121
barəsində sual verdim və hamısının da səhih olduğunu söylədi və
dedi: “Ümmət bu hədisləri qəbul və təsdiq etmişdir. Bu hədislər
(Peyğəmbərdən) gəldiyi kimi də qəbul edilir”
184
.
İmam Əhməd – rahmətullahi aleyhi - deyir ki: “Allahın
danışmadığını iddia edən bir kimsə kafirdir. Biz yalnız bu hədisləri
gəldiyi kimi rəvayət edirik”
185
.
Lələkai, Hənbəlidən rəvayət edir ki, İmam Əhməddən –
rahmətullahi aleyhi - Allahı görmək barəsində sual verildikdə bu
cavabı verdi: “Bunlar səhih hədislər olub, bizlər bunlara iman edər
və onları iqrar və qəbul edərik. Eyni zamanda Peyğəmbərdən –
sallallahu aleyhi və səlləm – səhih sənədlərlə rəvayət edilən bütün
hədislərə də iman edər və onları qəbul edərik”
186
.
İbnul Cevzi “Mənakibu İmam Əhməd” adlı əsərində İmam
Əhmədin Musəddədə
187
yazdığı məktubunda bu ifadələr yer alır:
“Uca Allah öz zatını nə ilə vəsf etmişsə siz də elə vəsf edin. Öz zatı
haqqında nəyi rədd etmişsə siz də Allahdan onların uzaq
olduğunu söyləyin”
188
.
İmam Əhməd – rahmətullahi aleyhi - deyir ki: “O – Cəhm İbn
Səffan – Allahın kitabında öz zatını vəsf etdiyini və ya
Peyğəmbərinin – sallallahu aleyhi və səlləm – Onu vəsf etdiyi hər
hansı bir sifət ilə vəsf edən kimsənin kafir olduğuna və Müşəbbihə
olduğunu iddia etmişdir”
189
.
184
“Təbəqatul Hənəbilə” 1/56.
185
“Kitabu Sunnə” s. 71.
186
“Şərhu Usuli Etiqadi” 2/507.
187
Musəddəd İbn Musərhəd İbn Musərbəl əl-Əsədi əl-Bəsri. Zəhəbi – rahmətullahi aleyhi -
deyir ki: “İmam, hafiz, hüccətdir. H. 228-ci ildə dünyasını dəyişmişdir. “”Siyeru Aləmin ən-
Nubəla” 10/59, “Təhzibut Təhzib” 10/107.
188
“Mənakibu İmam Əhməd” s. 221.
189
“Rəddu Alə Cəhmiyyə” s. 104.
122
İbn Teymiyyə “əl-Aqli vən-Nəqli” kitabında İmam Əhmədin –
rahmətullahi aleyhi - bu sözlərini rəvayət edir: “Hər hansı bir hədd,
təsvir etmədən, göstərmədən Allahın Ərşin üzərində dilədiyi
şəkildə və dilədiyi kimi olduğuna iman edərik. Allahın sifətləri
Ondandır və Ona aiddir. O, öz zatını vəsf etdiyi kimidir. Gözlər
Onu idrak etməz”
190
.
İbn Əbu Yəla, İmam Əhmədin– rahmətullahi aleyhi - belə dediyini
rəvayət edir: “Allahın Axirətdə görülməyəcəyini iddia edən bir
kimsə kafirdir və Quranı yalan sayan bir kimsədir”
191
.
İbn Əbu Yəla, Abdullah İbn Əhmədin – rahmətullahi aleyhi - belə
dediyini rəvayət edir: “Mən Atama: Allah Musa - əleyhissəlam - ilə
danışdıqda səs ilə danışmadı – deyən topluluq barəsində sual
verdim. Atam dedi: “Allah bir səs ilə danışdı və biz hədisləri
(Peyğəmbərdən) gəldiyi kimi rəvayət edərik”
192
.
Lələkai, Abdus İbn Məlik əl-Attardan rəvayət edir ki, Abdullah
İbn Hənbəlin belə dediyini dinlədim: “...Quran Allahın kəlamıdır,
yaradılmış
deyildir.
Əsla
o
yaradılmamışdır
deməkdə
yumşaqlıq/zəiflik göztərmə. Çünki Allahın kəlmı Ondandır. Onun
da heç bir şeyi yaradılmış deyildir”
193
.
Qədər Barəsində Etiqadı
İbnul Cevzi “Mənakib” əsərində İmam Əhmədin, Musəddədə
yazdığı məktubu zikr edərək bu ifadələri qeyd edir: “Xeyriylə
190
“əl-Aqli vən-Nəqli” 2/30.
191
“Təbəqatul Hənəbilə” 1/59, 145.
192
“Təbəqatul Hənəbilə” 1/185.
193
“Şərhu Usuli Etiqadi” 1/157.
123
şəriylə, acısı və şiriniylə qədərin Allahdan olduğuna iman
edərik”
194
.
Xəlləl, Əbu Bəkr əl-Mərvəzidən belə ediyini rəvayət edir: Əbu
Abdullaha soruşulan bir suala: Xeyir və şər qullar haqqında təqdir
edilmişdir – dedi. Ona: “Allah xeyir və şəri yaratmışdırmı?”
dedilər. İmam: “Bəli, həm də onu Allah təqdir etmişdir” deyə
cavab verdi
195
.
İmam Əhməd – rahmətullahi aleyhi - deyir ki: “Xeyri və şəriylə,
acısı və şirini ilə, azı və çoxu ilə, gizli və aşkar olanı ilə, sevimli və
sevimli olmayan, pisi və yaxşısı ilə, birinci və axırıncı (əvvəli və
axırı) ilə Allahın qədərilədir. O, qulları haqqında belə hökm vermiş
və belə təqdir etmişdir. Onlardan heç kimə Allahın diləməsindən
kənara çıxa bilməz. Heç bir kimsə Onun Qəza və hökmünü aşıb
qaça da bilməz”
196
.
Xəllal, Muhəmməd İbn Əbi Harundan, o da Əbul Hərisdən belə
dediyini rəvayət edir: Əbu Abdullahın belə dediyini dinlədim:
Əziz və Cəlil olan Allah itaəti və üsyanları təqdir etdiyi kimi xeyri
və şəridə təqdir etmişdir. Xoşbəxt olaraq yazılmış bir kimsə
xoşbəxtdir, bədbəxt olaraq yazılmış bir kimsə də bədbəxtdir”
197
.
Abdullah İbn Əhməd – rahmətullahi aleyhi - dedi ki, Əli İbn
Cəhmin ona: Qədəriyyə görüşünü qəbul edən kimsə kafir olurmu?
Deyə soruşduğu suala atamın belə cavab verdiyini gördüm: “Əgər
Allahın elmini inkar edərək “Allah Alim deyildir”, o vaxta qədər
ki, Elmi yaratdı və bununla bilmiş oldu” deyib Allahın əzəli elmini
inkar edərsə kafir olar”
198
.
194
“Mənakibu İmam Əhməd” s. 169-172.
195
Xəllal “Sunnə” vr. 85.
196
“Sunnə” s. 68.
197
Xəllal “Sunnə” vr. 85.
198
“Sunnə” s. 119.
Dostları ilə paylaş: |