Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə84/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   80   81   82   83   84   85   86   87   ...   96

__________Milli Kitabxana__________
256
ədəbiyyatı  lisə  dərs  kitablarının  yazıla  bilməsi  üçün  13  mart
1995-ci il tarixində əlaqəli ölkə təmsilçilərinin iştirakilə yaradı-
lan komissiyalar çalışmalarını tamamlamışdır. Ölkə ləhcələrinə
tərcümə işləri davam etməkdədir. 1997–1998-ci tədris ili başı-
na  qədər  bu  əsərlərin  tamamlanması  və  tələbələrin  xidmətinə
verilməsi nəzərdə tutulmuşdur. Bu gözəl xidmət nəticə verdik-
də Türk Dünyası uşaqları ortaq ədəbiyyatımızı, ortaq tariximizi
oxuyaraq  yetişəcək  və  ortaq  dəyərlərimizi  öyrənəcəklər. Latın
əlifbasına keçən respublikalara müxtəlif dərs kitablarının nəşri
yolu ilə dəstək verilməkdədir (154, s.194).
Qurultaylarda təhsil  qurumları  arasındakı əlaqələrə  xüsusi
diqqət  yetirilmişdir.  Bildirilmişdir  ki, Türk  Dünyasındakı  özəl
və rəsmi təhsil qurumları arasında təsirli və sürəkli bir əməliy-
yatın və əməkdaşlığın qurulması və yayılması, məlumat müba-
diləsinin  təmini  məqsədilə  1995-ci  ildə  türk  respublikalarında
məktəblərlə  ölkəmizdəki  məktəblər  arasında  Qardaş  Məktəb
tətbiqi  başladılmışdır. Bu  günə  qədər Türkiyədəki  49  məktəb
ilə  sözü  gedən  ölkələrdəki  49  məktəb  qardaş  məktəb  olaraq
bərabərləşdirilmişdir. Bu məktəblər arasındakı yardımlaşmalar,
informasiya  mübadiləsi  dəsdəklənməkdədir,  ancaq  maddi
çatışmazlıq  səbəbindən  qarşılıqlı  ziyarətlər  gerçəkləşdirilə
bilməmişdir. Təklif  olundu  ki,  təlim-tərbiyə  məqsədli  səyahət-
lər xüsusi güzəştlər edilərək təşviq edilməlidir.
Təhsildə  əməkdaşlıq  strategiyasına  dair  isə  bildirildi  ki,
aşağıdakı məsələlər üzrə: Müəllim yetişdirmə; yerləşdirildikləri
proqramlarda başarısız olan öyrəncilərə məslək-peşə qazandır-
maq; Ölkələrində  seçilən  tələbələrə  Türkiyəyə  gəlməmişdən
əvvəl tətbiq olunacaq hazırlıq kursları; Türkiyə türkcəsinin təd-
risinin  mənimsədilməsi  və  s.  məsələlərdə  proyektlər  hazırlan-
mış  və  tələbələr  verilən  xidmətlərin  tanımının  yapılması  plan-
laşdırılmışdır (154, s.195).
Bildirldi  ki,  tələbə problemləri üzrə: Türk  Dünyasından
Türkiyəyə  gələn  gənclərin təhsillə bağlı olan bu proyekti daha
uğurlu  və  səmərəli  etmək,  mövcud  durumu  və  ehtiyacları  mü-


__________Milli Kitabxana__________
257
əyyənləşdirmək və bu gənclərə daha yaxşı xidmət etmək məq-
sədilə  1995-ci  ildə  bu öyrəncilərə  bir  anket  hazırlanmışdır.
Təsbit  edilən  problemlərə  görə  həll  yolları  aranmışdır.  Bu  cür
anketlərin müəyyən mərhələlərlə bağlı qurum və təşkilatlar tə-
rəfindən də təşkil edilməsi yararlı görülməkdədir (154, s.196).
Problemlərin təhlilindən bəzi tələbələrin təhsildən sonra öl-
kələrinə dönməyərək Türkiyədə qaldıqları anlaşılmaqdadır. Bu
tələbələrin  nəzərdə  tutulan  təhsillərini  uğurla  tamamladıqdan
sonra  öz  ölkələrinə  dönmələrini  təmin  edəcək  tədbirlər  görül-
məsi gərəklidir. Bundan başqa tələbələrin sıx-sıx proqram dəyi-
şikliyi  etməsi, davamsızlıqları və intizamsız davranışları uğur-
suzluqlarına  səbəb  olmaqdadır.  Bu  səbəblə  tələbələrin  uğurla-
rını  yüksəldəcək  və  onların  olduqları  mühitə  uyğunlaşmalarını
asanlaşdıracaq  rəhbərlik  və  nəzarət  xidmətlərinin  universitet-
lərdə mütəxəssislərə verilməsinə ehtiyac duyulmaqdadır. Tələ-
bələrin  TÖMER-də,  universitetlərdə  dərslərini  izləyə  biləcək
səviyyədə  türkcə  öyrənə  bilməmələri  uğursuzluqlarına  səbəb
olmaqdadır.  Tələbələrin  uğur  qazanmaları  üçün  türkcəni  yaxşı
öyrənmələrinə  nail  olunmalı,  lazım  olsa əlavə  kurslar  təşkil
edilməli,  bundan  əlavə  təhsil almaqda  olduğu  təhsil  təşkilatı
tərəfindən peşə türkcəsi öyrədilməlidir (154, s.197).
Qazi  Universiteti  Sosial  Elmlər İnstitutunun  müdiri  və
əvvəlki  qurultayların  Təhsil  Komissiyasının  sədri Prof. Dr.
Kazim  Yaşar  Kopraman V  qurultayda  bildirmişdir  ki,  mən bu
gün  beşincisini  keçirməkdə  olduğumuz  bu  Dostluq,  Qardaşlıq
və  Əməkdaşlıq  Qurultayının  beşində  də  iştirak  etmişəm.  Bu
günkü  edilən  çıxışlar  da  daxil  olmaq  üzrə  daha  öncəki  4
qurultayda, demək olar ki, bənzər görüşlər dilə gətirildi, bunlar
yayımlandı  və  hamımızın əlində  var.  Mənim  Başqanlıq  Diva-
nına bir təklifim olacaq, lütfən, bunu Egitim Öyrətim Komissi-
yamızın  son  hesabatına  daxil  edək  deyirəm.  Hər  nə  qədər  bu
fəaliyyətlər  xüsusi  bir  fəaliyyət  isə  də,  hər  biri  ən  azından  bir
milyon dollardan daha aşağıya mal olmayan, min cür əmək və
ümidlə  hazırlanan  bu  qurultayların  ortaya  qoyduğu  fikir  və


__________Milli Kitabxana__________
258
düşüncələri  tətbiq  edəcək  səlahiyyətlilər  nəzdində,  peşindən
koşacaq bir komissiya quraq (154, s. 197).
Cevdet  Aşkin  V  qurultay  zamanı  dedi  ki,  İstanbul  Milli
Egitim Müdürlüyündə bu 6 cümhuriyyət, 48 türk əqraba toplu-
luğundan  gələn  tələbələrimizə  xidmət  etmənin  həzzini  yaşa-
yıram. 1992-ci ildə böyük tələbə proyekti başlandığı zaman, ilk
dəfə Atatürk Hava limanına gəlib bu qardaşlarımızı qarşıladıq,
bağrımıza  basdıq... Bu  gün  İstanbuldakı 6  universitetimizdə  2
mindən  çox  qardaşımız  təhsil  almaqdadır. Bunların  61  nəfəri
TÖMER,  qalanları  önlisans,  lisans,  yüksəklisans  və  dotora
olaraq. Biz bu gənclərimizdən ilk gəldiklərində istənilən uğuru
ala bilmədik. Ancaq, bu anda yerləşdikdən sonra çox yaxşı bir
yöndə  getdiyinə  inanıram, ən  azından  İstanbulda  bu  məsələdə
heç  bir  problem  görməyirik. O,  1993-cü  ildə  yazdığı  doktora
tezində Türkiyə Cümhuriyyəti ilə Müstəqil Türk Respublikaları
arasında  yardımlaşmada  qarşılaşılan  çətinlikləri  yığcam  halda
diqqətə çatdırmışdır. Natiq həmin çətinlikləri belə sistemləşdir-
mişdir:  “Kommunikasiya-xəbərləşmə  çətinlikləri:  1) türkcənin
pozulması, əlifba dəyişiklikləri; 2) təəssüf ki, rüc mədəniyyəti-
nin hakimiyyəti; 3) Fiziki məsafə çətinlikləri (burada səyahətin
bahalı  olduğunu  söyləyə  bilərik,  çünki  məlim  fiziki  baxımdan
İran əngəli önümüzdə var, sərhədlərdə xüsusilə tıxama meyda-
na  gətirmişdir); Türkiyə  və  Türk  Respublikalarında  milli  gəlir
azlığı. Bunu digər komissiyalarda detalları ilə müzakirə edirlər,
çünki  dünyanın  heç  bir  yerində  istifadə  olunmamış  bu  qədər
gəlirlər  yoxdur;  amma  un  var,  yağ  var,  şəkər  var,  bunları  bir
araya  gətirib  halva  bişirə  bilmirik.  Bunun  sağlam  bir  şəkildə
həlli lazımdır.
Görüləsi  lazım  olan  tədbirlər  olaraq  bunları  düşünürəm:
Ümumi  tədbirlər – 1) təktərəfli  yardım  yerinə,  yardımlaşma
düşüncəsinin formalaşdırılması; 2) əlifba və dil fərqlərinin ara-
dan  qaldırılması;  3) tərəflərin  türk  mədəniyyətinin  aşınmamış-
degenerasiya olunmamış kökünə-kimliyinə dönmələri; 4) Türk


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə