103
Quran Allaın kəlamıdır. Kim “Məxluqdur” deyərsə bidətçidir. Biz
kimsənin belə dediyini eşitmədik”.
əl-Humeydi, Sufyanın – rahmətullahi aleyhi - belə dediyini
dinlədi: “İman – söz və əməldir, artar və əskilər. Qardaşı İbrahim
İbn Uyeynə – rahmətullahi aleyhi - ona: “Ey Əbu Muhəmməd! Sən
azalır demə” dedi. O, qəzəbləndi və dedi: “Sus, ey uşaq. Azalır –
hətta heç bir şey qalmayana qədər azalır” dedi.
əl-Humeydi – rahmətullahi aleyhi - dedi ki: “Ölümdən sonra
Ruyətullahı (Allahı görmək) qəbul etmək”. Quran və Sünnətin
dediklərini qəbul etmək. “Yəhudilər dedilər: "Allahın Əli bağlıdır!"
Onların öz əlləri bağlandı və dedikləri sözə görə lənətə gəldilər...”.
(əl-Maidə 64). “(Müşriklər) Allahı lazımınca qiymətləndirmədilər
(uca tutmadılar). Halbuki qiyamət günü yer bütünlüklə Onun
ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir.
(Allah müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq və
ucadır!”. (əz-Zumər 67). “Mərhəmətli Allah Ərşə İstiva (etdi)
ucaldı”. (Ta ha 5) kimi deyirik. Bundan başqa bir iddiada olan bir
kimsə sifətləri tətil edən Cəhmidir”. Biz – Xaricilərin dediyi kimi:
Kim böyük günah edərsə kafir olur” demirik. Hər hansı bir günah
etdi deyə bir kimsənin kafir olduğunu söyləmirik. Küfr ancaq
Rəsulullahın dilə gətirdiyi bu beş əsasın tərk edilməsi ilə baş verir:
İslam beş təməl üzərində bina edilmişdir. Allahdan başqa ibadətə
layiq heç bir ilah olmadığına, Muhəmmədin Allahın Rəsulu
olduğuna şəhadət etmək, namazı qılmaq, zəkatı vermək, Ramazan
ayının orucunu tutmaq və Beyti həcc etmək”
166
.
Bişr İbn əl-Həris
– rahmətullahi aleyhi -
166
Usulu Sünnə 2/546-548.
104
Əbu Nasir Bişr İbn əl-Həris əl-Mərvəzi, Bişr əl-Həfi kimi tanınan
zahid bir kimsədir. Bağdatda H. 227-ci ildə Rabiul Əvvəl ayında
vəfat etmişdir
167
.
Əbu Hafs Ömər İbn Yəsir əl-Attar, Bişr İbn əl-Hərisin –
rahmətullahi aleyhi - yazısı olduğunu iddia etdiyi bir səhifə çıxarıb
bizlərə verdi və dedi: Bunu əzbərləyin və öyrənin. Beləliklədə
imanın əsaslarını öyrənmiş olarsınız. Bunlardan: Bir və tək olan,
şəriki olmayan Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına,
Muhəmmədin Allahın qulu və Rəsulu olduğuna şəhadət etmək,
Rəsulların və Peyğəmbərlərin gətirdiklərini iqrar və qəbul etmək,
diliylə söylədiyini, qəlbi ilə qəti olaraq inandığı imanına heç bir
şübhə etməyəcəkdir. Tövhid əhli olan hər hansı bir kimsəni bir
günah səbəbiylə təkfir etməyəcək, qeyb olan bütün məsələləri
Allaha həvalə edəcəkdir. Hər bir şeyin Allahın qəza və qədəri ilə
olduğuna, xeyrin və şərin də Allahdan gəldiyini qəbul edəcəkdir.
Muhəmmədin – sallallahu aleyhi və səlləm – ümmətindən olub gözəl
işlər edən bir kimsə üçün ümüd vardır və qazandığı hər hansı bir
günah səbəbiylə də onu Cəhənnəmlik görməz. Çünki qullarını
dilədiyi yerə qoyan Allahdır. Uca Allahın Peyğəmbərinə – sallallahu
aleyhi və səlləm – səhabə olsun deyə seçdiyi Sələfin haqqını bilib,
Əbu Bəkr əs-Sıddıq, Ömər əl-Faruq, Osman İbn Əffan və Əli İbn
Əbu Talibi – Allah onladan razı olsun - hamıdan öndə görmək, istər
kiçik istərsə də böyük səhabələrdən rəhmətlə söz açar, onların
fəzilətindən danışar, aralarında baş verən anlaşılmazlıqlardan bir
şey danışmaz. Cümə, iki bayram namazı və Ərafatda olan
namazları yaxşı və günahkar hər bir əmirin arxasında qılar. Səfərdə
və evdə corablar üzərinə məsh edər, səfərdə namazını qısaldar.
Cihad – Peyğəmbərin – sallallahu aleyhi və səlləm – Peyğəmbər
olaraq göndərildiyi gündən zalımın zülmünün və Dəccəl ilə
döyüşəcək ən xeyirli topluluq gəlincəyə qədər davam edəcəkdir.
Quran Allahın kəlmı və Onun nazil etdiyi kitabdır, yaradılmış
167
Şəzəratuz Zəhəbi 2/60-62.
105
deyildir. Alış-veriş sünnətə uyğun olaraq Qiyamətə qədər halaldır.
İman – söz və əməldir, artar və əskilər. Cənazə namazında dörd
təkbir gətrilir, müsəlmanların rəhbərlərinin islahı üçün dua edər,
qılınca əl ataraq onlara qarşı çıxmaz. Fitnələr zamanı döyüşə
cıxmayıb evində oturar. Qəbr əzabına, Munkər və Nəkira, Hovuza,
şəfaətə və Mizana iman edər. Muvahhidlərdən bir topluluğun
Peyğəmbərdən – sallallahu aleyhi və səlləm – gələn xəbərlərdə dediyi
kimi Cəhənnəmdən çıxarılacaqlarına da inanar. Biz bunların
hamısına iman edər və sünnət əhlinin xüsusiyyətlərindən
bəzilərinə Allahın kitabının, Rəsulullahın – sallallahu aleyhi və səlləm
– hədislərinin və səhabələrinin sözlərini qəbul etmək, bidəti isə tərk
etməkdir. Bizlər Allahın söz söylədiyinə, yaratdığına şahidlik
edirik. Onun sözü bir söz, yaratması da bir yaratmaqdır. Sözü
yaratdıqlarından ayrıdır, yaratdıqları da Onun sözündən ayrıdır.
“Allah yanında İsa da (İsanın atasız dünyaya gəlmiş də) Adəm
kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “(Bəşər)
ol!” – dedi, o da oldu”. (Ali İmran 59). Burada “Ol” buyuruğu
yaradılmış deyildir. Həmd heç bir ortağı, bənzəri, oxşarı, ziddi,
hökmünə kimsəni şərik etməyən Allaha məxsusdur. Əbu Amr əl-
Xattab dedi ki, mən Muhəmməd İbn Yəhyə əz-Zuhrini vəfatından
sonra yuxumda gördüm. Ona: “Allah səninlə necə müamələ etdi?”
dedim. O: “Mənə və mənim cənazə namazımı qılanlara məğfirət
etdi. Mənim kitablarımı İlliyuna qaldırdı və qızıl su ilə yazdı”.
Əli İbn Əl-Mədini
- rahmətullahi aleyhi -
Əbul Həsən Əli İbn Abdullah İbn Cəfər İbn Nəcih əs-Sədi əl-
Mədini. Bəni Sad nəslindəndir. Bəsrəlidir, hədis hafizi olub bir çox
əsərlər təlif etmişdir. H. 161-ci ildə dünyaya gəlmişdir.
Tələbələrindən Buxari, Əbu Davud, İbn Məhdi – rahmətullahi aleyhi
- deyirlər ki: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – hədislərini ən
gözəl şəkildə başa düşən birisi olmuşur». Buxari – rahmətullahi
Dostları ilə paylaş: |