118
bilər. O, kimsənin olduğu yerdə özünün müdafiə etməsi və var
gücüylə kimsəni öldürməməyi niyyət etməsi lazımdır. Əgər
mübarizə əsnasında kimsəni öldürərsə Allah öləni uzaqlaşdırmış
olar. Lakin öz canını və malını qoruyarkən öldürülərsə hədislərdə
keçdiyi kimi şəhid olduğu ümüd edilir. Bu barədə olan rəvayətlər
yalnız onunla mübarizə aparmağı, öldürməyi və arxasından təqib
etməyi əmr etmir. Əgər yerə yıxılarsa və yaralanarsa onu
öldürməz. Əsir olaraq götürərsə yenə də öldürməz, həd də tətbiq
etmək. Onun barədə Uca Allahın təyin etdiyi əmirlərə xəbər verər,
onlar da onun barəsində hökm verirlər.
Qiblə əhlindən kimsəni etdiyi bir əməl səbəbiylə onun Cənnətlik
və ya Cəhənnəmlik olduğuna şəhadət etməz. Bununla bərabər
saleh kimsə üçün ümüd bəslər və qorxar, günahkar və pislik edən
kimsə üçün də qorxar, Allahın rəhmətini də onun üçün ümüd edər.
Bir kimsə Cəhənnəmi haqq edən günaha görə tövbə edər və o
günah üərində israr etmədən Allahın hüzuruna çıxacaq olursa
Allah onun tövbəsini qəbul edər. O qullarının tövbəsini qəbul
edən, günahları bağışlayandır. Bu günaha görə dünyada ikən ona
hədd tətbiq olunduğu halda Allahın hüzuruna çıxan kimsəyə
gəldikdə isə o həd Peyğəmbərdən – sallallahu aleyhi və səlləm – gələn
rəvayətlərdə olduğu kimi onun günahına kəffarə olar.
Cəzalanmağı haqq edən günahdan tövbə etmədən, günahının
üzərində israr edərək Allahın hüzuruna gedərsə işi Allaha
qalmışdır. Allah istəsə onu əzab verər, istəsə məğfirət edər. Kim də
kafir olaraq Allahın hüzuruna çıxarsa Allah onu cəzalandırar,
məğfirət etməz. Muhsin olduğu halda zina edən bir kimsə zina
etdiyini etiraf edər və ya zina etdiyinə dair ona qarşı dəlil ortaya
qoyularsa rəcm ediməsi haqdır. Peyğəmbər – sallallahu aleyhi və
səlləm – rəcm etdiyi kimi Rəşidi xəlifələr də rəcm etmişlər.
Peyğəmbərin – sallallahu aleyhi və səlləm – səhabələrindən hər
hansı bir kimsənin dəyərini alçaldan, etdiyi hər hansı bir işdən ötrü
ona nifrət edən və ya pisliklərini dilinə gətirən kimsə hamısına
119
rəhmət oxumadıqca və onlara qarşı qəlbində olan bütün pis hissləri
silmədikcə bidətçi bir kimsədir.
Münafiqlik küfrün özüdür. Münafiqlik bir kimsəni Allahı inkar
etməsi və Ondan başqasına ibadət etməsi, bununla bərabər zahirdə
müsəlman olduğunu göstərməsidir. Peyğəmbərin zamanındakı
münafiqlər kimi. Bu hədislədən: Peyğəmbər - sallallahu aleyhi və
səlləm – buyurur: «Dörd şey vardır ki, bunlar kimdə olarsa o, kimsə
xalis münafiqdir. Lakin bu dörd xislətdən biri bir kimsədə olarsa
onu tərk edincəyə qədər onda münafiqlikdən bir xislət vardır: 1)
Ona bir şey əmənət edildikdə əmanətə xəyanət edər, 2) Söz
söylədiyi zaman yalan söyləyər, 3) Söz verdiyi zaman yerinə
yetirməz, 4) Mübahisə etdiyi zaman biyabırçı sözlərə yol verər»
177
.
İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –
sallallahu aleyhi və səlləm – buyurdu: «Müsəlmanı söymək
fasiqlikdir, onunla vuruşmaq isə küfrdür»
178
. Peyğəmbər –
sallallahu aleyhi və səlləm – buyurdu: «İki müsəlman qılıncları bir-
birilə toqquşduqları zaman ölən də öldürülən də Cəhənnəmdədir».
Səhabələr: «Ya Rəsulullah! Öldürənin Cəhənnəmdə olduğunu başa
düşdük. Bəs öldürülən nəyə görə?» deyə soruşdular. Peyğəmbər:
«Çünki o da müsəlman qardaşını öldürməyə can atmışdır» deyə
buyurdu
179
. Peyğəmbər - səllallahu aleyhi və səlləm – in: «Məndən
sonra bir-birinizin boynunu vuran kafirlərin halına bənzəməyin»
180
.
Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər hansı bir
kimsə öz müsəlman qardaşına ey kafir deyə müraciət edərsə bu
sözə o, ikisindən biri layiq olar»
181
. Bu hədisləri təslimiyyətlə qəbul
edərik. Onlar barəsində söz söyləməz və mübahisə etmərik. Bu
hədislər gəldikləri kimi təfsir edilir və bunları yalnız onlarda olan
haqqa görə açıqlayarıq.
177
Buxari, Müslim.
178
Buxari 1/110, Müslim 2/54.
179
Buxari, Müslim.
180
Buxari.
181
Buxari, Müslim.
120
Cənnət və Cəhənnəm Peyğəmbərdən – sallallahu aleyhi və səlləm
– gələn rəvayətlərdə olduğu kimi yaradılmışdır. “Cənnətə girdim
orada bir köşk gördüm”, “Orada Kövsəri gördüm”, “Cənnətə
baxdım, oranın əhalisinin çoxu filan və filankəsləri gördüm”,
“Cəhənnəmə baxdım oranın çoxsunu filankəslər filankəslər
gördüm” və s. Cənnət və Cəhənnəmin yaradılmamış olduğunu
iddia edən bir kimsə Quranı və Peyğəmbərin – sallallahu aleyhi və
səlləm – hədislərini yalanlamış olar. Belə bir kimsənin Cənnətə və
Cəhənnəmə də iman eməsini zənn etmirəm.
Qiblə əhlindən olub Muvahhid olaraq ölən bir kimsənin cənazə
namazı qılınır. Onun üçün məğfirət dilənilir və namazı kiçik və ya
böyük olsun etdiyi hər hansı bir günah səbəbiylə qılınır. İşi də
Allaha qalmışdır.
Tövhid Barəsində Etiqadı
İmam Əhmədə – rahmətullahi aleyhi - təvəkkül barəsində sual
verildi. O, dedi: “Çətin vəziyyətdə olsan da belə yaradılmışlardan
ümüd kəsmək”
182
.
İmam Əhməd – rahmətullahi aleyhi - dedi: “Əziz və Cəlil olan
Allah əzəldən bəri Mutəkəllimdir. Quran da Əziz və Cəlil olan
Allahın kəlamıdır. O, heç bir vəchlə yaradılmamışdır. Allah özünü
vəsf etdiyindən artıq heç bir şeylə vəsf etmək olmaz”
183
.
İbn Əbu Yəla, Əbu Bəkr əl-Mərvəzidən rəvayət edir ki, İmam
Əhmədə – rahmətullahi aleyhi - Cəhmiyyənin rədd etdiyi Allahın
sifətlərinə, onun görülməsinə, İsraya və Ərşə aid hədislər
182
“Təbəqatul Hənəbilə” 1/416.
183
Hənbəli İbn İshaq İbn Hənbəli İbn Hilal İbn Əsəd, Abu Əli əş-Şeybani, İmam Əhmədin
Dayısı oğludur. Xatib Bağdadi – rahmətullahi aleyhi - deyir ki: “Etibalı ravidir”. 273-cü ildə
dünyasını dəyişmişdir. “Tarix Bağdadi” 8/286,287, “Təbəqatul Hənəbilə” 1/143, “Kitabul
Mihnə” s. 68.
Dostları ilə paylaş: |