Əhli Sünnə Vəl Cəmaat
Sələfi Salihin Əqidəsi
SƏLƏF
İMAMLARININ
HƏYATI
Bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət
Komitəsinin 08 İyun 2012-ci İl Tarixli İcazəsi Əsasında
Çap Edilmişdir № DK-223/Q
TOPLAYAN VƏ TƏRTİB EDƏN: K.HÜSEYN
KİTABIN BÜTÜN HAQLARI QORUNUR
2
3
Ön Söz
Xutbətul Hacə
Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və
məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən
Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs
azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə
bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq
ilah (məbud) yoxdur, O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm
ki, Muhəmməd Onun qulu və Elçisidir.
“Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız
müsəlman olduğunuz halda ölün”. (Ali İmran 102).
“Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan
da zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və
qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) bir-birinizdən
(cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq
əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə
nəzarətçidir”. (ən-Nisa 1).
“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin!
(Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı
bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir
səadətə (Cənnətə) nail olar”. (əl-Əhzab 70-71).
1
Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən
xeyirlisi Muhəmmədin – sallallahu aleyhi və səlləm – yoludur.
Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub
dinə salınan hər bir əməl bidətdir, hər bir bidət isə zəlalətdir. Hər
bir zəlalət isə oddadır.
2
1
Xutbətul Hacə adı ilə məşhur olan bu duanı cümə və s. xütbələrdə Peyğəmbər
oxumuşdu. Səhabələrinə də bunu əmr etmiş və özü də onları öyrətmişdir. Hədisin ilk
hissəsini bizə Əhməd 1/392, 293, 432, Əbu Davud 2188, Tirmizi 1105, İbn Macə 1892 və
başqaları rəvayət etmişlər.
2
Hədisin İkinci Hissəsini: Muslim "Şərhu Nəvəvi" 6/153-156, Əhməd 3/319, 371, Nəsəi 3/188,
189 və digərləri rəvayət etmişlər. Hədis alimi Muhəmməd Nəsirəddin əl-Albani hədisin
bütün rəvayətlərini bir yerə toplayaraq “Xutbətul-Hacə” adlı bir kitab yazmışdır. İstəyənlər
bu kitaba baxa bilərlər. Hədis Şeyx əl-Albani tərəfindən səhih hesab olunur.
4
“Ey Rəbbim! Köksümü açıb genişlət, işimi yüngülləşdir,
dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar!” (Taha 25-28).
Möhtərəm müsəlman bacı və qardaşlarımız! İlk öncə hamınızı
Allahın salamı ilə salamlayıram. Allahın Kitabına və Allah
Elçisinin – sallallahu aleyhi və səlləm – yoluna tabe olaraq bu əməli
“Bismilləh” ilə başlayıram. Çünki, Allah Rəsulu – sallallahu aleyhi
və səlləm – də öz məktublarını "Bismilləh" ilə başlamış və
buyurmuşdur: "Hər mühüm bir işə "Bismilləh" ilə başlanılmazsa, o
işin sonu kəsikdir"
3
.
Hər əsrdə dinini təzələyəcək bir imam izhar etməklə qullarının
sağlam əqidə üzərə qalmalarına imkan yaradan Allaha sonsuz
həmd sənalar olsun, Onun Rəsuluna, Rəsulunun zovcələrinə,
ailəsinə, səhabələrinə və Qiyamətə qədər onların haqq yolu üzərə
gedənlərin üzərinə Allahın salamı olsun. Ümmətin üzərində icma
etdiyi əsil və ümmətin bir-birinə sarılmasının əsası – Əqidə
birliyidir. Sərhədləri, dilləri, ölkələri ayrı olsada paylaşdıqları ortaq
bir əqidə ilə tək bir ümmətdirlər. Lakin dilləri, ölkələri, tarixləri və
sərhədləri eyni olub əqidələri fərqli olarsa ixtilaf və düşmənlik
içində olarlar.
Etiqad birliyi Əhli Sünnətin özəlliklərindəndir. Çünki onlar heç
bir ixtilafın olmadığı İlahi vəhyə tabe olurlar. Allahın vəhyində isə
heç bir ziddiyət yoxdur. “Onlar Quran barəsində (onun Allah
kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi
tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf,
uyğunsuzluq) tapardılar”. (ən-Nisa 82). Əhli Sünnə imamları haqq
üzərində yeriyir və haqq üzərə birləşirlər. Onların zəlalət üzərində
bir yerə cəm olmaları mümkün deyildir. Peyğəmbər – sallallahu
aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, Allah mənim ümmətimi
sapıqlıq üzərində bir yerə cəm etməz. Allahın əli cəmaat
üzərindədir. Kim ayrılarsa atəşə doğru ayrılmış olar»
4
. İmam
Əsfəhani – rahmətullahi aleyhi - deyir ki: “Müxtəlif zaman və
3
Əbu Davud, əl-Albani “Zəif”.
4
əl-Albani «Səhih Sünnən Tirmizi».
Dostları ilə paylaş: |