5
məkanlarda yaşamış Əhli Sünnət alimlərinin etiqad (əqidə)
barəsində yazdıqları kitabları incələndikdə görülən bu kitabların
üslubları, sözləri, mövzuları eynidir və az bir şey olsada qəti
aralarında heç bir fərq yoxdur. Bunlar sanki tək bir qələmdən
çıxmış kimidir”
5
. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki:
“Allahın bu rəhmətidir ki, bu ümmətin imamları, dörd imam və
digərləri öz sözlərində doğru dürüstdülər. Hamı tərəfindən
tanınmış imamlar Allahın sifətlərini təsdiq edərək deyirlər:
“Həqiqətən Quran Allahın Kəlamıdır və o məxluq deyildir”. Onlar
həmçinin deyirlər: “Allah Qiyamət günü (Cənnətdə möminlərə)
görünəcəkdir, bu da səhabələrin və müsəlmanların məzhəbidir
hansıki Peyğəmbərinin – sallallahu aleyhi və səlləm – yolu ilə ixlasla
getmişlər. (Dinin əsaəlarında bu imamlar arasında heç bir ayrılıq
olmamışdır). Bu həmçinin müsəlmanların yolunu izlədikləri
imamlar olan: İmam Məlik, əs-Sovri, Leys İbn Sad, əl-Əuzai, Əbu
Hənifə, İmam Şəfii və Əhməddir – Allah onlardan razı olsun -
6
.
Şeyxulİslam Əbu İsmail əs-Sabuni – rahmətullahi aleyhi - “Əqidətus
Sələf” s. 111 adlı əsərində imamların etiqadı ilə bağlı bəzi cümlələri
zikr etdikdən sonra deyir ki: “Nəql etdiyim bu cümlələr bütün
imamların etiqadıdır və bu barədə aralarında ən kiçik bir ayrılıq da
yoxdur”. İmam Lələkai – rahmətullahi aleyhi - öz kitabında bu
imamların etiqadlarını zikr etdi: Sevri, Əvzai, İbn Uyeynə, İmam
Əhməd, İbn Mədini, Əbu Sevr, Buxari, Əbu Zura, Əbu Xatim,
Tisteri, Təbəri – Allah onlardan razı olsun -. Hamısının etiqadı da
eynidir”
7
. Çünki onlar Quranın nazil olmasına şahidlik edən,
mənasını Rəsulullahdan – sallallahu aleyhi və səlləm – öyrənən,
doğru yolla yeriyən səhabə, onlara tabe olan Tabiin, Əhli hədis və
imamlara uyan cəmaatdır. İttifaq və birlik, əhli sünnətin
özəlliklərindən olduğu kimi, ixtilaf, ayrılıq və təkfir də bidət
əhlinin özəlliklərindəndir. İmamların Peyğəmbərdən – sallallahu
5
“əl-Huccə Fil Bəyanil Məhaccə” 2/224,225.
6
İbn Teymiyyə “İman” s. 350-351, “Məcmuul Fətava” 5/256, “Minhəc Sunnə” 2/106.
7
“Şərh Usuli Etiqadi” 1/151.
6
aleyhi və səlləm – alaraq üzərində birləşdikləri etiqadları
qorunmuşdur. Çünki Allah bu etiqadın qaynağını qorunma altına
almışdır. “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də
onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub
saxlayacağıq!”. (əl-Hicr 9). Allah hər dövürdə batil və zərərləri
aradan qaldıracaq sadiq möminlər var etmişdir. Elm əhli deyir ki:
Bizdən əvvəlki ümmətlərin dövründə din pozulduğu zaman Allah
haqqı bəyan edən yeni Peyğəmbərlər göndərmişdir. Bu ümmətin
isə Peyğəmbərindən sonra başqa bir Peyğəmbəri olmayacaq, lakin
Allah Peyğəmbərin – sallallahu aleyhi və səlləm – dinini qoruma və
bəyan edəcək saleh alimlər var etmişdir. “Hər kəs özünə doğru yol
aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən
qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola
yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir.”. (ən-
Nisa 115). Qiyamət gününə qədər bu etiqad üzərə qalan möminlər
olacaqdır və onlar bidət əhlinə qarşı daima mübarizə aparacaqlar.
İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər -
sallallahu aleyhi və səlləm – buyurdu: «Allahın məndən əvvəlki
ümmətlərə göndərdiyi hər Nəbinin öz ümmətindən sünnətini alan
və əmrlərinə uyan bir çox həvvariləri və səhabələri vardır. Sonra
onların ardından etməyəcəkləri şeyləri söyləyən və əmr
olunmadıqları işləri edən bir çox nəsillər zühur edər. Kim onlara
qarşı əli ilə mübarizə apararsa o, bir mömindir. Onlara qarşı kim
diliylə mübarizə apararsa o, da bir mömindir. Onlara qarşı kim
qəlbi ilə mübarizə apararsa o, da mömindir. Amma bundan aşağı
(imandan) bir xardal dənəsi qədər də iman yoxdur»
8
. Səvban –
radıyallahu anhu – dən gələn rəvayətdə Rəsulullah - sallallahu aleyhi
və səlləm - buyurur: «Ümmətimdən bir qrup insanlar olacaq ki,
Qiyamətin qopacağı vaxta qədər haqq üzrə gedəcəklər. Heç nə və
heç kim onlara zərər vura bilməyəcək. Allahın əmri gəlincəyə
qədər»
9
. İmran İbn Hüseyn - radıyallahu anhu – rəvayət edir ki,
8
Müslim.
9
Buxari, Müslim.
7
Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətimdən
Qiyamət saatı gəlincəyə qədər haqq üzərə savaşacaq olan kimsələr
olacaqdır. Onlarla döyüşənlərə qarşı müzəffərdilər (yenilməz).
Onların sonuncuları Məsih Dəccəllə qarşı döyüşən (cəmaatdır)»
10
.
Dini zərurətlərdən biri də etiqadın sadəcə Allah və Rəsulundan
– sallallahu aleyhi və səlləm – alınmasını bilməkdir. Bu baxımdan
Əhli Sünnətin yolu, səhih dəlildən ayrılmamaq, filan və filankəsin
sözüdür deyə dəlilə müxalif olmamaqdır. Buxari – rahmətullahi
aleyhi - deyir ki: “İmam Həmidinin belə dediyini eşitdim: İmam
Şəfiinin – rahmətullahi aleyhi - yanında idim. Bir nəfər gəlib bir
məsələ haqqında soruşdu. İmam Rəsulullahın – sallallahu aleyhi və
səlləm – bu məsələdə belə dediyini höküm verdi. Adam: “Bəs sən
nə deyirsən?” dedi. İmam: “Subhənəllah! Məni kilsədəmi
görürsən? Məni sinaqoqdamı görürsən? Mən sənə Rəsulullahın –
sallallahu aleyhi və səlləm – hökm verdiyini deyirəm, sən isə: Bəs sən
nə deyirsən” deyə soruşursan”
11
. İslam dinində Allah və
Rəsulunun – sallallahu aleyhi və səlləm – sözündən sonra bir
başqasının sözünə yer yoxdur. “Allah və Peyğəmbəri bir işi hökm
etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa
yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz.
Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq
yoldan) açıq-aydın azmışdır!”. (əl-Əhzab 36). İmam Şəfii –
rahmətullahi aleyhi - deyir ki: “Peyğəmbərin – sallallahu aleyhi və
səlləm – sünnəti bəyan olan bir kimsənin başqasının sözünə
uymasının caiz olmadığında alimlər icma etmişlər”
12
.
Usulud Din mövzusunda sadəcə dörd imam deyil, bütün
imamlar və ümmətin Sələfi eyni haqq etiqad üzərindədirlər. Çünki
onların hamısı bu mövzuda elmlərini Peyğəmbərdən – sallallahu
aleyhi və səlləm – alan səhabələrin məzhəbi üzərindədirlər.
Səhabələr isə Peyğəmbərin – sallallahu aleyhi və səlləm – zamanında
10
Əbu Davud “Cihad” 4, 2484, İmam Əhməd.
11
Şərh Təhaviyyə 336, Hilyətul Əvliya 9/106, Mənakibul Beyhəqi 1/474.
12
İlamul Muvakkin 2/282, Fəthul Məcid 555, ər-Risalə 539, 541, 598.
Dostları ilə paylaş: |