__________
Milli Kitabxana__________
248
tədbirlərin, yubileylərin keçirilməsi; TÜRKSOY-un məqsəd və
vəzifələri çərçivəsində beynəlxalq elmi konfrans, simpozium,
mübahisələrin təşkil olunması; Mədəniyyət və incəsənət sahə-
sində fəaliyyət göstərən başqa milli, beynəlxalq təşkilatlarla,
ictimai strurkturlar və hərəkatlarla əlaqələr saxlamaq, əməkdaş-
lıq üçün müxtəlif birgə tədbirləri reallaşdırmaq və s. (89, s.
177-178).
TÜRKSOY tərəfindən 1999-cu ildə görülən işlərin yekunu
olaraq, həmçinin, gələcəkdə qarşıda duran vəzifələri özündə
əks etdirən “XXI əsrə müraciət” qəbul olundu. Ankarada keçi-
rilən Nazirlər Şurasının XIII yığıncağında qəbul olunmuş mü-
raciət TÜRKSOY adından türk dövlətlərinin başçılarına, xalq-
larına və hökumətlərinə ünvanlanmışdı. Müraciətdə aşağıda-
kılar bəyan edilirdi:
–
Biz hamımız üçün əlverişli olan əlaqələrimizin inten-
sivləşdirilməsinə təkan verəcək mühitin yaradılmasını, xalqlar
arasında əməkdaşlığın, mədəni mübadilənin gücləndirilməsinin
zəruriliyini dərk edirik. Bütün bunlar XX əsrin sonlarında baş-
lanan qloballaşma prosesi, dünya miqyasında hərbi müna-
qişələr, terrorizm, iqtisadi böhran və təbii fəlakətlərin atrdığı
bir fonda baş verir;
–
Yeddi il bundan öncə TÜRKSOY çərçivəsində fəaliy-
yətə başlayanda bizim məqsədimiz Avrasiyanın böyük etnos-
larından biri olan türkdilli xalqların mədəniyyətini, tarixini
birgə öyrənmək idi. Əminik ki, başladığımız işi XXI əsrdə
uğurla davam etdirəcəyik;
–
Dünya sivilizasiyasına öz töhfələrini verən türkdilli
xalqların mədəniyyəti XXI əsrdə dünya mədəni irsinin mühüm
komponentlərindən
birinə çevriləcək;
–
Müqavilə (“TÜRKSOY-un yaradılması və prinsipləri
haqqında” müqavilə nəzərdə tutulur) subyektlərinin və türkdilli
ölkələrin suverenliyinə böyük hörmətlə anaşaraq, heç bir ölkə-
nin siyası orientasiyasına müdaxilə etmədən biz, dünyanın mə-
dəni məkanında öz mədəni inteqrasiyamızı sürətləndirərək,