Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə15/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   11   12   13   14   15   16   17   18   ...   96

__________Milli Kitabxana__________
45
kimi  təqdim  eləyirdi.  Ömər  Seyfəddin  yazırdı:  “Azərbaycanlı
qardaşlar  sənəti,  ədəbiyyatı  bizdən  çox  sevirlər:  ədiblərə,
sənətkarlara da bizdən daha çox hörmət eləyirlər. Bunun səbəbi
isə bəllidir. Orada ədib, yaxud şair özünü millətindən ayrı say-
maz. Millətinin dilini bizimkilər kimi xor, həqir görərək, elmi,
əldə olunmuş süni bir kitab dili tərənnüm etməz. Buradakı gənc
nümayəndələri  belə  bir  ədib,  bir  hekayənəvisdir.  Azərbaycan-
lılar kiçik bir istiqlal ili içində bizim əsrlərdən bəri eləyə bilmə-
diyimiz  şeyləri  eləmişlər.  Məmləkətin  hər  tərəfini  məktəblə
doldurdular.  Türk  dilini  rəsmi  dil  kimi  qəbul  etdilər.  Teatr
məktəbi açdılar” (101, s.14).
Əsrin  əvvəllərində  Türkiyənin  ictimai-siyasi  və  mədəni
həyatındakı  mütərəqqi  hərəkatın  Azərbaycan  ziyalılarına  çox
böyük təsiri olmuşdur. Eyni zamanda 1918-ci ildə Bakıya  yal-
nız türk qoşunları deyil, həm də türk şairləri gəlmişdilər. Məsə-
lən, “Azərbaycan” qəzetində oktyabr ayının 24-də Əhməd Ca-
vad  türkiyəli şair  və  mühərrir  Rövşən  Əşrəfbəyin  Bakıya  gəl-
məsini  xəbər  verirdi.  Demokratik  Respublikanın  yaranmasın-
dan az sonra Bakıya gələn İbrahim Şakir, Arif Üryan və başqa
türk  şairləri  də  Azərbaycan  xalqının  milli  vətənpərvərlik  duy-
ğuları  və  azadlıq  uğrunda  mübarizələrini  ilhamla  tərənnüm
edirdilər (101, s.14-15).
1920-ci  il  iyulun  19-da  Türkiyə  Böyük  Millət  Məclisi  hö-
kumətinin nümayəndə heyəti xarici işlər komissarı Bəkir Sami
bəy  başda  olmaqla  Moskvaya  səfər  etdi.  Səfərdə  əsas  məqsəd
iki ölkə arasında dostluq müqaviləsi imzalamaq üçün danışıqlar
aparmaq  idi.  1920-ci  ilin  iyul-avqustunda  keçirilən  danışıqlar
nəticəsində  avqustun  24-də  sovet-türk  müqaviləsinin  layihəsi
razılaşdırıldı.  Rusiya – Türkiyə  danışıqları  qarşılıqlı  razılığa
əsasən  Bakıda  keçirilməli  idi.  G.Çiçerin  Türkiyə  hökumətinə
1920-ci  il  9  dekabrda  nota  verərək  konfransda  Azərbaycan  və
Ermənistan nümayəndələrinin də iştirak etməli olacaqlarını bil-
dirdi.  Bunu  dörd  dövlətin  konfransı  adlandırdı.  1920-ci  il  de-
kabrın  19-da  isə  G.Çiçerin  TBMM  Xalq  xarici  işlər  komissarı


__________Milli Kitabxana__________
46
vəzifəsini  icra  edən  Əhməd  Muxtara  nota  göndərərək  xarici
siyasət  rəhbərlərinin  işdən  ayrılmasının  qətiyyən  yolverilməz
olduğunu  deyərək  danışıqların  Bakıda  deyil,  Moskvada
keçirilməsini  təklif  edərək  türk  nümayəndə  heyəti  üçün  Ermə-
nistan  və  Novorossiysk  üzərindən  daimi  əlaqə  yaradılacağını
bildirdi. Rusiya diplomatiyası konfransa Azərbaycan və Ermə-
nistanı  qatmaqla  həm  onların  xarici  siyasətini  öz  əlində  cəm-
ləşdirmək  və  Türkiyəyə  qarşı  qoymaq,  həm  də  gələcəkdə
Güney  Qafqazdakı  niyyətlərini  həyata  keçirtmək  üçün  zəmin
yaratmağa çalışırdı.
Konfransda azərbaycanlı və erməni nümayəndələrinin iş-
tirak etməsinə Türkiyə və Azərbaycan diplomatiyası necə (5, s.
136)  münasibət  göstərdi?  1921-ci  il  fevralın  26-da  B.Şahtax-
tinski  Moskvadan  M.Hüseynova  yazırdı:  “Türklərlə  Azərbay-
can  arasında  müqavilə  Bakıda  məxsusi  bağlanacaqdır.  Türklər
konfransda  Azərbaycan  və  Ermənistan  nümayəndələrinin  işti-
rak  etməsini  istəmirlər.  Bildirirlər  ki,  onlarla  Azərbaycan  ara-
sında qətiyyən heç bir mübahisəli məsələ yoxdur. Azərbaycan-
la müqavilə xüsusi bağlanacaqdır. Ermənistan nümayəndəsinin
iştirakına qarşı ona görə çıxırlar ki, onlar Aleksandropol müqa-
viləsini  qüvvədə  hesab  edirlər  və  ondan  imtina  etmək  istəmir-
lər.  Rusiya  isə  bizimlə  ayrıca  müqavilə  bağlanmasının əleyhi-
nədir. O, əvvəlcə Azərbaycanın, sonra isə Ermənistanın nüma-
yəndələrini  konfransa  salmaq  istəyir.  Mən şəxsən  konfransda
Azərbaycanın iştirakının əleyhinəyəm. Çünki mən orada heç nə
haqqında  qətiyyətli  danışa  bilmərəm.  Xırda  şeylərdə  türklərin
əleyhinə  getmək  bizə  sərf  etmir.  Məhz  mən  onların  üzərində
təsirə  malikəm.  Məni  Anadoluda  çoxlu  kombinasiyalar  gözlə-
yirəm və  Azərbaycana  heç  bir  aidiyyatı  olmayan  məsələlər
barədə  türklərə  qarşı  konfransda  çıxış  etsəm,  bütün  bunların
hamısını  itirə  bilərəm.  Rusiya  türklərlə  danışıqları  dostluq  və
qardaşlıq haqqında aparır, ittifaq haqqında aparmır”.
Rusiya ilə danışıqlar aparmaq üçün 1921-ci ilin fevralın-
da  Moskvaya  gedərkən  türklər  Azərbaycan,  Gürcüstan,  sonra


__________Milli Kitabxana__________
47
isə  Ermənistanla  müqavilə  bağlamaq  istəklərinə  çata  bilmədi-
lər. Türklər hətta Azərbaycanla 7 maddədən ibarət saziş layihə-
sini  də hazırlamışdılar. Layihəyə  görə Şərqi azad etməkdə  on-
lar birləşməli və qüvvələrini imperializmə qarşı yönəltməli idi-
lər;  Türkiyə  Antanta  ilə  müqavilə  bağlayardısa, Azərbaycana
üsyançı  dəstələri  göndərməli  idi.  Emissarların  maliyyələşdiril-
məsini Azərbaycan öz üzərinə götürməli idi; Azərbaycan Şərq-
də  milli-azadlıq  hərəkatını  müdafiə  edirdi;  lakin  əgər  əhali
istəyərdisə, yalnız o vaxt sovet quruluşu yaradıla bilərdi; Türki-
yənin razılığı olmadan  Azərbaycan Antanta ilə  sazişə girə  bil-
məzdi;  Antanta  tərəfindən  hücum  olardısa  Türkiyə  Azərbay-
cana yardım göstərməli idi; Türkiyə (5, s. 137) Şərqdə inqilabi
hərəkat  apardığı  müddətdə  Azərbaycan  onu  neft  və  neft
məhsulları  ilə  təchiz  etməli  idi.  Lakin  Bakıdakı  söhbətlər
nəticəsiz qaldı.
Ankara  hökuməti  nümayəndə  heyətinin  tərkibinə  TBMM
Ali  Xalq təsərrüfatı komissarı, deputat Yusif Kamal bəy, dok-
tor Rza Nur bəy və TBMM təhsil komissarı Əli Fuad Paşa da-
xil idilər. Fevralın 26-da başlayan danışıqlar nəticəsində “Dost-
luq və qardaşlıq haqqında” RSFSR – Türkiyə müqaviləsi 1921-
ci il martın 16-da 16 maddədən və 2 əlavədən ibarət imzalandı.
Onu  Rusiya  tərəfindən  G.Çiçerin  və  Camal  Qorxmazov  imza-
ladılar.  RSFSR  Mərkəzi İcraiyyə  Komitəsi  1921-ci  il  iyulun
20-də,  TBMM  isə  həmin  ilin  iyulun  31-də  müqaviləni  təsdiq
etdi və retifikasiya sənədləri sentyabrın 22-də Karsda mübadilə
edildi. Müqavilənin imzalanmasının böyük əhəmiyyəti var  idi.
Hər şeydən əvvəl, müqavilə iki ölkə arasında anlaşılmazlıqları
aradan  qaldırdı.  İkincisi,  müqavilə  bolşevik  Rusiyasını  və
Türkiyə  düşmənləri  olan  Antanta  ölkələrinə  qarşı  sıx  ittifaqda
birləşdirdi.  Türkiyə  işğal  rejimini  ləğv  etməkdə,  Rusiya  isə
yeni-bolşevik  rejimini  tanimamaq  siyasətinə  son  qoymaqda
müttəfiqə çevrildilər. Üçüncüsü,  müqavilə  qismən  də  olsa
Azərbaycanın ərazi  bütövlüyünü  qorudu  və  Naxçıvanın ərazi
mənsubiyyəti məsələsinə aydınlıq gətirdi.


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə