20
Əbu Hənifə dedi: Qiblə Əhlindən olan bir kimsəni hər hansı bir
günahına görə təkfir etməmək, o kimsəni imandan uzaqlaşdır-
mamaq, mərufu (yaxşılığı) əmr edib, munkərdən (qadağalardan)
çəkindirmək, sənin üçün təqdir edilən şeyin sənə mütləq şəkildə
icabət edəcəyinə, sənin üçün təqdir olunmayanın da sənə icabət
etməyəcəyini bilməyin, Peyğəmbərin
– sallallahu aleyhi və səlləm –
səhabələrindən heç birini inkar (nifrət) etməmək, birini sevib
digərini sevməməyin, Osman və Əlinin
– radıyallahu anhum –
durumunu Allaha həvalə etməyindir.
Əbu Hənifə dedi: Dində (etiqadda) fiqh, əhkamda fiqhdən daha
üstündür. Kişinin (insanın) necə ibadət edəcəyini öyrənməyə
çalışması və ya bilməsi onun üçün bir çox elmləri toplamasından
daha xeyirlidir.
Əbu Muti dedi: Mənə dinin ən fəzilətli olanından xəbər ver.
Əbu Hənifə dedi: Fiqhin ən fəzilətlisi, kişinin (insanın) Uca
Allaha imanı, şəriəti, sünnətləri, hədləri, ümmətin ittifaq və
ixtilafını bilməsidir.
Əbu Muti: İmanın nə olduğunu mənə açıqla.
Əbu Hənifə: Mənə Əlqəmə İbn Mursəd, Yəhyə İbn Yamərdan
rəvayət etdi və dedi: İbn Ömərə
– radıyallahu anhu – mənə din
(İslam) nədir xəbər ver dedim. O da imana sarıl və onu öyrən –
dedi. Mən iman nədir? Mənə öyrət – dedim. O: “...Əlimdən tutub
məni yaşlı bir insanın yanına apardı. Yanında oturddu və:
Məndən
imanın nə olduğunu soruşur – deyərək bu kimsənin Peyğəmbərlə
–
sallallahu aleyhi və səlləm – birlikdə Bədr döyüşündə iştirak
edənlərdən olduğunu söylədi. İbn Ömər
– radıyallahu anhu –
sözünə davam edərək dedi: Mən Peyğəmbərin
– sallallahu aleyhi və
səlləm – yanında idim, bu kimsədə bizimlə bərabər idi. Bu vaxt
gözəl saçları, başında əmmamə, çöl bədəvilərindən zənn etdiyimiz
bir nəfər qarşımıza çıxdı. İnsanların arasından keçərək
Peyğəmbərin
– sallallahu aleyhi və səlləm – önündə oturdu. Ey
Allahın Elçisi! İman nədir? Deyə soruşdu. Peyğəmbər: “İman –
Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına, Muhəmmədin