109
qamışdır. Dilərsə onu cəzalandırar, dilərsə ona məğfirət edər.
Allahın hüzuruna şirk ilə gedən bir kimsəni Allah əzab edər və ona
məğfirət etməz.
Rəsulullahın – sallallahu aleyhi və səlləm – səhabələrindən hər
hansı bir kimsənin dəyərini əskiltən və ya ona nifrət edən bir kimsə
bidətçidir ta ki, onların hamısından rəhmətlə danışana qədər və
qəlbində hamısına qarşı kiçik (cüzi) bir pislik hissləri qalmayana
qədər.
Nifaq küfrün özüdür. Bu da içində Allahı inkar edib, ondan
başqasına ibadət edən, zahirdə imanı göstərən kimsədir.
Peyğəmbərin – sallallahu aleyhi və səlləm – zamanında olan
münafiqlər kimi. Aşağıda zikr etdiyimiz hədislər bu əməllərin
ağırlığını göstərmək üçündür: Peyğəmbər - sallallahu aleyhi və səlləm
– buyurur: «Dörd şey vardır ki, bunlar kimdə olarsa o, kimsə xalis
münafiqdir. Lakin bu dörd xislətdən biri bir kimsədə olarsa onu
tərk edincəyə qədər onda münafiqlikdən bir xislət vardır: 1) Ona
bir şey əmənət edildikdə əmanətə xəyanət edər, 2) Söz söylədiyi
zaman yalan söyləyər, 3) Söz verdiyi zaman yerinə yetirməz, 4)
Mübahisə etdiyi zaman biyabırçı sözlərə yol verər»
169
. İbn Məsud -
radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və
səlləm – buyurdu: «Müsəlmanı söymək fasiqlikdir, onunla
vuruşmaq isə küfrdür»
170
. Peyğəmbər – sallallahu aleyhi və səlləm –
buyurdu: «İki müsəlman qılıncları bir-birilə toqquşduqları zaman
ölən də öldürülən də Cəhənnəmdədir». Səhabələr: «Ya Rəsulullah!
Öldürənin Cəhənnəmdə olduğunu başa düşdük. Bəs öldürülən
nəyə görə?» deyə soruşdular. Peyğəmbər: «Çünki o da müsəlman
qardaşını öldürməyə can atmışdır» deyə buyurdu
171
. Peyğəmbər -
səllallahu aleyhi və səlləm – in: «Məndən sonra bir-birinizin boynunu
vuran kafirlərin halına bənzəməyin»
172
. Peyğəmbər – sallallahu
169
Buxari, Müslim.
170
Buxari 1/110, Müslim 2/54.
171
Buxari, Müslim.
172
Buxari.
110
aleyhi və səlləm – buyurdu: «Hər hansı bir kimsə öz müsəlman
qardaşına ey kafir deyə müraciət edərsə bu sözə o, ikisindən biri
layiq olar»
173
.
Cənnət və Cəhənnəm Rəsulullahdan – sallallahu aleyhi və səlləm –
gələn rəvayətlərdə söylənildiyi kimi yaradılmışdır. Onların
yaradılmadığını iddia edən bir kimsə bu rəvayətləri yalan
saymışdır. Hətta mən belə bir kimsənin Cənnət və Cəhənnəmə
iman etdiyini düşünmürəm. Ayrıca “Şəhidlərin ruhları Cənnətdə
dolaşırlar” buyurduğu və bu şəkildə gələn bütün hədislərə biz
iman edirik.
Qiblə əhlindən olub Muvahhid və namaz qılan birisi olaraq ölən
kimsənin biz də Cənazə namazını qılarıq. Onun üçün məğfirət
diləyirik. Kiçik və ya böyük günahına görə namazını qılmağı tərk
etmərik. İşi də Allaha qalmışdır. Bir kimsənin Əbu Hureyrəni –
radıyallahu anhu - sevdiyini, ona rəhmət oxuduğunu görsən o,
kimsənin xeyirni ümüd edə bilər və onun bidətdən uzaq olduğunu
bilərsən. Birinin Ömər İbn AbdulƏzizi – rahmətullahi aleyhi -
sevdiyini, onun yaxşılıqlarından söz açıb danışdığını görsən bil ki,
bunun arxasında Allahın izniylə bir xeyir gəlir. Bir kimsənin Bəsrə
əhlindən Əyyub əs-Sahtiyani, İbn Aun, Yunus və ət-Teymiyə
etimat etdiyini, onları sevdiyini, onlardan çox-çox danışdığını,
onlara uyduğunu görsən o kimsədən xeyir gözləyə bilərsən
174
.
Əbu Sevr İbrahim İbn Xalid əl-Kəlbi
– rahmətullahi aleyhi -
Əbu Sevr İbrahim İbn Xalid əl-Kəlbi əl-Bağdadi. İraqlı alim,
fəqih bir kimsədir. İmam Şəfiinin – rahmətullahi aleyhi - İraqlı
tələbələrindən və ilk məzhəbini yayanlardandır. Muctəhid, huccət
bir imamdır. H. 170-ci ildə anadan olmuşdur. Sufyan İbn Uyeynə,
Ubeydə İbn Humeyd, Əbu Muaviyə əd-Darir, Vəki İbn əl-Cərrah,
173
Buxari, Müslim.
174
“Şərhu Usuli Etiqadi” 2/185.
111
İmam Şəfii və başqalarından rəvayət etmiş, eləcə də Əbu Davud,
İbn Macə və başqa bir cox hədis alimləri ondan rəvayət etmişlər.
Hədisdə siqadır. İmam Əhməd – rahmətullahi aleyhi - deyir ki:
“Elimdə çox yüksək bir dərəcəyə çtmışdır. Mən əlli ildən çox onu
Sünnətə bağlı birisi olaraq tanıyıram. Mənə görə o, Sufyan əs-Sovri
– rahmətullahi aleyhi - kimi saleh bir kimsədir”. Həmcinin İmam
Əhməddən – rahmətullahi aleyhi - bir məsələ baəsində soruşulmuş
və demişdir: “Bizdən başqasından soruş, fəqihlərdən soruş, Əbu
Sevrdən soruş”. H. 240-cı ildə vəfat etmişdir
175
.
Lələkai – rahmətullahi aleyhi - deyir ki: bizə Muhəmməd İbn
Rızqullah xəbər verdi ki: Bizə Əhməd İbn Həmdan xəbər verdi ki:
Bizə Əbul Həsən İdris İbn AbdulKərim dedi ki: Xorasan əhlində bir
kişi Əbu Sevr İbrahim İbn Xalidə – rahmətullahi aleyhi - yazdığı
məktubda: İmanın mahiyyəti nədir? Artarmı əskilərmi? Sözdürmü,
yoxsa həm söz, həm də əməldirmi? Yoxsa söz, təsdiq və
əməldirmi? Deyə soruşdu. Cavab: İman qəlb ilə təsdiq, dil ilə iqrar,
əzalarla əməl etməkdir. Ona Qədəriyyə kimlərdir? Deyə soruşdu.
İmam: “Qədəriyyə - Allah qulların fellərini yaratmamışdır. Allah
qullara
günahları
etməyi
təqdir
etmədiyi
kimi
onları
yaratmamışdır
deyən
kimsələrdir.
Bunlar
Qədəriyyədir.
Arxalarında namaz qılınmaz, xəstələndikləri zaman ziyarətinə
gedilməz, cənazələrində iştirak edilməz. Bu fikirlərinə görə tövbə
etmələri istənilir. Tövbə edərlərsə nə gözəl, əksi təqdirdə boyunları
vurulur”. Quran məxluqdur deyən kimsələrin araxasında namaz
barəsində soruşdum”. İmam: “Belə bir kimsə sözünə görə kafir
olur. Arxasında namaz qılınmaz. Çünki Quran Allahın kəlamıdır
və elm əhli arasında bu haqda heç bir görüş ayrılığı yoxdur.
Allahın kəlamı yaradılmışdır deyən bir kimsə kafir olur və Allahın
zatında daha öncə olmayan bir şeyin sonradan olmuşdur deyə
iddia etmiş olur”. Tövhid əhlindən bir kimsə Cəhənnəmdə əbədi
175
Şəzərətuz Zəhəbi 2/93.
Dostları ilə paylaş: |