__________Milli Kitabxana__________
243
Ankarada möhtərəm Heydər Əliyevin də bu məqsədlə gəlib
qatıldığı şair Füzulinin anadan olmasının 500 yubiley
tədbirləri, 1994-cü ildə Qazaxıstanda Türk Dünyası Əl
Sənətləri Sərgisi, 1994, 1995 və 1996-cı illərdə Şimali Kipr
Türk Cümhuriyyətində TÜRKSOY Opera Günləri, 1993 və
1994-cü illərdə Türkmənistanda Aşıq Aydın Pir Festivalı və
Türkiyədə 1995 və 1996-cı illərdə TÜRKSOY Novruz Şöləni
fəaliyyətləri təşkil edilmişdir (142, s. 16-17).
TÜRKSOY: Türk mədəniyyətinin ortaq dəyərlərini, insan-
larını, ədəbi və fikri əsərlərini tanıtmaq məqsədilə də işlər gör-
məkdədir. Qırğızların milli qəhrəmanı MANAS-ın 1000 illik
yubileyi tədbirləri vəsiləsilə “Manas dastanı” və məşhur qazax
şairi ABAYın 150 illik yubiley tədbirləri üçün də “ABAY” adlı
əsərləri yayınlanmışdır. 1995-ci il ərzində: “Altaylardan Tuna
Boyuna Türk Dünyasının Ortaq Motivləri”, “Türkmən şeiri
antologiyası”, “Başqırd xalq dastanı URAL BATIR” və “Tük-
cə-Başqırdca danışıq kitabçası” adlı əsərlər yayınlanmışdır.
Bundan başqa, iyun 1996-cı ilin sonuna qədər “Türk Cüm-
huriyyətləri memarlıq abidələri” və tatarların “İdige Dastanı”
yayınlanmışdır. 1999-cu ilin sonunda Dədə Qorqud və Böyük
Bulgar (Tatar) tarixi adlı əsərlər yayınlanacaqdır. Kitablarımız
ümumiyyətlə, iki ləhcədə yayınlanmaqdadır. Türkiyə Cümhu-
riyyəti Kültür Bakanlığı (HAGEM) ilə birlikdə fəaliyyəti daha
aktiv hala gətirmək üçün “Ana yurddan Ata yurda Türk Dün-
yası” adlı bir dərgi yayınlanmaqdadır. Bundan əlavə Türksoy
təşkilatı Hayrettin İvginin redaktorluğunda “Türksoy” dərgi-
sinin 4 sayını çıxarmışdır.
Türksoy, 1993-cü il tarixində qurulmasına baxmayaraq bu
fəaliyyətlərini çox az bir büdcə ilə bacarmışdır. Bu nailiyyətdə
qurucu cümhuriyyətlərin dövlət başçıları Süleyman Dəmirəlin,
Heydər Əliyevin, Nursultan Nazarbayevin, İslam Kərimovun,
Əsgər Akayevin, Səfərmurad Türkmənbaşının və quruluşundan
bu günə qədər Türksoyun başqanı Polad Bülbüloğlunun və
Türksoy işçilərinin səyləri böyük olmuşdur.
__________Milli Kitabxana__________
244
7-8 may 1999-cu ildə Ankarada “Divan-i Lüğət-it Türk”ün
yazılışının 925 illiyinə həsr olunmuş fəaliyyətlər və Bursada 5-
23 iyunda TÜRKSOY üzvü ölkələrin rəssamlarının buluşması
– yığıncağı düzənlənmişdir. 25-27 may 1999-cu il tarixləri ara-
sında Bişkekdə türk dilində danışan ölkələrin mədəniyyət na-
zirlərinin toplantısı və Çingiz Aytmatovun 70 illik yubileyinin
toplantısı keçirilmişdir.
7 iyun 1999-cu uldə Dədə Qorqudun 1300 illiyi Parisdə
qeyd edilmişdir. 4-8 sentyabr 2000-ci ildə Türkiyə Cümhuriy-
yəti Türkiyə Şairlər Buluşması gerçəkləşdirilmişdir. 25-27 iyun
1999-cu il tarixində Türkiyə Cümhuriyyəti-də Türk Dilində
Danışan Ölkələrin VI Opera Günləri keçirilmişdir. Tuğanlıq
festivalı, Teatr festivalı, Şairlər Buluşması, Anma və Kutlama
Günləri təşkil edilmişdir (142, s.17-18).
Türk Cümhuriyyətləri ilə Türkiyə Cümhuriyyəti arasındakı
elmi-mədəni əlaqələrdən bəhs edərkən vurğulamaq lazımdır ki,
tarixdə ilk dəfə 1552-ci ildən sonra Türkiyə (Anadolu türk
xalqı) ilə Orta Asiya türkü arasında əlaqə körpüsü 1991-ci ildə
qurulmuş, iqtisadi və siyasi anlamda əməkdaşlıq imkanları
bundan sonra qarşılıqlı olaraq yaranmışdır. Gerçək olan budur
ki, dilin mənşəyinin bir olması xalqların bir araya gətirilmə-
sində diqqətdən kənarda qala bilməz. Türkiyənin bu beş türk
cümhuriyyəti, xüsusilə isə Azərbaycan ilə dərin və köklü bir
mədəniyyət bağları vardır (142, s.103).
Türk Dünyası dediyimiz, Türkiyə Cümhuriyyəti, Azərbay-
can Respublikası, Qırğızıstan Respublikası, Özbəkistan Res-
publikası, Türkmənistan Respublikası, Qazaxistan Respublika-
sı Mədəniyyət Nazirləri İstanbul, Bakı, Almatı, Marmaris, Biş-
kek, Aşqabad, Ankara toplantıları ilə bir araya gələrək suve-
renlik, ərazi bütövlüyü, qarşılıqlı bərabərlik prinsiplərini rəhbər
tutaraq, 12 iyul 1993-cü ildə Qazaxıstanın paytaxtında bir
mədəniyyət müqaviləsi imzalamışlar. Bu anlaşma ilə də Türk
Kültür və Sənətləri Ortaq Yönetimini (TÜRKSOY) qurmuşlar.
Bu təşkilata Şimali Kipr Türk Cümhuriyyəti, Başqırdıstan
__________Milli Kitabxana__________
245
Respublikası və Tatarıstan Respublikası Mədəniyyət Nazirləri
də qatılmışdır (136, s.7-8).
Bu çalışmaların və mədəni birliyin nəticəsində TÜRKSOY-
un rəsmi dili türkcə, yönətim mərkəzi də Ankara olaraq qəbul
edilmişdir. Büdcəsi isə üzv ölkələrin qatqı payları ilə yaratdıq-
ları bir fondda toplanmışdır. Yayın, tanıtma, anma, festival
kimi fəaliyyətləri və bütün xərcləri bu fonddan ödənməkdədir.
TÜRKSOY-un quruluş məqsədi isə: Türkdilli ölkələr və
topluluqlar arasında mədəni əlaqələri artırmaq, türk mədəniy-
yətini araşdırmaq, inkişaf etdirmək, qorumaq, bütün dünyaya
tanıtmaq və dünya mədəniyyəti ilə qaynaşdırmaqdır. Bundan
başqa geniş bir coğrafi bölgədə yaşayan türk dövlət və toplu-
luqları üçün dil və əlifba birliyini təmin etmək, arxiv qurmaq
və gələcək nəsillərə ötürməkdən ibarət olaraq müəyyənləşdiril-
mişdir (136, s.7-8).
TÜRKSOY-un başında TÜRKSOY-a üzv ölkələrin Mədə-
niyyət Nazirlərinin meydana gətirdiyi bir “Daimi Şura”, bir
“Dönəm Kordinatoru” və bir də “Daimi Şura” tərəfindən se-
çimlə təyin edilən, bütün işləri, çalışmaları və fəaliyyətləri ida-
rə edən Ümumi Müdir olmaqdadır. Bu sahədə xüsusi xidmət-
ləri olan Polad Bülbüloğlu bu haqda deyir ki, məhz ilk dəfə
1994-cü ildə TÜRKSOY Ümumi Müdirliyinə hörmətli mədə-
niyyət nazirlərinin səsverməsilə seçildim və çalışmalara başla-
dım. Bugündən sonra da Türk respublikaları və topluluqları
arasındakı əlaqələr sürətli bir inkişaf və yüksəlmə göstərdi:
Oktyabr 1995-ci ildə bütün üzv ölkələrin folklor dəstələrini
Ankaraya və Çoruma gətirdik, anlamlı və uğurlu I TÜRKSOY
Folklor Festivalını keçirdik, qardaşları tanışdırdıq və Asiya ilə
Anadolunu qucaqlaşdırdıq. Bu arada yarmarkalar, teatr və ope-
ra günləri təşkil etdik, yazarlar birliklərini Ankarada topladıq.
Sırasıyla Türkmənistanda Aşıq Pir Festivalı, Şimali Kipr Türk
Cümhuriyyətində Opera Günləri, Başqırdıstanın paytaxtı Ufa-
da, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin ilgi və kat-
kılarını görərək, teatr gönləri təşkil etdik. Bu hadisə göstərdi ki,
Dostları ilə paylaş: |