Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə7/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   2   3   4   5   6   7   8   9   10   ...   73

 
20 
Əbu Hənifə dedi: Qiblə Əhlindən olan bir kimsəni hər hansı bir 
günahına  görə  təkfir  etməmək,  o  kimsəni  imandan  uzaqlaşdır-
mamaq,  mərufu  (yaxşılığı)  əmr  edib,  munkərdən  (qadağalardan) 
çəkindirmək,  sənin  üçün  təqdir  edilən  şeyin  sənə  mütləq  şəkildə 
icabət  edəcəyinə,  sənin  üçün  təqdir  olunmayanın  da  sənə  icabət 
etməyəcəyini  bilməyin,  Peyğəmbərin  –  sallallahu  aleyhi  və  səlləm  – 
səhabələrindən  heç  birini  inkar  (nifrət)  etməmək,  birini  sevib 
digərini  sevməməyin,  Osman  və  Əlinin  –  radıyallahu  anhum  – 
durumunu Allaha həvalə etməyindir.  
Əbu Hənifə dedi: Dində (etiqadda) fiqh, əhkamda fiqhdən daha 
üstündür.  Kişinin  (insanın)  necə  ibadət  edəcəyini  öyrənməyə 
çalışması  və  ya  bilməsi  onun  üçün  bir  çox  elmləri  toplamasından 
daha xeyirlidir.  
Əbu Muti dedi: Mənə dinin ən fəzilətli olanından xəbər ver.  
Əbu  Hənifə  dedi:  Fiqhin  ən  fəzilətlisi,  kişinin  (insanın)  Uca 
Allaha  imanı,  şəriəti,  sünnətləri,  hədləri,  ümmətin  ittifaq  və 
ixtilafını bilməsidir.  
Əbu Muti: İmanın nə olduğunu mənə açıqla.  
Əbu  Hənifə:  Mənə  Əlqəmə  İbn  Mursəd,  Yəhyə  İbn  Yamərdan 
rəvayət  etdi  və  dedi:  İbn  Ömərə  –  radıyallahu  anhu  –  mənə  din 
(İslam)  nədir  xəbər  ver  dedim.  O  da  imana  sarıl  və  onu  öyrən  – 
dedi. Mən  iman nədir? Mənə öyrət –  dedim.  O: “...Əlimdən  tutub 
məni yaşlı bir insanın yanına apardı. Yanında oturddu və: Məndən 
imanın nə olduğunu soruşur – deyərək bu kimsənin Peyğəmbərlə – 
sallallahu  aleyhi  və  səlləm  –  birlikdə  Bədr  döyüşündə  iştirak 
edənlərdən  olduğunu  söylədi.  İbn  Ömər  –  radıyallahu  anhu  – 
sözünə davam edərək dedi: Mən Peyğəmbərin – sallallahu aleyhi və 
səlləm  –  yanında  idim,  bu  kimsədə  bizimlə  bərabər  idi.  Bu  vaxt 
gözəl saçları, başında əmmamə, çöl bədəvilərindən zənn etdiyimiz 
bir  nəfər  qarşımıza  çıxdı.  İnsanların  arasından  keçərək 
Peyğəmbərin  –  sallallahu  aleyhi  və  səlləm  –  önündə  oturdu.  Ey 
Allahın  Elçisi!  İman  nədir?  Deyə  soruşdu.  Peyğəmbər:  “İman  – 
Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına, Muhəmmədin 


 
21 
Allahın  qulu  və  Rəsulu  olduğuna  şəhadət  gətirmək,  mələklərə, 
kitablara,  peyğəmbərlərinə,  Axirət  gününə,  Xeyir  və  şərrin  Uca 
Allahdan olduğuna inanmaqdır” deyə buyurdu. O, kimsə: “Doğru 
söylədin”  dedi.  Biz  bu  çöl  bədəvilərini  cahil  olmalarına 
baxmayaraq  Peyğəmbərin  –  sallallahu  aleyhi  və  səlləm  –  sözlərini 
təsdiq  etməsinə  heyrət  etdik.  Sonra  o  kimsə:  “Ey  Allahın  Rəsulu! 
İslamın əlamətləri nədir?” dedi. Peyğəmbər: “Namaz qılmaq, zəkat 
vermək, Ramazan orucunu  tutmaq,  gücü  çatan  kimsə üçün  Həccə 
getmək və cünubdan dolayı qüsl etmək” deyə buyurdu. O, kimsə: 
“Doğru  söylədin”  dedi.  Biz  yenə  də  bədəvinin  soruşduğunun 
cavabını  bilir  kimi  Peyğəmbəri  – sallallahu aleyhi və səlləm –  təsdiq 
etməsinə heyrət etdik. O, kimsə: “Ey Allahın Rəsulu! Ehsan nədir?” 
deyə soruşdu.  Peyğəmbər:  “Ehsan  –  Allahı  görür  kimi ona ibadət 
etməyindir,  Sən  Onu  görməsən  də  belə  O  səni  görür”  deyə 
buyurdu. O, kimsə: “Doğru söylədin – dedi və ardıyca Qiyamətin 
nə  zaman  qopacağı  barədə  soruşdu.  Peyğəmbər:  “Bu  haqda 
soruşan  soruşulandan  çox  bilmir”  deyə  buyurdu.  Sonra  o,  kimsə 
ayağa  qalxaraq  insanlar  içərisində  itdi  və  biz  onu  bir  daha 
görmədik.  Peyğəmbər:  “Bu  gələn  Cəbrail  -  əleyhissəlam  -  idi.  Sizə 
dininizi öyrətmək üçün gəlmişdi” deyə buyurdu.  
 
Allahin Xəlq Etdiklərindən Bir Şeyi İnkar Edən Və 
Ya Dində Zəruri Bilinən Bir Şeyi İnkar Edən 
Barəsində Hökm
 
 
Əbu  Muti:  Bütün  bunlara  qəti  olaraq  inanan  və  (dili)  ilə  iqrar 
edən mömin olurmu? Deyə soruşdum.  
Əbu  Hənifə:  Bəli,  Bunu  iqrar  edən  (inanan)  bütün  İslamı  iqrar 
etmiş və inanmışdır və o kimsə mömindir.  
Əbu  Muti:  Əgər  Allahın  xəlq  etdiklərindən  bir  şeyi  inkar  edib: 
“Mən  bilmirəm  bunun  xaliqi  kimdir?”  deyərsə  nə  olar?  Deyə 
soruşdum.  


 
22 
Əbu  Hənifə:  O,  kimsə:  “Allah  hər  bir  şeyin  xaliqidir...”.  (əl-
Ənam 102) ayəsinə görə kafir olar. Sanki o, kimsə Allahdan başqa 
yaradıcı  vardır  –  deyir.  Necə  ki,  bir  kimsə:  Allahın  mənə  namazı, 
orucu  və  zəkatı  fərz  etdiyini  bilmirəm”  deyərsə  yenə  kafir  olar. 
Çünki  Allah:  “(Müsəlmanların  namazı  kimi)  namaz  qılın,  zəkat 
verin və rüku edənlərlə birlikdə rüku edin!”. (əl-Bəqərə 43, 83, 110). 
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib 
edildiyi  kimi,  sizə  də  vacib  edildi  ki,  (bunun  vasitəsilə)  siz  pis 
əməllərdən  çəkinəsiniz!”.  (əl-Bəqərə  183).  “Elə  isə  axşam-səhər 
(axşama  yetişəndə,  səhərə  çıxanda)  Allahı  təqdis  edib  şəninə 
təriflər  deyin!  (Axşam,  gecə  və  sübh  namazlarını  qılın!)  Göylərdə 
və yerdə həmd (şükür və tərif) yalnız Ona məxsusdur. Gün batanda 
da (günün sonuna yetişəndə də), gündüz də Onu təqdis edib şəninə 
təriflər  deyin!  (Zöhr  və  Əsr  namazlarını  qılın!)”.  (ər-Rum  17-18) 
deyə  buyurmuşdu. Əgər o  kimsə:  “Mən  bu  ayəyə  iman gətirirəm, 
lakin  Təvil  və  Təfsirini  bilmirəm”  deyərsə  kafir  olmaz.  Çünki  o 
kimsə  ayənin  Allah  tərəfindən  nazil  edildiyinə  iman  etmiş,  lakin 
təfsirində xəta etmişdir (Təfsirində xəta etmək insanı kafir etməz)”. 
Sirk diyarında yaşayan cahil kafir olmaz.  
Əbu  Muti:  Şirk  diyarında  yaşayan,  İslamı  ümumi  olaraq  qəbul 
edən,  lakin  (Allahın  əmr  etdiyi)  fərzlərindən  və  əməllərindən  heç 
birini  bilməyən,  Kitabı  və  İslamın  ayinlərindən  heç  birini  iqrar 
etmədiyi halda, lakin bununla bərabər Allahı və imanı qəbul edən, 
lakin  imanın  ayinlərini  iqrar  etməyərək  ölən  kimsə  mömin 
olurmu? Deyə soruşdum.  
Əbu Hənifə: Bəli – dedi. Mən: Hətta heç bir şey bilməyib, əməl 
etməyib,  yalnız  İmanı  qəbul  edib  ölürsə?  Deyə  soruşdum.  Əbu 
Hənifə: O, mömindir – dedi.  
 
İmam Əbu Hənifənin İmana Verdiyi Tərifi Və 
Əməllərin Allahın İstəməsinə Bağlı Olması
 
 
Əbu Muti: “Mənə imanın nə olduğunu açıqla?” dedim.  


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə