elitanın nümayəndələri “beyin mərkəzləri”ni maliyyələşdirməyə
və XX əsrin ilk onilliklərində sənayenin inkişafı ilə bağlı kəskinləşən problemlərin
həllində onların xidmətlərindən yararlanmağa başlamışlar. Təxminən eyni dövrdə
paralel olaraq xüsusi biliklərin köməyi ilə sosial problemlərin həll edilməsinin
mümkünlüyünə inamla ictimai elmlərin iqtisadiyyat, sosiologiya, politologiya kimi
sahələrində intensiv tədqiqatlar aparılmağa başlandı. İlk onilliklərdə yeni təşkilat
əsasən idarəetmə orqanlarının fəaliyyətinin daha da səmərəliləşdirilməsinə çalışır-
dı. Bu, əsasən onunla bağlı idi ki, dövlət nəzərəçarpacaq dərəcədə öz vəzifələrini
genişləndirmişdi. Fond birjasının iflası və “Böyük depressiya”nın başlanması ilə
ictimai elmlər sahəsində hökumətin sosial və iqtisadi problemlərini həll etməkdə
kömək edə biləcək mütəxəssislərə tələbat nəzərəçarpacaq dərəcədə artmışdı”.
20
F.Ruzveltin ekspertlər qrupunun üzvləri ideyaların irəli sürülməsinin yenime-
todikasını tətbiq etmişdilər ki, bu da sonralar “beyin hücumu” (brain storms) adı
ilə tarixə düşdü.
Digər tərəfdən, “beyin tresti”nin tarixi Amerikada “ictimaiyyətlə əlaqələr -PR”
adlı yeni ənənənin də formalaşmasının əsasını qoymuşdur. Bir çox tədqiqatçılar Ruz-
veltiPR metodlarını geniş tətbiq edən ilk prezident adlandırırlar. “Beyin tresti”nin
üzvləri onun ilk bəyanatını “Unudulmuş insana dövlətinmüraciəti” adlandırmışdılar.
Tədqiqatçılar belə bir faktı da qeyd edirlər ki, sonrakı prezidentlərin “beyin
20 Эндрю Рич, Кент Р. Уивер.Пропагандисты и аналитики: “мозговые центры” и политизация экспер-
Эндрю Рич, Кент Р. Уивер.Пропагандисты и аналитики: “мозговые центры” и политизация экспер-
Эндрю Рич, Кент Р. Уивер.Пропагандисты и аналитики: “мозговые центры” и политизация экспер-
и политизация экспер-
тов http://www.rc-analitik.ru/analitik/analiticheskie/centry /propagandisty_i_analitiki_mozg
Dostları ilə paylaş: |