Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə9/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   5   6   7   8   9   10   11   12   ...   73

 
26 
yerə  toplanılır.  Sonra  bu  müddət  qədər  aləqa
29
.  Sonra  bir o, qədər 
də mudğa
30
 şəklində bir yerə cəm olunur. Sonra onun (yanına) bir 
mələk göndərilir və (mələk) ona ruh üfürdükdən sonra dörd şeyi: 
“Ruzisini,  əcəlini,  əməlini,  bədbəxt  və  ya  xoşbəxt  olacağını» 
yazmaqla  əmr  olunur.  Ondan  başqa  heç  bir  haqq  ilah  olmayan 
Allaha  and  olsun  ki,  sizlərdən  biri  Cənnət  əhlinin  əməli  ilə  əməl 
edər  və  onunla  Cənnət  arasında  bir  arşınlıq  məsafə  qalarkən, 
kitab(-da  olan  qədər)  onun  əlehinə  irəli  keçər  o,  da  Cəhən-
nəmliklərin  əməli  ilə  əməl  edib  Cəhənnəmə  düşər.  Həmçinin 
sizdən  biri  Cəhənnəmliklərin  əməli  ilə  əməl  edər  və  onunla 
Cəhənnəm  arasında  bir  arşınlıq  məsafə  qalarkən  kitab(-da  olan 
qədər) onun leyhinə irəli keçər o, da Cənnət əhlinin əməli ilə əməl 
edib Cənnətə düşər»
31
.  
 
Allahın Diləməsi 
 
Əbu  Muti:  “(Kovni  və  Şəri  istək)  Allah  bir  şeyi  yaratmağı 
diləmədiyi halda onu əmr etmiş, lakin bir şeyi əmr etmədiyi halda 
onu diləmiş və yaratmışdırmı?” Deyə soruşdum.  
Əbu Hənifə: “Bəli” dedi. Mən: “Bu necə olur?” dedim. O: “Allah 
kafirə  müsəlman  (təslim)  olmağı  əmr  etmişdir,  lakin  kafir  üçün 
müsəlmanlığı  (təslimiyəti)  yaratmağı  diləməmişdir.  Kafir  üçün 
küfrü diləmiş, lakin kafirə küfrü  əmr etmədiyi halda yaratmışdır” 
deyə cavab verdi. Mən: “Allah əmr etməmiş olduğu bir şeydən razı 
olurmu?”  dedim.  O:  “Bəli,  nafilə  ibadətlər  buna  misaldır”  dedi. 
Mən:  “Allah  bir  şeyi  əmr  etdiyi  halda  ondan  razı  olmaması  ola 
bilərmi?”  dedim.  O:  “Xeyr”  dedi.  Mən:  “Nə  üçün?”  dedim.  O: 
“Çünki  Allah  əmr  etdiyi  hər  şeydən  razı  olur  (Allahın  əmr  etdiyi 
şeylər  razı  olduqları  şeylərdir)”  dedi.  Mən:  “Allah  qullarını  razı 
                                                
29
 Aləqa  –  laxtalanmış  qan,  ziyil  deməkdir:  «O,  insanı  laxtalanmış  qandan  yaratdı».  (əl-
Ələq, 2). 
30
 Mudğa – çeynənilmiş ət parçasına oxşadığı üçün ona bu ad verilmişdi. 
31
 Buxari 3208, Müslim 2643.  


 
27 
olduğu  şeylərdən  dolayımı,  yoxsa  razı  olmadığı  şeylərdən 
dolayımı  əzaba  çəkər?”  deyə  soruşdum.  O:  “Allah  qullarını  razı 
olmadığı şeylərdən dolayı əzaba çəkər. Onların: Küfrü, üsyanı, razı 
olmadığı məsələlərdə əzab edər” dedi. Mən: “Allah onlara dilədiyi 
üçün,  yoxsa  diləmədiyi  üçün  əzab  edər?”  deyə  soruşdum.  O: 
“Allah  onlar  barəsində  dilədiyi  üçün  əzab  edər.  Çünki  Allah 
qullarından  asi üçün  üsyanı,  kafir üçün  küfrü  dilədiyi halda,  küfr 
və asilikdən dolayı əzab edər” dedi. Mən: “Allah onlara İslamı əmr 
etmiş,  sonra  da  onlar  üçün  küfrü  diləmişdirmi?”  deyə  soruşdum. 
O:  “Bəli”  dedi. Mən:  “Allahın  diləməsi  əmrinimi  keçmişdir,  yoxsa 
əmri  diləməsini  keçmişdir”  deyə  soruşdum.  O:  “Allahın  diləməsi 
əmrini keçmişdir” dedi. Mən: “Allahın diləməsi onun rızasıdırmı?” 
deyə soruşdum.  O:  “Diləməsi  –  rızası  və əmr  etdiyi  xüsusda itaət 
və əməl edən kimsə üçün Allah rızası vardır. Allahın əmr etdiyinin 
əksinə əməl edən kimsə onun diləməsi ilə işləmiş olur, lakin onun 
rızası  olmadan  etmiş  olar.  Ona  qarşı  asilik  etmiş  olar.  Asilik  isə 
Allahın  rızasının  xilafdır”  dedi.  Mən:  “Rızası  olan  şeylərdə  Allah 
qullarını əzaba çəkərmi?” deyə soruşdum. O: “Allah qullarını razı 
olmadığı  küfrdən  dolayı  əzaba  çəkər,  lakin  onların  itaəti  tərk 
etmələri və asiliklər etməlrindən dolayı onlardan intiqam alıb, əzab 
etməyə  rızası  vardır”  dedi.  Mən:  “Allah  möminlər  üçün  küfrü 
diləmişdirmi?”  deyə  soruşdum.  O:  “Xeyr,  lakin  möminlər  üçün 
imanı diləmişdir. Həmçinin kafirlər üçün küfrü, zina edənlər üçün 
zinanı,  oğurluq  edənlər  üçün  oğurluğu,  elm  əhli  üçün  elmi,  xeyir 
sahibləri üçün də xeyri diləmişdir. Allah kafirləri yaratmadan öncə 
onların  kafirlər  və  sapıqlar  olmasını  diləmişdir”.  Mən:  “Allah 
kafirləri  razı  olduğu  şeyi  yaratdığından  dolayımı,  razı  olmadığı 
şeyi yaratdığından dolayımı əzab edər” deyə soruşdum. O: “Allah 
kafirləri  yaratmağa  razı  olduğu  şeydən  dolayı  əzaba  uğrar”  dedi. 
Mən : “Nə üçün?” dedim. O: “Allah küfrü yaratmağa rızası olduğu 
halda  onları  küfrlərindən  dolayı  əzab  verər.  Lakin  Allahın  küfrə 
rızası  yoxdur”  dedi. Mən:  “Əgər küfr  etsəniz  (Allahın  nemətlərini 
dansanız,  bunun  zərəri  Allaha  yox,  ancaq  sizin  özünüzə  olar). 


 
28 
Çünki  Allah  sizə  (sizin  ibadətinizə)  əsla  möhtac  deyildir.  Amma 
bəndələrinin  küfr  etməsi  Ona  xoş  getməz...”.  (əz-Zumər  7) 
buyurduğu halda necə olur da küfrü yaratmağa rızası olur?” deyə 
soruşdum.  O:  “Allah onlar  haqqında  dilər, lakin razı omaz”  dedi. 
Mən: “Nə üçün?” dedim. O: “Çünki Allah İblisi yaratmışdır. İblisi 
yaratmağa  rızası  vardır,  lakin  İblisin  özünə  rızası  yoxdur. 
Həmçinin  Allah  içki  və  donuzu  yaratmışdır.  Onları  yaratmağa 
rızası  olduğu  halda  bu  kimi  şeylərdən  razı  deyildir”.  Mən:  “Nə 
üçün?”  dedim.  O:  “Allah  içkinin  özünə  rıza  göstərsəydi  (razı 
olsaydı) onu içən Allahın razı olduğu şeyi içmiş olardı. Lakin onun 
içkiyə  və  küfrə,  İblisə  və  əməllərinə  rızası  yoxdur.  Lakin 
Muhəmmədə – sallallahu aleyhi və səlləm - şəxsən rızası vardır” dedi. 
Mən:  “Yəhudilər:  “Allahın  əli  bağlıdır...”.  (əl-Maidə  64)  deyirlər. 
Onların  bu  sözünə  Allahın  rızası  varmıdır?”  deyə  soruşdum.  O: 
“Xeyr” dedi. Mən: Əgər o, kimsə: “Allah bütün insanları Mələklər 
kimi  itaətkar  yaratmaq  istəsəydi  buna  qadir  olurdumu?  Kimsə 
desə  ki:  Xeyr,  Allahın  özünü  vəsf  etdiyindən  başqa  bir  vəsf  ilə 
vəsfləndirmiş olar. Çünki  Allah  Quranda:  “O  Öz  qulları  üzərində 
hakimi-mütləqdir.  O,  hikmət  sahibidir,  (hər  şeydən)  xəbərdardır”. 
(əl-Ənam  18).  “Əgər  küfr  etsəniz  (Allahın  nemətlərini  dansanız, 
bunun  zərəri  Allaha  yox,  ancaq  sizin  özünüzə  olar).  Çünki  Allah 
sizə  (sizin  ibadətinizə)  əsla  möhtac  deyildir.  Amma  bəndələrinin 
küfr etməsi Ona xoş getməz...”. (əz-Zumər 7). “De: “Allah başınızın 
üstündən  və  ayaqlarınızın  altından  (göydən  və  yerdən)  sizə  əzab 
göndərməyə,  sizi  dəstələr  halında  qarışdırmağa  və  birinizə 
digərinizin  zorunu  daddırmağa  qadirdir!”  Gör  ayələrimizi  onlara 
nə  cür  izah  edirik  ki,  bəlkə,  başa  düşsünlər!”.  (əl-Ənam  65).  Yox, 
əgər:  “Qadirdi”  deyərsə  ondan:  “Əgər  Allah  İblisin  Cəbrail  
əleyhissəlam  -  kimi  itaətkar  olmasını  diləsəydi  buna  qadir 
olmazdımı?”. Əgər: “Xeyr” deyərsə öz sözünü tərk etmiş və Allahı 
sifətlərindən  başqası  ilə  vəsfləndirmiş  olar.  Əgər:  “Qulun  zina 
etməsi,  içki  içmsi,  namuslu  insanlara  dil  uzatması  Allahın  izni  ilə 
deyilmidir?”  deyə  söyləyərsə:  “Bəli”  deyilir.  Yaxşı,  bu  zaman  o 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə